Azərbaycanda xərçəngə yoluxan uşaqların sayı artır - Ekspert səbəbləri açıqlayır

Azərbaycanda xərçəngə yoluxan uşaqların sayı artır - Ekspert səbəbləri açıqlayır2018-ci ildə Azərbaycanda 11123 nəfərdə bədxassəli şiş aşkar edilib. Bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb.

BiG.AZ xəbər verir ki, "oxu.az"a açıqlamasında bildirib ki, yaş qrupları üzrə statistik rəqəmlər də açıqlanıb.

Belə ki, onlardan 103 nəfəri 0-13, 21 nəfəri 14-17, 243 nəfəri 18-29, 254 nəfəri 30-34, 366 nəfəri 35-39, 4 836 nəfəri 40-59, 5 300 nəfəri isə 60 və yuxarı yaş qrupunda olan insanlardır.

Eyni zamanda, xəstəlik aşkarlananlardan 5 468 nəfərinin kişi, 5 655 nəfərinin isə qadın olduğu bildirilib.

Tibb elmləri doktoru, həkim Adil Qeybulla məsələ ilə bağlı açıqlamasında deyib ki, uşaqlar arasında onkoloji xəstəliklər artıb.

"Uşaqlar arasında onkoloji xəstələliklərin yayılan növləri qan xərçəngi, leykoz, leykemiya və sarkomadır. Beyin şişləri də bu növə daxildir.

Ümumiyyətlə, onkoloji xəstəliklər bütün yaşlarda olan insanlar arasında daha çox yayılıb. Amma uşaqlarda artım çoxalır. Bunun da bir çox səbəbləri var. Öncə bunun əsas göstəricisi ekoloji səbəbdir.

Yəni su, qida, dərman kimi bütün faktorlar nəzərdə tutulur. Bütün bunlar orqanizmin əsas mühitlə bağlı olan əlamətləridir.

Təəsüflər olsun ki, bu gün Azərbaycan əhalisi sağlam qidalanmır. Azərbaycana daxil olan qida maddələrinin keyfiyyət parametrləri xeyli aşağıdır".

Adil Qeybulla hazırda ana südünün keyfiyyətinin çox aşağı olduğunu vurğulayıb:

"Uşaqlarda immunitet sistemi çox zəifdir. Demək olar ki, tibbi sığorta yoxdur. Uşaqların pediatrik check-up müayinə yoxlama sistemi də çox aşağıdır.

Bunların hamısı, ümumilikdə uşaqlarda bu xəstəliyin yaranmasına şərait yaradır.

Hazırda ana südünün keyfiyyəti də çox aşağıdır. Bu, ananın qidaları ilə bağlıdır. Ona görə də, təbii ki, uşaqlarda immunitet sisteminin formalaşması xeyli aşağıdır.

Təəssüflər olsun ki, bu baxımdan, onkoloji xəstəliklərin xüsusi çəkisi uşaqlar arasında artmaqdadır.

Bu xəstəliklə bağlı olaraq dünya praktikasını tətbiq etməliyik. Ən azından gələcəyimiz olan uşaqları qorumalıyıq".

Qeyd edək ki, bədxassəli şişlərdən 1 211-i mədə, 1 341-i traxeya, bronx və ağciyər, 1 799-u süd vəzisi, 201-i ağız boşluğu və udlaq, 426-sı qida borusu, 216-sı qırtlaq, 589-u isə düz bağırsaqda, onunla siqmavari bağırsaq birləşməsində, anusda aşkarlanan şişlərdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 907   Tarix: 23 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaq olmuşdur"

"Bakı daha bir mühüm tədbirə ev sahibliyi edir. Mayın 1-dən 3-dək ölkəmizdə "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır. Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qona

15:12 110
.

Sərnişin avtobusu aşdı: 34 nəfər yaralandı

Türkiyənin Aksaray şəhərində sərnişin avtobusu aşıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 34 nəfər yaralanıb. Hadisə yerinə çoxsaylı polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbi məlum deyil. Yaralılar xəstəxanalara çatdırılıb. Faktla bağlı araşdırma davam edir

12:37 134
.

Honkonq 140 il ərzində ən isti aprelini yaşadı

Çin ən isti aprelini keçirib. BİG.AZ xəbər verir ki, 1884-cü ildə meteoroloji rekordların başlanmasından sonra Çinin Honkonq Xüsusi İnzibati Bölgəsi bu il ən isti aprel yaşadı. Honkonq Müşahidə Şurasının bəyanatına əsasən, aprel ayında havanın orta temperaturu 26,4 dərəcə olub. Subtropik iqlim zonasınd

10:28 33
.

İraqın şimalında 32 terrorçu zərərsizləşdirilib - VİDEO

İraqın şimalında yerləşən Haftanin, Qara, Hakurk və "Klaw-Lock" əməliyyatı keçirilib. BİG.AZ xəbər verir ki, ümumilikdə 32 PKK terrorçusu zərərsizləşdirilib

16:54 124
.

Pakistanda avtobus aşdı: 20 ölü

Pakistanda sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 20 nəfər ölüb, 20 nəfər yaralanıb. Bölgəyə polis və xilasedicilər cəlb olunub. Araşdırma zamanı avtobusun sərt qayalıqların üzərindəki yoldan çıxaraq aşdığı müəyyən edilib. Yaralananlar xəstəxanaya yerləşdirilib. Araşdırmala

16:10 120
.

Ülviyyənin iki illik dəyişimi

Aktrisa Ülviyyə Xəlilbəyli estetik əməliyyatı ilə bağlı paylaşım edib. OLAY yazır ki, sənətçi bununla bağlı instaqramda hekayə paylaşıb. O bildirib əməliyyatdn iki il keçib:. "Artıq əməliyyatımdan 2 il keçdi. Bu gün özüm qərar verib, qərarımın üstündə dayandığım üçün özümə çox sağ ol deyirəm. Təbi

10:28 683
.

Yasamalda azyaşlı azdı, polis hərəkətə keçdi

Bu gün səhər saatlarında azyaşlının valideynlərdən xəbərsiz evlərindən çıxması, azaraq başqa ünvana getməsi ilə bağlı sosial şəbəkədə videogörüntü yayımlanıb. Qeyd olunub ki, uşaq yataq paltarında məhəllə sakinlərinin diqqətini çəkib və onun valideynləri axtarılır. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyin

16:15 466
.

Ailəsinin beş üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?

Ailəsinin beş üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədovun cinayət işi üzrə istintaq davam edir. APA xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov jurnalistlərə açıqlamasında deyib:. "Hazırda həmin iş üzrə istintaq davam edir. İlkin ekspertiza rəyi alınıb. Əlavə komission psixiatriy

11:45 632
.

Zeynep Bastık aktyorun arvadı ilə ayrılmasına səbəb olan qızla fotosunu paylaşdı - FOTO

Məşhur türkiyəli aktrisa Ceyda Düvencinin özü kimi aktyor olan əri Bülent Şakrak "Maviye sürgün" serialında tanış olduğu Esra Akpınarla yaxınlaşıb. -a istinadən xəbər verir ki, iddialara görə, Bülent Şakrak və Ceyda Düvenci məhz bu səbəbdən boşanma qərarı alıblar və səkkiz illik evliliklərin

18:30 199