Ölümdən sonra orqanlar necə bağışlana bilər? - Qaydalar

Ölümdən sonra orqanlar necə bağışlana bilər? - QaydalarAzərbaycanda orqanların canlı donorla yanaşı meyitdən köçürülməsi ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunur.

Sentyabrda qəbul ediləcəyi gözlənilən qanun layihəsi bu sahədə qəbul olunan ilk sənəd olmayacaq.

1999-cu ildə qəbul olunan "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanunda da meyitdən orqan köçürülməsinə icazə verilib, lakin bu, elə kağız üzərində də qalıb.

Millət vəkili, parlamentin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev BBC-yə deyib ki, indiyədək Azərbaycanda meyitdən orqan köçürülməyib. Onun sözlərinə görə, hazırkı qanun qəbul olunan zaman dünyada orqan transplantasiyası təcrübəsi geniş yayılmamışdı, ona görə də qanunun yenilənməsi vacibdir:

"Köhnə qanunda sadəcə qeyd olunurdu ki, orqan meyitdən də köçürülə bilər, amma şərtləri və normaları qeyd olunmamışdı. Yeni qanun layihəsində isə konkret şərtlər, vəsiyyətnamə forması, protokollaşma, orqan köçürülməsi ilə məşğul olan mütəxəssis və klinikalara tələblər və s qaydalar konkret göstərilir".

Kimlər donor ola bilər?

Donor orqan canlı insandan köçürülərsə transplantasiya nə onun, nə də orqan köçürüləcək şəxsin həyatına təhlükə törətməməlidir.

Bu zaman donor hərtərəfli tibbi müayinədən keçirilir və həkim mütəxəssislər rəy verir.
Hazırkı qanunda deyilir ki, 18 yaşından aşağı adamlar ancaq sümük iliyi donoru ola bilərlər, onlardan transplantasiya məqsədilə digər orqan və toxuma götürülməsi isə qadağandır.
Yeni qanun layihəsində isə 1 yaşından yuxarı uşaqların da donor olmasına icazə verilməsi təklif olunur.

Həbsdə olan şəxslərdən, hərbi əsirlərdən və ruhi xəstələrdən transplantasiya məqsədilə orqan və ya toxuma köçürülə bilməz.
Hər hansı şəxsi orqan və ya toxumalarının götürülməsinə məcbur etmək qanunla qadağandır və cinayət məsuliyyəti daşıyır.

Ölümündən sonraorqanlar necə bağışlana bilər?

Meyitdən orqan köçürülməsi üçün bir neçə variant var.

Əgər şəxs sağlığında orqanlarının bağışlanılması haqqında vəsiyyətnamə verirsə, bu zaman onun ölümündən sonra orqanlarının köçürülməsi üçün heç kimdən əlavə icazə almağa ehtiyac olmayacaq və yaxın qohumları buna imtina edə bilməz.

Şəxs sağlığında orqanlarının bağışlanılmasına etiraz etməsi haqda da vəsiyyətnamə verə bilər. Bu zaman şəxsin ölümündən sonra heç bir halda, yaxın qohumları meyitdən orqan götürülməsini təklif etsə belə, donorluq mümkün olmayacaq.

Əgər şəxs sağlığında nə təsdiq, nə də imtina haqqında vəsiyyətnamə verməyibsə, bu zaman ölümündən sonra orqanlarından istifadə etmək üçün yaxın qohumlarının icazəsi tələb olunur. Bu icazəni yalnız birinci dərəcəli qohumlar - ata, ana, bacı, qardaş, ər və ya arvad verə bilər.

Yeni qanun layihəsinə əsasən, bu qohumlardan birinin icazəsi kifayət edəcək, yəni, onlardan biri orqan köçürülməsinə icazə versə, digərinin imtina etməsi rol oynamayacaq, çünki "məsələ donor orqanı gözləyənin xeyrinə həll edilməlidir".

Kimsə ölümündən sonra orqanlarının bağışlanması haqda vəsiyyətnamə verirsə, lakin sonra fikrini dəyişirsə, vəsiyyətnaməni ləğv edə bilər.
Şəxsiyyəti bəlli olmayanların orqanları isə heç bir halda köçürülə bilməz. Əgər ölən şəxsin yaxınları cəsədin kimliyini müəyyən etmirsə, bu zaman meyitdən orqan götürülmür.

Hansı orqanlar köçürülə bilər?

"İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanunda deyilir ki, ürək, ağ ciyər (ürək-ağ ciyər kompleksi), böyrəklər, qara ciyər, mədəaltı vəzi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfındən müəyyən edilən digər orqan və (və ya) toxumalar transplantasiyanın obyekti ola bilərlər.

Bu qanun reproduksiya vasitələrinə və bu məqsədlə istifadə edilən orqanlara, onların hissələrinə və toxumalara (yumurta hüceyrələri, sperma, yumurtalıq, xaya və ya embriona), eləcə də qan və onun komponentlərinə şamil edilmir.

Donorlar necə bilinəcək?

Musa Quliyev söyləyib ki, donorla bağlı bütün məlumatların yerləşdirildiyi məlumat bankı yaradılmalıdır. Bu, kimin donor olduğu, kimin orqan gözlədiyi, hansı orqanın donorluğa hazır olduğu kimi məlumatları özündə birləşdirəcək.

"Məsələn, kimsə notariusda orqanlarının bağışlanması barədə vəsiyyətnamə yazırsa, onun bütün məlumatları, tibbi göstərişləri avtomatik rejimdə orqan köçürülməsi reyestrində qeyd olunmalıdır.

Mərkəzləşdirilmiş elektron şəbəkə ona görə lazımdır ki, məsələn, Qazax rayonunda bir nəfər donor orqan gözləyir, Lerik rayonunda isə bir nəfər qəzaya düşübsə, onların tibbi göstəriciləri yoxlanılır, uyğun gələndə isə soyuducu ilə təcili oraya aparılacaq və köçürüləcək", - millət vəkili deyib.

Hazırkı qanunda orqan transplantasiyasının respublika üzrə 4 xəstəxanada - M.M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxana, Mərkəzi Gömrük Hospitalı, Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Oftalmologiya Mərkəzi və Mərkəzi Neftçilər Xəstəxanasında aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 631   Tarix: 24 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585