Xalq artisti HİDDƏTLƏNDİ: "Ölüm hökmü bərpa edilməlidir"

Xalq artisti HİDDƏTLƏNDİ: "Ölüm hökmü bərpa edilməlidir"

Tanınmış aktyor, xalq artisti Nurəddin Mehdixanlı Sumqayıtda 55 yaşlı kişinin 8 yaşlı qızı zorlamasına münasibət bildirib.

Sənətkar belə şəxslər barəsində ölüm hökmünün çıxarılmalı olduğu deyib:

"Ölüm hökmü qayıtmalıdır. Saysız qətl hadisələrinin və bu sayaq vəhşiliklərin əsas baş vermə səbəbi, ölüm hökmünün ləğv edilməsidir".
Qeyd edək ki, bir neçə gün öncə Sumqayıtda 17-ci mikrorayon ərazisində 8 yaşlı qız nənəsigilə qonaq gəlibmiş, öz evlərinə geri qayıdarkən yolda 55 yaşlı kişi ilə rastlaşıb. Həmin şəxs uşağa şirnikləndirici vədlər verərək aldadıb və yaxınlıqda yerləşən restoranın arxasındakı zirzəmiyə apararaq bir gecə orada saxlayıb. O, həmin gecə 8 yaşlı qızı zorlayıb.

Sumqayıt şəhər prokurorluğundan bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi başlanılıb, cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanaraq barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq davam etdirilir.

sonxeber

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1331 Tarix: 22.07.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər