Özünü binadan atan gənc oğlanın kimliyi bilindi - BU VƏZİFƏLİ ŞƏXSİN ÖVLADI İMİŞ

Özünü binadan atan gənc oğlanın kimliyi bilindi - BU VƏZİFƏLİ ŞƏXSİN ÖVLADI İMİŞBakının Nərimanov rayonunda özünü yaşadığı binadan atıb öldürən şəxsin kimliyi məlum olub.

BiG.AZ Bakupost.az-a istinadən xəbər verir ki, Orxan Ağayev Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əlaslan Ağayevin oğludur.

Qeyd edək ki, Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib.

1991-ci il təvəllüdlü Orxan Ağayev özünü yaşadığı evin pəncərəsindən atıb.

Özünü 5-ci mərtəbədən atan O. Ağayev hadisə yerində ölüb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4217   Tarix: 11 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş