Əliövsət Əliyev "Türkiyə üçün vizanın ləğvi Azərbaycanda turizmin inkişafına təsir göstərəcək."
Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi, şübhəsiz ki, Azərbaycanda turizmin inkişafına təsir göstərəcək.
Bunu Oxu.Az-a müsahibəsində Almaniyada yaşayan miqrasiya məsələləri üzrə tanınmış ekspert Əliövsət Əliyev deyib.
Ə.Əliyevin sözlərinə görə, bu, ilk növbədə, iki ölkə arasındakı qardaşlıq münasibətlərini sübut edən siyasi qərardır ki, bu da çox vacibdir:
"Vizasız rejim, o cümlədən, Naxçıvanda turizmin inkişafına təsir edəcək. Əlbəttə, bu, hamısı deyil. Bu gündən etibarən Türkiyədə Azərbaycanı, onun turizm zonalarını, gəzməli-görməli yerlərini, hotellərini reklam etməyə başlamaq - göstərdiyimiz xidmətlərin Gürcüstan və Ermənistanla müqayisədə, daha keyfiyyətli və əlçatan olduğunu təqdim etmək lazımdır.
Əgər bu istiqamətdə səylər göstərilərsə, o zaman Azərbaycan artıq gələn il turistlərin sayına görə Gürcüstanı ötüb keçəcək və bu göstərici üzrə regionda lider ölkəyə çevriləcək. Hələlik biz Gürcüstandan geri qalırıq".
Ekspert hesab edir ki, gələcəkdə İran vətəndaşları üçün vizasız rejimi tətbiq etmək olar. Bu qərar da Azərbaycanda turizmin inkişafına təsir göstərəcək.
Onun sözlərinə görə, Azərbaycana gələn türklər görməlidir ki, bura investisiya yatırılmasına layiq ölkədir:
"Yəni hökumət korrupsiyanın qarşısının alınması və tender şəffaflığının təmin edilməsi üzrə ciddi işlər görməlidir. Belə olan halda respublika qısa müddət ərzində Cənubi Qafqazda turizm üzrə lider ölkəyə çevriləcək".
Ə.Əliyev diqqətə çatdırıb ki, əlbəttə, risklər də mövcuddur:
"Risklər Türkiyə ərazisində terror təşkilatlarının (PKK, İŞİD) mövcudluğundan ibarətdir - bu elementlər Azərbaycana keçməməlidir. Azərbaycan sərhədçiləri başdan-ayağadək müasir texnologiya ilə təchiz edilib və həmin riskləri dəf etmək olar".
Hüquqşünas turizm sahəsində göstərilən xidmətlərin qiymətinə də toxunaraq bildirib ki, Azərbaycanda qiymətlər çox yüksəkdir:
"Bununla əlaqədar sözügedən məsələyə yenidən baxmaq lazımdır. Təbii ki, yalnız turistlərin cəlb edilməsi ölkə iqtisadiyyatının inkişafı üçün kifayət deyil. Əcnəbilərin Azərbaycanı sabit və təhlükəsiz dövlət kimi görməsi önəmlidir".
Qeyd edək ki, Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyənin ümumvətəndaş pasportuna malik vətəndaşları üçün 1 sentyabr 2019-cu il tarixindən etibarən viza tələbi ləğv edilir.
BiG.Az
Telegramda izləyin
Turizm Baxılıb: 3527 Tarix: 29 iyul 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQədimi Şəki şəhərimiz bayram günlərində - ÖZƏL GÖRÜNTÜLƏR
Bir çox şəhərlərimiz kimi, Şəki də bayram günlərində qara büründü. BİG.AZ şəhərdəki gözəl mənzərələrin görüntülərini təqdim edir:. Fotoqraf: De.Castro
29.03.2022 10013 Məşhur italiyalı futbolçu vergidən yayınmaqda ittiham olunur
Məşhur italiyalı futbolçu Françesko Totti vergidən yayınmaqda ittiham olunur. İdmançı artıq Roma məhkəməsinin şübhəlilər reyestrindədir. "Report" xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb. Mənbə iddiasına görə, "Canavarlar"ın eks-kapitanı sosial şəbəkələrdə rekla
01.12.2024 8829 Moskvaya Yeni il səyahəti - FOTOLAR
2023-cü il dekabrın 15-dən 2024-cü il yanvarın 8-dək Rusiyanın paytaxtında ənənəvi "Milad bayramına səyahət" adlı festival keçirilir. Sehrli bayram atmosferi və unudulmaz emosiyalar bəxş etmək məqsədi daşıyan tədbir Moskva şəhərinin sakinlərinə və qonaqlarına bayram ab-havasına qərq olmağ
29.12.2023 11454 Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının üzvlərin sayı 8-ə yüksəlib
Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının üzvlərin sayı 8-ə yüksəlib. "Report"un "Şahdağ" Turizm Mərkəzinə ezam olunmuş müxbiri xəbər verir ki, Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci sammiti çərçivəsində 4 yeni üzv qəbul olunub. Bunlar Azərbaycanın "Tufandağ"
13.07.2025 4559 İtaliyalı baş məşqçi: "UEFA futbolçulara hörmət etmir"
"UEFA belə meydançalarda oynamağa icazə verirsə, futbola və futbolçulara hörmət etmir". "Report" xəbər verir ki, bunu İtaliyanın "Latsio" klubunun baş məşqçisi Mauritsio Sarri UEFA Konfrans Liqasının pley-off mərhələsində Rumıniya təmsilçisi ÇFR-lə səfər oyunu barədə danışarkə
25.02.2023 13620 Viza dəstəyi xidməti, viza almaq
Viza dəstəyi xaricə getmək istəyən insanlar üçün çox vacibdir. Viza dəstəyini profesional şirkətə etibar etməyəndə xaricə getmək imkanını itirə bilərsiz. saytı ilə viza dəstəyi almaq çox asan və ucuz qiymətə başa gəlir. Sizə xarici ölkələrin viza rəsmiləşdirilməsində dəstək göstərə bilərik. Əsas, məqsədimi
19.12.2021 8353 PSJ yayda "Real"ın futbolçusunu transfer edə bilər
Fransanın PSJ klubu yay "transfer pəncərəsi"ndə "Real"ın (İspaniya) 24 yaşlı futbolçusu Rodriqonu transfer edə bilər. "Report" xəbər verir ki, bu barədə jurnalist Abdella Bulma sosial şəbəkə səhifəsində məlumat paylaşıb. Braziliyalı hücumçu 2019-cu ildə "Santos"da
25.01.2025 6731 Messi "Barselona"dan təklif gözləyir, kluba qayıtmağa hazırdır
Fransanın PSJ klubunun futbolçusu Lionel Messi İspaniya "Barselona"sından təklif gözləyir. "Report" xəbər verir ki, bu barədə jurnalist Qaston Edul sosial şəbəkədə bildirib. Onun sözlərinə görə, 36 yaşlı hücumçu Kataloniya təmsilçisinə qayıtmağa hazırdır. Messi yenidən sabiq komandasını
02.04.2023 14284 Novruz bayramına özəl daxili turlar
Novruz Bayramı ərəfəsində bir çox insanlar Azərbaycanda gəzməli görməli yerlərinə gedirlər. Daxili turlar təşkil edən turizm şirkətləri bununla istirahət sevərlərə maraqlı, əyləncəli Novruz bayramına özəl daxili turlar təklif edilər. Daxili Turlar Azərbaycanın ən görməli yerlərinə təşkil olunur. Nəqliyat
11.03.2022 414