Sonsuzluğun qarşısını alan meyvə - Yemişin faydaları

Sonsuzluğun qarşısını alan meyvə - Yemişin faydalarıBilirsiniz, yemişdə xüsusi özəllik var.

Ləzzəti və gözəl qoxusu ilə yemiş yay aylarının ən çox yeyilən meyvələrindəndir. Bir çox növü olan yemiş bədənə müxtəlif faydaları ilə seçilir. Göz sağlamlığından arıqlamağa, immun sistemindən tutmuş sonsuzluğun qarışısı almağa kimi əvəzolunmaz faydaları vardır.

Bağırsağın dostudur

Yemiş kalorisi aşağı olan lifli meyvədi. 150 qram bir porsiya sayılır, 1,5 qram lif olur. Tərkibində lifin çox olmasıyla bu meyvə bağırsaqların işləməsinə kömək edir. Yemişi səhərlər yemək olar. Səhər yediyiniz zaman lifli olduğu üçün uzun müddət toxluq hiss edəcəksiniz.

Beta karotenlə zəngindir

Sarı və narıncı rəngdə olan meyvələrin bir çoxu beta karotenlə zəngindir. Beta karoten asanlıqla A vitamininə çevrilən bir komponentdir. Bu da gözlərin sağlamlığına müsbət təsir edir. Aparılan araşdırmalarda beta karotenin kataraktanın yaranmasının qarşısını aldığı aşkar edilib. Bundan başqa, beta karoten bütün orqanizmin sağlamlığını və immun sistemini gücləndirir.

Hamiləlik zamanı yeyilməlidir

A, B və C vitaminləri, natrium, kalium, maqnezium, dəmir, mis və alfa-beta karotenləri ilə zəngindir. Tərkibindəki folat hamilə qalmaq istəyənlərə və hamiləliyini sağlam keçirmək istəyən analara fayda verməkdədir. Aparılan araşdırmalara görə, davamlı yemiş yemək sonsuzluğun qarşısını almağa kömək edir. Yemişdə hormonları tarazlayan özəllik də var.

İdmançılara ən faydalı dəstək

Hər şeydə olduğu kimi yemiş yeyərkən də həddi aşmaq lazım deyil. Gündə bir dilim, yəni 150 qram yemək kifayət edir. Xüsusilə də idmanla məşğul olanlar ürək rahatlığı ilə bu meyvədən yeyə bilərlər. Çünki idman edərkən proteinlə zəngin, lakin karbohidratların az olduğu qidalarla qidalanmaq lazımdır. Ona görə də idmanla məşğul olanların orqanizmi vitamin və minerallardan əskik qalır. Lakin yemişdəki karbohidratlar faydalıdır və idman edənlərin asanlıqla yeyəcəyi bir meyvədir.

Lakin diabet xəstələrinin həkimlə məsləhətləşmədən bu meyvədən rahatlıqla yeməmələri məsləhət görülür.

YEMİŞDƏN HAZIRLANAN İÇKİ

Yemişdən hazırlanan içkilər həm sərinlədir, həm də insanı tox tutur. Evdə rahatlıqla yemişdən hazırlayacağınız içkinin reseptini təqdim edirik:

- 200 qram qara üzüm

- 3 dilim banan

- 1 dilim yemiş

- 1 xörək qaşığı vanilinli dondurma

- 1 stəkan süd

Hamısını blenderdən keçirib nuşcanlıqla için.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1184   Tarix: 23 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ərdoğan Putinlə görüşündən danışdı: "Dedi ki, sözümə əməl edəcəyəm"

"Putinlə ikitərəfli münasibətlər, Ukraynadakı müharibə və regional məsələlər barədə fikir mübadiləsi apardıq". "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə lideri Aşqabadda keçirilən Beynəlxalq sülh və təhlükəsizlik forumunda

13.12.2025 168
.

Cari ildə iki milyard sərnişin, 217.9 milyon ton yük daşınıb

2025-ci ilin yanvar-noyabr ayları ərzində yükdaşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 faiz, sərnişindaşımaları isə 5.6 faiz artıb. Hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən ümumilikdə 217.9 milyon ton yük daşınıb. rəsmi statistikaya istinadə

13.12.2025 123
.

500 manat olan pensiyalar BU QƏDƏR ARTACAQ - AÇIQLAMA

"Azərbaycanda orta aylıq əməkhaqqındakı artım dinamikasını müşahidə edirik. Artıma ən çox təsir göstərən faktor 2025-ci ildə sosial paketin icra edilməsi ilə bağlıdır". -ə istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramo

00:09 128
.

Dövlət mülkiyyətinə keçirilmiş mallar üzrə hərrac keçiriləcək

Gələn il yanvarın 9-da dövlət mülkiyyətinə keçirilmiş malların satışı üzrə növbəti gömrük hərracı təşkil olunacaq. Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərraca müxtəlif kateqoriyalar üzrə dövlət mülkiyyətinə keçirilmiş mallar çıxarılacaq. Onların arasında avtomobil ehtiyat hissələri

13.12.2025 108
.

Bu tarixdə Bakıya sulu qar yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında dekabrın 14-ü günün birinci yarısında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışı

13.12.2025 309
.

Bayram günlərinin üst-üstə düşməsi - Məzuniyyətə necə təsir edəcək?

Əmək məzuniyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyəti dövrün

00:25 127
.

Şirvanda 6 uşaq anası həyata belə qaytarıldı - Palatadan təsirli video

Həkim ürəyi dayanan pasiyenti 45 dəqiqə sonra həyata qaytara bilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntüləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb. Belə ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan şəxs 45 dəqiqəli

13.12.2025 461
.

Vəfat edən şəxsin pensiyası ilə bağlı vacib məqamlar

Həyat yoldaşı vəfat etmiş biri dünyasını dəyişən şəxsin pensiyasını ala bilməsi üçün özü pensiya yaşına çatmalıdır. xəbər verir ki, bunu vəkil Cəfər Cəfərli deyib. Bildirib ki, bundan əlavə, vəfat edən şəxsin ən azı 25 il sığorta stajı olmalıdır:. "Yəni, vəfat etmiş şəxsin 25 il sığorta stajı olduğ

13.12.2025 155
.

Doğum sayı azalıb

2025-ci ilin on ayı ərzində ölkədə 80 802 doğulan körpə doğumu, 49 846 isə ölüm halı qeydə alınıb. Axşam.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərinə doğum halı azalaraq 10,1-dən 9,5-ə düşüb

13.12.2025 122
.

TOP MP3