17 yaşlı gəlini bakirə çıxmayan bəy toy gecəsi görün nə etdi - Azərbaycanda tükləri BİZ-BİZ EDƏN HA

17 yaşlı gəlini bakirə çıxmayan bəy toy gecəsi görün nə etdi - Azərbaycanda tükləri BİZ-BİZ EDƏN HAQəsdən adam öldürməkdə təqsirli bilinən Ucar rayon sakini, 1985-ci il təvəllüdlü Ramil Nəsirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Ramil Nəsirovun 17 mart 2016-cı il tarixdə Səbinə Rəhimova ilə toy mərasimi keçirilib. Əvvəllər məhkumluq həyatı yaşayan Ramil Nəsirov qeyri-rəsmi nikaha girdiyi Səbinə Rəhimovanı özünün yaşadığı Ucar şəhəri, Heydər Əliyev prospekti, ev 28 ünvanında yerləşən evinə gətirib. Toy gecəsi bakirə çıxmayan 1999-cu il təvəllüdlü Səbinə Rəhimovanı bıçaqlayaraq öldürüb.

"Biri-birimizi bəyəndik"

Ramil Nəsirov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Asim Hacıyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Ramil Nəsirov özünü ona verilmiş ittiham üzrə təqsirli bilib. O, ifadəsində göstərib ki, əvvəllər oğurluq əməlinə görə məhkum olunub və cəzasını 2015-ci ilin may ayında başa vuraraq azadlığa çıxıb: "2016-cı ilin əvvəlində bacım Gözəl Orucova vasitəsi ilə Çöyçay rayonunda yaşayan Səbinə Rəhimova ilə tanış oldum. Səbinə ilə bir-birimizi bəyəndik, evlənmək qərarına gəldik. Odur ki, qohumlarım el adəti ilə Səbinəgilə elçi getdi, biz nişanlandıq".

Ramil Nəsirovun sözlərinə görə, Səbinə Rəhimova ona özü barədə məlumat verib: "O, əvvəllər Rusiyada yaşadığını, heç bir kişi ilə yaxın intim münasibətdə olmadığını bildirmişdi. Maddi imkanım zəif olduğundan Səbinə Rəhimova könüllü olaraq 25 fevral 2016-cı il tarixdə mənə qoşularaq ata evindən qaçdı. Onunla dayım oğlu İlqar Abdullayevin Göyçay şəhərindəki evlərinə gəldik. Sonra bu barədə öz anam Gülnaz Nəsirovaya bildirdim. Anam da bizi götürərək Ucar şəhərinə gətirdi. Daha sonra oraya Səbinənin atası və digər qohumları gəldi. Səbinə də mənimlə könüllü olaraq qaçdığını bildirdi".

"Bakirə olmadığını anladım"

Ramil Nəsirov bildirib ki, onlar toylarını 17 mart 2016-cı il tarixə qərarlaşdırıb: "Həmin günə kimi Səbinə bacım Aytən Sadıqovanın Ucar şəhərindəki evində qalıb. Martın 17-də Səbinə ilə Ucar şəhərində toyumuz oldu. Toydan sonra Səbinəni yaşadığım Ucar şəhərindəki evimizə gətirdim. Həmin gecə cinsi əlaqədə olarkən Səbinənin bakirə olmadığını anladım. Səbinədən bu barədə soruşdum. O, əvvəlcə müxtəlif bəhanələr gətirdi, gah uşaq vaxtı yıxıldıqda, gah xatırlamadığı şəraitdə bunun baş verdiyini söylədi. Bunu vaxtında mənə bildirmədiyi üçün onu bağışlamağımı xahiş etdi. Səbinənin məni aldatdığından, yəni arvadım olacağını bilərək, əvvəllər başqa kişi ilə əlaqədə olmasını məndən gizlətməsini özümə xəyanət kimi qiymətləndirdim".

"Bakirəliyinin pozulması ilə bağlı sorğu-sual etdim"

Ramil Nəsirov qeyd edib ki, həm də özünü rüsvay olmuş kimi hesab edib: "Bunlardan əsəbiləşərək Səbinəni öldürmək qərarına gəldim. Bu məqsədlə yataq otağından mətbəxə gedərək oradakı masa üzərində olan bıçağı götürdüm. Bıçağı kəmərimin bel hissəsinə keçirdim və Səbinə olan otağa qayıtdım. Səbinə Rəhimovanı bakirəliyinin pozulması ilə bağlı sorğu-sual etdim. Bunu mənə əvvəlcədən bildirmədiyini irad tutdum. Səbinə ağlamağa başladıqda isə daha da əsəbiləşdim. Belimdən bıçağı çıxararaq Səbinənin boyun nahiyəsinə zərbə endirdim. Bu zaman Səbinə əllərini qarşıya verdi və özünü qorumaq istədi. Bıçaq onun qoluna dəydi. Səbinə qışqırdı, iməkləyərək məndən aralandı. Bu zaman Səbinəyə daha bir neçə bıçaq zərbəsi vurdum. Səbinənin kürəyinə 2 zərbə vurduğumu xatırlayıram".

Ramil Nəsirov bildirib ki, sonra Səbinə halsız vəziyyətdə yerə yıxılıb, bıçaq onun kürəyinə sancılmış vəziyyətdə qalıb: "Bunu gördükdən sonra otağı tərk etdim və evdən çıxdım. Bu zaman həyətdə olan xalam oğlu Elşad Rəhimov məndən nə baş verdiyini soruşdu. Mən isə heç nə demədim. Polisə təslim olmaq üçün yola çıxdım ki, bir avtomaşın saxladaraq şöbəyə gedim. Lakin əl etdiyim bir neçə avtomaşın saxlamadığı üçün dostum Ağaismayıl Həsənovun evinə getdim. Ona Səbinəni bıçaqla vurduğumu dedim. Təslim olmaq üçün məni polis şöbəsinə aparmağı xahiş etdim. Ağaismayıl da məni özünə məxsus avtomaşında Ucar rayon polis şöbəsinə gətirdi. Orada törətdiyim əməl barədə polis əməkdaşına məlumat verdim".

"Səbinəni internat evində tapdım"

Zərərçəkmiş şəxsin hüquqi varisi Rəhim Rəhimovun sözlərinə görə, Rusiya Federasiyasının Astarxan şəhərində yaşadığı zamanı Vera Pisareva adlı qadınla qeyri-rəsmi nikahından 1999-cu ildə Səbinə adlı qızı doğulub: "2002-ci ildə Vera Pisareva məni qızım Səbinə ilə ataraq getdi. 2009-cu ildə qızımı anası Natalya Pisarevanın yanına qoydum. Özüm isə Göyçay rayonuna gəldim".

Rəhim Rəhimov qeyd edib ki, 2014-cü ildə Astarxan şəhərindəki azərbaycanlılardan qızı Səbinənin yetim uşaqlar üçün internat məktəbinə yerləşdirildiyini eşidib: "Odur ki, 2015-ci ilin may ayında Astarxan şəhərinə gedərək Səbinəni həmin internat evində tapdım. Atalıq hüququmu rəsmi qaydada müəyyənləşdirdikdən sonra iyun ayında onu Göyçay rayonunun Yenikənd kəndinə gətirdim. Həmin vaxtdan Səbinə ata və anam ilə birgə yaşadığım evdə yaşayıb. Sənədlərdə Səbinə "Rəhimova Səbinə Rəhimovna" kimi qeyd edilib".

"Qızım Ramilə qoşularaq evdən qaçdı"

Rəhim Rəhimov bildirib ki, 2016-cı ilin fevral ayında qohumları Gülbəs Məmmədova onlara elçiliyə gəliblər: "Səbinənin hələ 17 yaşı tamam olmadığı üçün buna razılıq vermək istəmədim. Lakin Səbinə sonradan Ramili bəyəndiyini bildirdiyi üçün onların nişanına razılaşdım. Qohumlar arasındakı razılığa görə Ramil Nəsirovla Səbinə axırıncının 17 yaşı tamam olduqdan sonra, yəni 2016-cı ilın oktyabr ayında evlənməli idi. Lakin 25 fevral 2016-cı ildə evdə olmayan zaman Səbinə könüllü olaraq Ramilə qoşularaq evdən qaçdı".

Rəhim Rəhimovun sözlərinə görə, sonra Ramilin anası Gülnaz Nəsirova ona 17 mart 2016-cı ildə toy edəcəklərini bildirib və onu toya dəvət edib: "Lakin toyda iştirak etməyəcəyimi dedim. Qeyd olunan tarixdə Ucar şəhərində qızım Səbinə ilə Ramil Nəsirovun toyu olub. Həmin toyda valideynlərim iştirak ediblər və evə gələndə toy mərasimindən razılıq etdilər. Martın 18-nə keçən gecə, saat təxminən 00:30-da mənə gizli nömrədən zəng edən tanımadığım bir qadın bildirdi ki, qızım Səbinə öldürülüb. Öz bacım Günel İlyasovaya zəng etdim. Baş verənləri bacımdan soruşdum. Bacım Ramil Nəsirovun Səbinəni bıçaqladığını bildirdi, məni xəstəxanaya çağırdı. Xəstəxanaya gəldikdə Səbinənin öldüyünü və meyitinin morqda olduğunu bildim. Sonra mənə bildirdilər ki, Ramil Səbinəni bıçaqladıqdan sonra polisə təslim olub, Səbinəni bəkarəti əvvəlcədən pozulmuş olduğu üçün öldürdüyünü bildirib".

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramil Nəsirov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ramil Nəsirov apelyasiya şikayəti verib. O, barəsində ağır cəza təyin edildiyini, cəzanın yüngülləşdirilməsini istəyib.

Ramil Nəsirovun apelyasiya şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə Ramil Nəsirovun apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Hakim heyəti sonda qərar elan edib. Qərara görə, Ramil Nəsirovun apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 13 ilə endirilib. /Publika.az/


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 5514   Tarix: 01 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

TOP MP3