Arıqlamaq üçün çox su içmək lazımdırmı?

Arıqlamaq üçün çox su içmək lazımdırmı?"Sosial şəbəkələrdə həkimlər, dietoloqlar insanlara bacardıqca çox su içməyi məsləhət görür. Arıqlamaq istəyən xanımlar diqqqətlə qulaq asır. Soruşurlar ki, həkim, axı içə bilmirik, qusmağımız gəlir, necə içək? Cavabında deyir ki, içinə limon sıxın, zəncəfil atın içə biləcəksiniz. Toksinləri yuyub apardığı deyilir. Xatırlatmaq istəyirəm ki, bizim hipotalamusda susuzluq mərkəzi var. Orada yerləşən osmoreseptorlar qanda Na səviyyəsi yüksəldikcə bizə məlumat verir. Və biz susayırıq. Normal adama su içmək üçün xüsusi xəbərdarlıq lazım deyil".

BiG.AZ publika-ya istinadən xəbər verir ki, bu sözləri anestezioloq və reanimatoloq Şahin Məmmədov deyib. O bildirib ki, lazım olduğundan artıq su qəbulu su zəhərlənməsinə səbəb ola bilər:

"Səslənməsi qorxulu olmasa da, su zəhərlənməsi başağrı, ürəkbulanma, qıcolma, hətta ölümə səbəb ola bilər. Mexanizm belədir: Nə qədər suyun hüceyrə daxilində, nə qədər suyun da hüceyrə xaricində olmasını qanda Na səviyyəsi təyin edir. Çox su içilməsi elektrolit disbalansı yaradır. Bir çox suda həll olunan vitaminlər: K, Ca, Mg da bədəndən kənarlaşdırılır. Amma ən pisi qanda Na azalmasıdır. Qanda Na azalması hiponatremiya adlanır. Hüceyre daxilindəki Na isə hələ ki, normal qaldığı üçün suyu hüceyrə daxilinə çəkir. Başqa toxumalar şişdikdə elə bir qorxu törətməsə də, sinir hüceyrələri şişdikdə sümükdən olan kəllə qutusu onları sıxır. Buna baş-beyin ödəmi deyilir. Yüngül hallarda baş-ağrıları kimi özünü göstərir. Daha ağır hallarda isə ölümə səbəb olur.

Ölüm halları idman etdikdə, tərlə çox Na itirdikdə, əvəzində isə çoxlu saf su içdikdə baş verir. Ən yaxşı işləyən böyrəklər 1 saatda maksimum 1 litr su qova bilir. Əgər siz 1 saat ərzində 1 litrdən çox su qəbul etsəniz, bədəninizdə gecikən artıq maye Na-nın durulaşmasına - su zəhərlənməsinə səbəb olacaq. Sonda Nizami Gəncəvinin hikmətli kəlamını xatırlatmaq istərdim: Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1121   Tarix: 08 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334
.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038
.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695
.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914
.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767
.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!

Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın

23.08.2021 561
.

"Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA

Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir

08.09.2021 863