Azərbaycanlı aktyora "Semaşka"da hepatit diaqnozu qoydular, korbağırsaq çıxdı - ŞOK SÖZLƏR
Tanınmış aktyor və social media fenomeni Kənan Yusifin başına Azərbaycan səhiyyəsində dəhşətli iş gəlib.
BiG.AZ Medicina.az-a istinadən xəbər verir ki, aktyor özünün feysbuk səhifəsində paylaşdığı videoda 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) həkimlər tərəfindən başına gətirilən işlə bağlı dəhşətli detalları açıqlayıb.
K.Yusif deyir ki, iki həftə əvvəl kəskin mədə ağrıları baş qaldırdığı üçün evə təcili tibbi yardım çağırıb. Həkimlər gəlib müayinə edib, infarktdan şübhələndiklərini, lakin infarkt olmadığını bildirib, ağrıkəsici vurub gediblər. Elə həmin gecə aktyorun ağrıları daha şiddətli vəziyyət alıb və özünü evlərinə ən yaxın tibb mərkəzi olan "Semaşko"ya çatdırıb. Dəhşətli ssenari isə elə burada başlayıb: "Semoşka"da ultrasəs müayinəsində çalışan xanım həkim baxdı və dedi, sənin mədəaltı vəzin şişib, səndə pankreatit var. Qara ciyərimin rənginin dəyişdiyini, hepatitə doğru şübhələr yarandığını bildirdi. Digər kişi həkim isə əli ilə yoxlamaqla dedi ki, "həə, mədən bura gedir, deməli, bu, pankreatitdir. Ağrıya görə mənə "Tramadol" iynəsi vurdular. Huşum özümdə deyil, həm ağrıdan, həm də qəfil aldığım belə ağır xəstəliklər xəbərlərindən psixoloji olaraq gərginəm. Hepatit və pankreatit şübhələri ilə mənim evə yola saldılar".
Səhəri gün isə aktyor başqa bir həkimdən aldığı xəbərlər əsl şoku yaşayıb: "Səhəri gün Tibb Universitinin Tədris-Cərrahiyyə xəstəxanasına getdik. Vüqar adlı həkim var, Allah ondan razı olsun, əli ilə baxdı və dedi ki, bu appendisitdir və qan analizi verilməlidir. Qan analizi və ultrasəs müayinəsindən də dəqiq məlum oldu ki, məndəki ağrıların səbəbi appendisit imiş".
Xəstəxanada aktyora məlum olur ki, appendisitlə getdiyi "Semaşko"da ona pankreatit diaqnozu qoyublar. Aktyor haqlı olaraq bu vəziyyətə üsyan edir və deyir: "Tutaq ki, biz Bakıda yaşayan adamlarıq, nisbətən tanınan adamlarıq, bəs rayondan gələn, heç kimi tanımayan, heç bir tanışı olmayan adamlar bu həkimlərlə nə edir?"
Kənan Yusifin başına gələnlərlə bağlı paylaşdığı videonu təqdim edirik:
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb
Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır
16.09.2021 2690 41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO
Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb
16.09.2021 6043 Zamiqin oğlunun ad günündən - FOTO
Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı
18.09.2021 5961 Əməkdar artist vəfat etdi - FOTO
Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf
16.09.2021 7387 Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"
Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir
17.09.2021 1704 İkinci əl geyimlər aldığını etiraf etdi
Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad
18.09.2021 6939 Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO
Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı
16.09.2021 4875 "Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"
Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz
17.09.2021 5564 "Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı
"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını
16.09.2021 2120