Namaz qılan nazirlər, nazir müavinləri - Məmurlar ibadətlərini niyə gizlədirlər...

Namaz qılan nazirlər, nazir müavinləri - Məmurlar ibadətlərini niyə gizlədirlər...Namaz qılmaq, oruc tutmaq İslam dininin əsas şərtlərindəndir. "Qurani Kərim"də buyrulduğu kimi, namaz, oruc hər bir müsəlman üçün vacibdir.

Son zamanlar Azərbaycan cəmiyyətində belə bir tendensiya müşahidə olunur: dinlə məşğul olan şəxslər bunu ya danır, ya da aşırı dərəcədə qabardırlar.

Birincilərə vəzifəli şəxslər – məmur kateqoriyasından olanlar daxildir. Məmurlar nədənsə namaz qlıb, oruc tutduqlarını gizlədirlər. Araşdırmalara görə, xüsusilə orta ranqlı məmurlar arasında inanclı insanlar çoxdur.

Adının çəkilməsini istəməyən orta məmur təbəqəsindən olan şəxs bəzən inanca görə müdiriyyət tərəfindən sıxışdırıldığını iddia edir, özü kimi namaz qılan, oruc tutan həmkarlarının bunu gizlətdiklərini deyir.

Əldə etdiyimiz məlumata görə, namaz qılan məmurlar arasında hətta iki nəfər nazir də var (bəzi səbəblərdən adlarını qeyd etmirik). Nazir müavinləri arasında da vaxtlı-vaxtında ibadət edənlərin az olmadığı deyilir. Lakin onların bunu gizlətdiyi, açıb-ağartmağı istəmədiyi vurğulanır.

Yeri gəlmişkən, bu günlərədə eks-nəqliyyat naziri Ziya Məmmədovun namaz qılıb, oruc tutduğu barədə məlumat yayılmışdı. Əslində onun ibadətə hələ nazir olduğu dövrdən başladığı söylənilir.

İbadətlə məşğulsansa, bunu cəmiyyətə xüsusi qabardaraq təqdim etmək və ya əksinə, namaz qıldığını ciddi cəhdlə danmaq nə dərəcədə doğrudur?

Mövzuya münasibət bildirən ilahiyyatçı Elşad Miri Modern.az-a deyib ki, din insana göstəriş üçün yox, düzgün yolda olmaq üçün göndərilib:

"İnsan dinlə məşğul olmağını öz davranışında, başqalarına olan münasibətində göstərməlidir. Namaz qılmağın, oruc tutmağın və ya xeyirxahlığı açıq-aşkar şəkildə etməyin, kiməsə göstərməyin heç bir əhəmiyyəti yoxdur. Bütün bunların hamısı dinin mahiyyətindən kənar olub, özünü fərqli şəkildə insanlara təqdim edənlər üçündür. Din insana düzgün yaşamaq, xeyirxahlıq etmək üçün göndərilən bir anlayışdır. Bu gün o anlayışı başqa şəkildə təqdim etmək dini ritullaşdırmaq deməkdir".

Onun fikrincə, dinlə məşğul olub-olmamağı kimdənsə soruşmaq düzgün deyil:

"Belə bir məsəl var: orucluqda bir nəfərdən soruşurlar ki, oruc tutursan? O da deyir "başqa vaxt niyə soruşmursan ki, acsan, nəyə ehtiyacın var?". Doğurdan da bunu soruşmayan insanın orucluqda "orucsan7" deyə soruşması nə dərəcədə doğrudur? Bu tip suallar vermək doğru hal hesab olunmur".

Deputat Fazil Mustafa isə dindar olmaqda gizlətməli məqamın olmadığını düşünür:

"Məsələn mən namaz qılıram, hər cümə məscidə gedirəm, oruc tuturam və Həcc ziyarətində olmağıma baxmayaraq, yenə də getməyi planlaşdırıram. Bunu mən niyə gizlədim ki? Burada utanılmalı heç nə yoxdur axı. Əgər dinlə məşğul olmağıma görə mənə ziyan gələcəksə, qoy gəlsin. Əsas odur ki, Allahdan insana ziyan gəlməsin. Din ümumilikdə həyat tərzinə, vicdan azadlığına aid olan bir məfhumdur. İbadətini gizlədən insanlar görünür ki, səmimi deyillər. Demokratik ölkədə yaşayırıq və insanların inanclarına görə təqib olunması deyə bir durum yoxdur".

Onun fikrincə, vəzifəli şəxslərin pis əməllərlə məşğul olmaqlarındansa, ibadətlə məşğul olmaları cəmiyyətə fayda verər:

"Ola bilsin ki, dar çərçivədə hansısa məmurlar bunu açıq-aşkar şəkildə etməkdən qorxurlar. Lakin Konustitusiyada hüquq və azadlıqlar var ki, insanların dini inanclarına görə fəaliyyətlərini məhdudlaşdırmaq olmaz. Vəzifədə olan şəxslər də bunu açıq şəkildə edə bilər. Onların ibadətlə məşğul olmaqları insanlar üçün çox faydalı olar. Belə ki, din onları cəmiyyətin müəyyən problemlərinin həll edilməsində daha vicdanlı olmağa sövq edər".

Dinşünas alim Nəriman Qasımoğlu bildirib ki, kim istəsə, dindar olduğunu dana və ya qabarda bilər:

"Hərənin öz məcazı var və buna uyğun hərəkət edir. İnsan öz istəyinə uyğun özünü ifadə edir, burada heç bir problem yoxdur. Hamı intellektual səviyyəsindən asılı olaraq dinlə məşğul olmağını ya qabardır, ya da danır. Hər iki hala görə insanları qınamaq, müzakirə etmək düzgün deyil".

Dini Komitənin sabiq sədri, "İRŞAD" İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyev deyir ki, dini cəhətdən ibadətlə məşğul olmağı gizləmək olar, lakin qabartmaq günahdır:

"Dində buna "taqiyyə" deyirlər, yəni öz dini inancını gizlətmək. Əgər bir insan düşmən əhatəsindədirsə və ya başqa qorxusu varsa, dinlə məşğul olduğunu gizləyə bilər. Çünki dini inancına görə düşmənin onu öldürmək təhlükəsi var. Lakin ictimaiyyətdən gizləmək o qədər də yaxşı hal deyil. Özünü imanı, namazı ilə önə çəkən insanlar da var. Bu, islamda ciddi günah hesab olunur. İnsan özünü tərifləməli deyil, o ki qaldı imanını ortaya qoyub onunla öz imicini qaldırasan. Bu dini baxımandan böyük günahdır".

modern.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1145   Tarix: 12 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

12:47 32
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25.04.2024 295
.

Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy

25.04.2024 414
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

10:08 193
.

Nəsib Quliyev dəfn edildi

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25.04.2024 884
.

Azərbaycanda general vəfat etdi

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib. Bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib. Qeyd edilib ki, A.Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, Arif Əliyev uzun illər gömrük orqanlarında xidmət edib. Ona 2006-cı ildə gömrük xidməti general-mayoru al

10:43 285
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25.04.2024 403
.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

25.04.2024 209
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 796