"Mənə dedi ki, heç vaxt yaşını kiməsə demə" - Kamilə Babayeva

"Mənə dedi ki, heç vaxt yaşını kiməsə demə" - Kamilə Babayeva"Qafqazinfo"nun budəfəki müsahibi aparıcı, aktrisa Kamilə Babayevadır.

- Bildiyimə görə, yaşınızı hər kəsdən gizlədirsiniz...

- 4-5 ilə qədər doğum tariximi çox rahat söyləyirdim. İstəsəniz doğum tariximi bir dəqiqənin içində öyrənərsiniz və mənim üzümə deyə bilərsiniz ki, sənin doğum tarixin budur. Anam nadir hallarda mənə hansısa məsələ ilə bağlı zəhmlə müraciət edər. Bir gün mənə dedi ki, bir də heç kimə yaşını demə! Səs tonunda da qəribəlik var idi. Qorxdum. Dedim ki, yaxşı. Üstündən bir üç il də keçdi, mən anladım ki, söhbət mənim yaşımdan getmirdi. Söhbət ondan gedirdi ki, mənim yaşımı biləndə artıq anamın yaşını biləcəklər.

- Necə oldu ki, "Zəif bənd" layihəsinin aparıcısı oldunuz?

- Biz ABA TV-dən gəlməsəydik, "Tezdən oyan" olmasaydı, bu verilişi etməsəydik, "Zəif bənd" də olmaya bilərdi. Çünki orada digər aparıcı var idi və o, təsdiqlənmişdi, artıq Londona getmişdi, İngiltərənin aparıcısı ilə görüşləri belə olmuşdu... Xatırlayıram, çox xəstə olduğum bir günüm idi, qrip, qırmızı kostyum, nəyəsə görə saçımı yığmışdım. "Zəif bənd"in baş prodüseri oturub başını sındırırdı ki, nə edəcək, aparıcı yoxdur, aparıcı kim olacaq? Birdən-birə efirdə məni əl-qolla, indikidən daha həvəsli nəsə danışdığımı görüb. "Tezdən oyan"dakı heyətə xəbər edib ki, Kamilə efirdən sonra gəlsin bura...

Anam, ümumiyyətlə, o layihəni sevmədi. Qara rəngə heç meyilli qadın deyil. Həmişə düşünürdü ki, bu uşağı nə qədər qara geyindirirlər. Soruşurdu ki, orada rəngli paltar geyinmək olmaz?! Deyirdim ki, yox, olmaz. Qadınlar zəng edirdilər ki, bu qıza nə oldu, niyə belə aqressivləşdi, həyatında nə dəyişdi ki, bu belə oldu? "Zəif bənd" bir dəfə ulduzlarla olmuşdu. Xatırlayıram ki, ulduzların bir çoxu məndən incimişdilər.

- Rejissor Ülviyyə Könülün "Vəkil hanı?" filmində Nigar obrazını canlandırmısınız. Çəkiliş zamanı hansı səhnəni oynamaqda çətinlik çəkirdiniz?

- "Vəkil hanı?" filminin çəkiliş dönəmində mən Türkiyədə işləyirdim. Rolum çox böyük deyildi, amma dəhşət zövqlü günlər yaşanırdı. Aktyorlarla Sənubər xanım İsgəndərli işləyirdi. Orada bir səhnəmiz var idi ki, ağrı hiss etməliydim. Yadımdadır ki, Sənubər xanım ya əli ilə, ya da küt bir şeylə çalışırdı ki, mənə ağrı versin ki, onu hiss edim. O, mənə dəhşət kömək etmişdi.

- Kamilə Babayevanın beşinci elementi nədir?

- Mənim beşinci elementim sevgidir, elə "V element"də olduğu kimi.

- Ailə qurandan sonra həyatınızda nələr dəyişdi?

- Ailəyə qədər mən daha iddialı, ötkəm idim, bəlkə daha çox komplekslərim var idi. Bütün günü başqa heç kimlə deyil, elə öz-özümlə mübarizədə idim. Edəcəksən, alınacaq, qaç, tut, qov… Nə yaxşı ki, o hisslər ikinci plana keçdi. Düzdür, o məni hərdən əsəbiləşdirir. Hərdən istəyirəm ki, oradan (daxildən -red.) bir səs gəlsin ki, dur, göstər! Sonra deyirəm ki, eh, oturmuşam da...

- Deyirlər ki, oğul anası olmaq daha asandır. Siz necə düşünürsünüz? Ümumiyyətlə, qızınızla münasibətiniz necədir?

- Mənə qəribə münasibəti var. O, məni hər kəsdən seçir və hamıdan ayırır. Ümumiyyətlə, mənə hərdən elə gəlir ki, o mənim anamdır, mən onun anası deyiləm. Beş yaşında olmağına baxmayaraq, mənə o qədər sevgi, qayğı göstərir ki, həyatımda o qədər sevgi görməmişəm.

Oğlan tayfası ilə dost deyiləm. Mən qız dostuyam. Bu, uşaqlıqdan belə olub. Oğlan haqlı belə olsa, mən qızın tərəfində duracağam. Özümü tanıyandan qız övladı istəmişəm. Qızım olsaydı, çox yaxşı olardı. Heç bir şəkildə ağlımdan keçmir ki, oğlum yoxdur. Hərdən mənə deyirlər ki, oğlan mütləq lazımdır – düşmən çəpəridir. Düşmən? Düşmən kimdir?

- Son vaxtlar özəl televiziya kanallarında çalışan aparıcıları müxtəlif dövlət qurumlarında vəzifələrə təyin edirlər. Kamilə Babayeva nə vaxtsa vəzifə sahibi olsaydı, necə rəhbər olardı?

- Mənim bir sağım müdir, bir solum müdir. Ümumiyyətlə, mənə elə gəlir ki, ətrafımda hamı müdirdir. Malikin də özəl bir işi var. O da öz işində müdirdir, hansısa departamentin rəisidir. Ranar da rəisdir, Hüsniyə də bu günlərdə rəis oldu. Kefdəyəm. Sağım müdir, solum rəis. Mənə nə düşür? Parıldayıb ulduz olmaq, vəssəlam!

Yəqin ki, gülməli müdir olaram. Hamı ilə bütün sirlərimi danışıram. Mənə elə belə yaxşıdır. Qoy sağım da müdir olsun, solum da müdir olsun, evdə də müdirlər çox olsun. Mən də həzz alım da. Pisdir?!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2609   Tarix: 23 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293