1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da insan haqlarının qorunmasına xüsusi önəm verilir. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Nəzərə alsaq ki, uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur. Valideyn himayəsində olan uşaqların müdafiəsi ilk növbədə onların valideynləri tərəfindən təmin olunur, amma valideyn himayəsindən məhrum olmuş uşaqların hamımızın qayğısına və diqqətinə ehtiyacları var.

"İnsan Hüquqları XXI əsr – Azərbaycan" Fondu fəaliyyətdə olduğu 4 il ərzində insan hüquqlarının qorunması və cəmiyyətimizin bu sahədə maarifləndirilməsi sahəsində çoxsaylı layihə və proqramlar həyata keçirib və keçirməkdədir. Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri də uşaq hüquqlarının müdafiəsidir. Təşkilat hər il olduğu kimi bu il də 1 iyun tarixi ilə bağlı bir sıra tədbirlər həyata keçirdi. Bu tədbirlər sırasına "Hərəyə 1 kitab" aksiyası və Xəzər televiziyası ilə birgə hazırlanmış "Kimsəsiz uşaqlar hara gedir?.." verilişi aiddir.

"İnsan Hüquqları XXI əsr – Azərbaycan" Fondu "Hərəyə 1 kitab" aksiyası çərçivəsində elanlar yaydı. Bu elanlarda bildirildi ki, hər bir Azərbaycan vətəndaşı evində olan uşaq ədəbiyyatını fonda təqdim etsin. Vətəndaşlarımız bu yolla azacıq vaxt sərf etməklə və kiçicik təşəbbüs göstərməklə bir kitabla bir uşağı sevindirmək imkanı əldə etmiş olacaqdılar. Bu elanlar nəticəsində fonda yüzlərlə uşaq ədəbiyyatı təqdim edildi. Hətta İrina Mixaylovna adlı bir xanım kimsəsizlərə pianino hədiyyə etmək niyyəti ilə bağlı fonda müraciət etdi.

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə "İnsan Hüquqları XXI əsr – Azərbaycan" Fondunun əməkdaşları Mərdəkan qəsəbəsində yerləşən yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 saylı internat məktəbindəki uşaqlarla görüş keçirdilər. Görüş zamanı toplanmış kitablar və bir sıra bayram hədiyyələri uşaqlara tədqim edildi, onların problemləri ilə maraqlanıldı. Uşaqlara hədiyyə olunan pianino məktəbin akt zalında yerləşdirildi. Qeyd edək ki, pianino uşaqların böyük maraq və sevincinə səbəb oldu.

Fondun "XƏZƏR TV" ilə birgə "kimsəsiz uşaqlar hara gedir?.." mövzusunda reallaşdırdığı verilişdə Birliyə Doğru Əlil və Kimsəsiz Uşaqlara qayğı İB –in psixoloqu Satibə Fərhadlı, "İnsan Hüquqları XXI əsr – Azərbaycan" Fondunun hüquqşünası Rövşanə Rəhimova qonaq qismində iştirak etmişlər. Verilişdə ölkədə kimsəsiz uşaqların problemi, onların hüquqlarının qorunması səviyyəsi, onların hazırki durumu və gələcəkdə cəmiyyətə sosial adaptasiyası kimi mövzularda müzakirələr aparılmışdır. Verilişdə iştirak edən kimsəsiz uşaqlar öz həyat şəraitlərindən, üzləşdikləri problemlərdən, gələcəyə baxışlarından danışdılar. Canlı bağlantı ilə verilişə qoşulan bir tamaşaçı iki kimsəsiz uşağa kömək etmək istəyini, onların işlə təmin olunmasına yardımçı ola biləcəyini bəyan etdi.

mənbə: xəzərxəbər.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6419   Tarix: 01 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında mayın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək

12:55 318
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 29-a çatıb

Braziliyada güclü yağışlar zamanı daşqınlar nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 29-a, itkin düşənlərin sayı isə 60 nəfərə çatıb. Bu barədə Ştatın Mülki Müdafiə nazirliyi bəyanat yayıb. Açıqlamada qeyd edilib ki, yağışlar 154 qəsəbədə ciddi fəsadlar törədib. Daşqınları

11:52 105
.

Azərbaycanda Analar Günü təsis oluna bilər

"Azərbaycanda Analar Gününün təsis olunması məsələsinə baxıla bilər". Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:. "Bizim də başqa ölkələrdə olmaya

12:36 410
.

Hava ilə bağlı daha bir - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, 5-i axşam bəzi yerlərdə yağış yağacağ

17:29 294
.

Mətanət Əsədova: "Üzümə gülüb can-can deyir, amma məni toylardan "vurdurur""

"Elə bir dövrdə yaşayırıq ki, feyk səhifələrdən yazanları 5 dəqiqə içində hüquq-mühafizə orqanları tapırlar. Bir müğənni var, məni görəndə üzümə gülüb can-can edir, amma sosial şəbəkələrdə pulnan adam tutub məni söydürür". -ın xəbərinə görə, bu fikirləri "Kanal S"də yayımlanan verilişlərdə

15:43 259
.

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, "Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasını

10:10 320
.

Həmin həkim şəhid anasından üzr istədi - Video

Dünən sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi, "Mixaylo" ləqəbli gizir Mehti Şıxəliyevin anasına özəl klinikada həkim tərəfindən kobudluq edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, qohumunu müayinəyə aparan ana Şəlalə Şıxəliyevaya nevroloq İbrahim Qulamo

17:18 352
.

Hansı avtomobillərə maraq artıb?

"Elektromobillərin istifadəsi ekoloji çirklənməyə qarşı mübarizədə ən önəmli vasitələrdən biridir. Azərbaycanda bu nəqliyyat vasitələrinə maraq artır". Bu sözləri BİG.AZ-A nəqliyyat eksperti Aslan Əsədov deyib. O bildirib ki, taksi fəaliyyətinə məhdudiyyətlərin qoyulması və lisenziyaların verilməsind

16:17 141
.

Adı lüğətə salınacaq

Amerikalı müğənni Beyonsenin adı Fransanın "Le Petit Larousse illustré" ensiklopedik lüğətinin 120-ci nəşrində yer alacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb. Ulduzun adının yanındakı təsvirdə "Amerikalı R&B və pop müğənnisi" sözlər

15:54 239