Rövşən Rzayev Almaniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşdü
Avqustun 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqlə görüşüb.
Görüşdə səfirə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri barədə məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin 4 qətnaməsi icra edilmir. 20 ildən çoxdur ki, Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayon işğal altındadır. Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti 1 milyon 200 min azərbaycanlının öz torpaqlarından didərgin düşməsinə, ölkəmizin qaçqınlıq və məcburi köçkünlük problemləri ilə üzləşməsinə səbəb olub. Dövlət Komitəsinin sədri vurğulayıb ki, Almaniyanın ATƏT Minsk Qrupunun üzvü kimi münaqişənin tənzimlənməsində daha fəal iştirak etməsi vacibdir. Azərbaycan dövləti bu problemlərin həlli istiqamətində müntəzəm iş aparır, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi prioritet vəzifələr ardıcıllıqla yerinə yetirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə böyük layihələr həyata keçirilir. Məcburi köçkünlərin sosial müdafiəsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq imkanlarının artırılması məsələlərinə daim diqqət göstərilir. Səmimi görüşə görə minnətdarlığını bildirən səfir Volfqanq Maniq Almaniya Federativ Respublikasının Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu qeyd edib. Səfir vurğulayıb ki, 1994-cü ildə ilk dəfə səfər etdiyi Bakı şəhəri əhəmiyyətli dərəcədə dəyişib və inkişaf edib. Dövlət Komitəsinin sədri Almaniya Federativ Respublikasının beynəlxalq humanitar və inkişaf təşkilatlarının ölkəmizdə məcburi köçkünlərlə bağlı həyata keçirdiyi layihələrə görə təşəkkürünü bildirib. Bu sahədə əməkdaşlığın əhəmiyyətli olduğu diqqətə çatdırılıb.
Almaniyalı səfir indiyədək mövcud olan səmərəli əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib. Söhbət zamanı Almaniya Federativ Respublikasının ölkəmizdə məcburi köçkünlərlə bağlı layihələrin həyata keçirilməsində maraqlı olduğu qeyd edilib. Görüş zamanı gələcək əməkdaşlığın perspektivləri də müzakirə olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 413 Tarix: 08 avqust 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kamboca ilə sərhəddə 14 tailandlı hərbçi ölüb
Kamboca ilə sərhəddə döyüşlər zamanı həlak olan Tailand hərbçilərinin sayı 14-ə çatıb. "Report" xəbər verir ki, bu barədə "AFP" agentliyi Tailand Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən bildirib. "Daha dörd hərbçi həlak olub", - deyə o bildirib və əlavə edib ki, həla
10:20 105 Dövlət mülkiyyətinə keçirilmiş mallar üzrə hərrac keçiriləcək
Gələn il yanvarın 9-da dövlət mülkiyyətinə keçirilmiş malların satışı üzrə növbəti gömrük hərracı təşkil olunacaq. Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərraca müxtəlif kateqoriyalar üzrə dövlət mülkiyyətinə keçirilmiş mallar çıxarılacaq. Onların arasında avtomobil ehtiyat hissələri
13.12.2025 172 Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib
Rusiya Silahlı Qüvvələri bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumlarından birini həyata keçirib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib. Onun sözlərinə görə, 450-dən çox zərbə dron və təxminən 30 müxtəlif növ raketlərl
13.12.2025 177 İranlıdan aldıqları narkotiki satmaq istəyən keçmiş məhkumlar saxlanıldılar
Salyanda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş şəxslər saxlanılıblar. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, Müşfiq Hüseynovdan ümumi çəkisi 7 kq olan psixotrop maddə metamfetamin
13.12.2025 137 Azərbaycanda gəlin qayınanası və baldızını qaynar çayla YANDIRDI
Astarada gəlin qayınanası və baldızına yanıq xəsarətləri yetirib. BİG.AZ -a istinadla xəbər verir ki, hadisə rayonun Şahağacı kəndində qeydə alınıb. Kənd sakini, 45 yaşlı Süsən İmanova (ad və soyad şərtidir) toy yığıncağında iştirak etmək üçün oğlu ilə birgə əmisi arvadı olan qayınanasının evinə gedib
13.12.2025 283 Bu kənddə hamı kor doğulur
Səhranın ortasında yerləşən bu kənddə hamı görmə qabiliyyətindən tamamilə məhrumdur. xəbər verir ki, söhbət Mavritaniyanın ucqar bir bölgəsində, səhranın 80 kilometr dərinliyində yerləşən yaşayış məntəqəsindən gedir. Əsrlər boyu davam edən genetik pozğunluq səbəbindən demək olar ki, bütün kənd əhalis
13.12.2025 259 KİV: Dörd Aİ ölkəsi Rusiya aktivlərinin Ukraynaya verilməsinə qarşıdır
İtaliya, Belçika, Malta və Bolqarıstan dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsinə qarşı çıxıblar. "Politico"ya istinadən xəbər verir ki, onlar Avropa Komissiyasına bu plana alternativləri nəzərdən keçirməyi xahiş edən birgə məktub göndəriblər. Avropa Komissiyası israr edir ki, 18-1
13:10 51 Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 5 %-ə yaxın azaldıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 124,06 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 % azdır. Təkcə noyabr ayında Türkiyə Azərbaycana 9,695 milyo
10:10 107 Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna münaqəsində sülhün uzaqda olmadığını deyib. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyə lideri bu barədə Türkmənistan səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlaması zamanı danışıb. Ərdoğan Rusiya Prezident
13.12.2025 148