"İlin-günün bu vaxtı 2 manata pomidor, 1 manata xiyar olmaz axı..." - Deputatdan haqlı İRAD

"İlin-günün bu vaxtı 2 manata pomidor, 1 manata xiyar olmaz axı..." - Deputatdan haqlı İRADYayın bu qızmarında kənd təsərrüfatı məhsullarının "qızan" qiymətləri vətəndaşların haqlı narazılığına səbəb olub. Bineyi-qədimdən deyirlər ki, həm geyim, həm də yemək baxımından kasıbınkı yaydır. Kasıb xiyar-pomidor, bir az da pendirlə qarnını doyurmaq üçün hər dəfə yayı gözləsə də, görünən odur ki, bu mövsüm ac qalacaq. Axı kiloqramı 2 manata pomidor, 1 manata xiyarı alıb yeməyə qıymırsan. Onsuz da mer-meyvədən əlimizi üzmüşük. Qoy bizim gilasları afrikanlar yesin, biz yeməsək də olar. Təki hesabat verəndə sinəmizi qabardıq "ixracımız artıb" deyə bilək...

Kasıbdan söz düşmüşkən parlamentdə onların hüquqlarını müdafiə edən 3-4 deputat varsa, ilkin yada düşəni Vahid Əhmədovdur. Elə bu səbəbdən də ona müraciət etdik.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, ixracdan əvvəl daxili tələbatı nəzərə almaq lazımdır:

"Əvvəl daxili bazarı təmin etmək lazımdır ki, insanlar yüksək qiymətə məhsul almağa məcbur olmasınlar. Bundan sonra ixrac məsləsinə baxmaq lazımdır. Dövlətin imkanları var, istənilən vaxt istənilən fermerdən istənilən kənd təsərrüfatı məhsulunu ala, ehtiyatda saxlaya və bazara buraxa da bilər".

İqtisadçı deputat ixracın artması səbəbindən daxildə qiymətlərin bahalaşdırılmasının qanunauyğun olmadığını bildirib:

"İxrac artıb deyə daxildə qiymətləri niyə qaldırmalıyıq?! Hələ əməkhaqları ilə bağlı Prezident tərəfindən qərar veriləndə biz bunun süni şəkildə qiymətlərə təsir edəcəyini bildirmişdik. Əməkhaqlarının artımı sentyabrdan nəzərdə tutulub, amma indidən bahalaşma gedir. Bizdə həmişə belə olub, maaş artırılan kimi, bundan sui-istifadə edən sahibkarlar da məhsulları bahalaşdırır. Mən hesab edirəm ki, ilk növbədə daxili bazarı qorumaq və qiymətləri stabilləşdirmək lazımdır. Bundan sonra ixracı həyata keçirmək lazımdır. Heç kim ixracın əleyhinə deyil, biz də istəyirik ölkəyə daha çox valyuta daxil olsun".

Parlamentari qeyd edib ki, kənd təsərrüfatı məhsullarının baha olması ilə bağlı vətəndaşlar tərəfindən narazılıqlar var:

"Biz özümüz də bu ölkənin vətəndaşı olaraq dükan-bazardan bazarlıq edirik və bahalığı hiss edirik. İlin-günün bu vaxtı 2 manata pomidor, 1 manata xiyar, 90 qəpiyə soğan və s. olmaz axı... İnsanlar tərəfindən bununla əlaqədar olaraq müraciətlər artmaqdadır. Ona görə də müvafiq dövlət qurumları bu işlə məşğul olub daxili bazarı stabilləşdirməlidirlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 951   Tarix: 12 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır

Böyük Britaniya hökuməti Kral II Çarlzın ölümünə fəal şəkildə hazırlaşır. Bu barədə "Daily Beast" Bukingem sarayına yaxın mənbəyə istinadla xəbər verib. Bildirilir ki, bunun üçün "Menay körpüsü" adlı plan hazırlanıb. Layihə Nazirlər Kabineti tərəfindən mütəmadi olaraq nəzərdən keçirili

14:36 91
.

Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro

Yeni HONOR Magic6 Pro flaqman smartfonu fevral ayında MWC 2024 sərgisində qlobal bazara təqdim edilmiş və həmin tədbirdə bir çox mükafatlar qazanmışdır. Bundan əlavə, bu smartfon bu günə qədər DXOmark reytinqindən 5 qızıl mükafat alan 2024-cü ilin ilk smartfonudur. Görünüş - eleqant. HONOR Magic6 Pr

10:00 193
.

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür. xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə bahalı hədiyyə verməklə ad çıxarıb. Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik

25.04.2024 663
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 823
.

Nihal Candan azadlığa buraxıldı

Beş ay öncə dələduzluq ittihamı ilə həbs olunan fenomen Nihal Candan azadlığa buraxılıb. OLAY yazır ki, onun həbsxanada səhhətində problem yarandığı, arıqlayaraq 37 kiloya çatdığı və müalicəsinin orada davam etdirilə bilməyəcəyi qeyd olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir

14:52 78
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25.04.2024 700
.

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

"Deliha" filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı. Onları

25.04.2024 1144
.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

25.04.2024 681
.

Marketdən 2 kq pendiri şalvarında gizlədərək OĞURLADI

Türkiyədə özünü müştəri kimi təqdim edərək bazara girən şübhəli 2 kiloluq pendir oğurlayıb. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pendirini şalvarına gizlədərək oğurlayıb. Ətrafa göz gəzdirən şübhəli pendiri şalvarına qoyub bazarı tərk edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub

25.04.2024 607