Koko Şanelin yatağında - Dəb kraliçası knyazları, oliqarxları və nasistləri necə yoldan çıxarıb?

Koko Şanelin yatağında - Dəb kraliçası knyazları, oliqarxları və nasistləri necə yoldan çıxarıb?Dünya dəbinin ikonlarından sayılan Qabriel Şanel barədə yeni kitab nəşr edilib.

Kitabda əfsanəvi Kokoya karyera qurmağa kömək edən intim həyatının detallarından bəhs edilib.

Qabriel dünyada Koko kimi məşhurlaşıb və 11 yaşı olanda anasını itirib. Atası isə iki bacısı ilə birlikdə Qabrieli yetimxanaya qoyaraq aradan çıxıb. 23 yaşına qədər Koko artıq dərzi, kabaredə müğənni işləmişdi. Bu dövründə isə Etyen Balsanla tanış oldu. Etyen tekstil maqnatının varisi idi və Koko onun məşuqələrindən birinə çevrildi.

Üç il sonra Koko Etyenin dostu-polo oyunçusu Artur Kepellə görüşməyə başlayır. Kepel Kokonu Parisə aparır və şlyapa salonu açmağa kömək edir. Qısa müddət ərzində salon yerli qadınlar arasında populyarlıq qazanır və Kokoya ilk uğurunu gətirir.

Bir dəfə Artur Kokoya başqa bir qadınla evlənmək qərarına gəldiyini deyir. Onun seçimi isə daha perspektivli ittifaqı təmin edəcək gənc aristokrat qadın idi. Artur və Şanel ayrıldı, amma toydan iki ay sonra məşuqlar yenidən görüşməyə başladılar.

Bu dövrdə artıq Şanel Parisdə şəxsi moda evini açmışdı. Amma 1919-cu ilin sonunda Kepel avtomobil qəzasında həlak oldu. Arturla birlikdə Koko həyatının anlamını itirdi. "Onun ölümü məni boşluğa itələdi və bu boşluğu heç nə ilə doldura bilmədim", - deyə Koko bu günləri xatırlayır.

Kepeldən sonra heç bir kişi Şanelin qəlbini fəth edə bilmədi. Amma buna can atanlar çox idi. Kokoya yaxınlaşmağa cəhd edənlərdən biri rus bəstəkar İqor Stravinski idi. Onlar 1921-ci ildə tanış oldular. Estafeti imperator II Aleksandrın nəvəsi, böyük knyaz Dmitri Pavloviç götürdü. Onların da münasibəti qısa müddət davam etdi. Şanel bu münasibətdən maksimum istifadə etdi. Romanovlar sülaləsinin üzvü Qabrieli parfümer Ernest Bo ilə tanış etdi. Ernest Koko üçün əfsanəvi "No 5" ətirini icad etdi.

3 il sonra İngiltərənin ən varlı adamı, 44 yaşlı hersoq Hyu Qrossvenor Koko ilə tanış oldu. Şanel uzun müddət imtina etsə də, hersoq 12 ay sonra istəyinə nail oldu. Hyu Kokonu pula boğdu və ondan uşaq istədi.

Amma bu baş vermədi. Bir neçə cəhddən sonra hersoq kübar cəmiyyətinin 27 yaşlı nümayəndəsi olan bir qızla ailə qurdu. Koko yenə tək qaldı.

1938-ci ildə dünya şöhrətli rəssam Salvador Dali də Kokonun sevgilisi oldu. Amma rəssam evli idi. Onların münasibəti ikinci dünya müharibəsi başlayana qədər davam etdi. Kokonun yaşadığı Fransa sahilləri bombalandı və Şanel tanış heykəltaraş Apelles Fenozeyə müraciət etdi. O, Şanelə Tuluzada yaşamağa kömək etdi.

Almanlar Parisə daxil olanda, Koko şəhərə qayıtmaq barədə düşündü. O, evinin olduğu əraziyə gəldi və nasist komandanlığının rəhbəri ilə görüşdü. Almanlar Şanelə "Rits" mehmanxanasında qalmağa icazə verdilər. Burada Qabriel hüquqşünas və nasist Hans Günter fon Dinklaqe ilə tanış oldu. Tezliklə Hans Kokonun məşuquna çevrildi.

1944-cü ildə Hans Kokoya bildirdi ki, nasistlər məğlub olur və o, ölkədən qaçmaq məcburiyyətindədir. Alman Zabit Şaneli də özü ilə aparmaq istəsə də, modelyer imtina etdi. Avropada isə Üçüncü Reyxin qalıqları ilə mübarizə başlamışdı. Alman hərbçiləri ilə yatan qadınları da yaxşı aqibət gözləmirdi. Kokonu gecə apardılar. İki saat saxladıqdan sonra isə buraxdılar. Onun buraxılma səbəbi bilinmir. Amma deyilənlərə görə, Şanel müttəfiqlər ordusunun hər əsgərinə sevimli qadınına hədiyyə etmək üçün "No 5" ətiri söz vermişdi...

olke.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1344   Tarix: 24 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304