"Müsəlman ölkəsi olmasaydıq problem çoxdan öz həllini tapmışdı"- DEPUTAT

"Müsəlman ölkəsi olmasaydıq problem çoxdan öz həllini tapmışdı"- DEPUTATMilli Milli Məclisin deputatı Azər Badamov BiG.AZ-ın suallarını cavablandırıb.

-Azər bəy ilk öncə istərdik ki, cənab prezidentimiz tərəfindən imzalanan sərəncamlar və aparılan struktur islahatları barəsində fikirlərinizi bilmək istərdik.

-2018-ci ilin aprelində ölkə başçısı xalqın səs çoxluğu ilə yenidən prezident seçildi. Cənab prezidentimiz elə aprel ayından başlayaraq ölkənin idarəçilik modelində yeni addımlar atdı. Bu addımlar nəticəsində ölkədə islahatlar daha da dərinləşdirildi. Strukturk islahatları ilə yanaşı əhalinin sosial durumunun yaxşılaşdırlması istiqamətində çox mühüm qərarlar verildi. 2018-ci ildən başlayaraq ölkənin icra orqanlarında təkminləşdirilmələr aparıldı. Bir neçə qurum birləşdirlərək daha çevik,operativ struktura çevrildi. Keçirilən islahatlar ölkə iqtisadiyytın şəffaflaşması ilə yanaşı sahibkarlar və fermerlər üçün dövlət orqanların əlçatanlığını təmin etdi. 2018-ci ildə aparılan struktur islahatların effektivliyi 2019-cu ilin iqisadi göstəriciliyinə müsbət təsirini göstərməkdədir. Struktur islahatları ilə yanaşı sosial islahatların dərinləşdirilməsi işləri aparıldı. Cənab prezidentimiz yenidən dövlət başçısı seçildikdən sonra ilk olaraq Azərbaycanın birinci vitse-preziden Mehriban xanaım Əliyeva ilə birlikdə şəhid ailələri ilə görüşdü. Orada şəhid ailələrinin qarşılaşdığı problemləri özlərinin dilindən eşitdi. Görüşdən sonra ölkə başçısı şəhid ailələrinə veriləcək müavinətin əhatəsini genişləndirərək 12 mindən daha çox insana şamil edilməsi ilə bağlı qərar sərəncam imzaladı. Bu məsələ üçün 135 milyon manat ayrıldı. Bu çox böyük addım olmaqla yanaşı dövlətin şəhid ailələrinə olan dəstəyi idi. Bundan əlavə 2015-ci ildən əhalini narahat edən problemli kreditlərlə bağlı mühüm addım atıldı. Ölkə başçısının bu sərəncamı 9 mindən çox insanı əhatə edirdi. Cənab prezidentimizin verdiyi mühünm qərarlardan biri də sənədsiz evlərlə bağlı idi. Təkcə Bakıda 400-dən çox binanın və 400 mindən çox mənzilin sənədləşməsi çətin məsələ olaraq qalmışdı. Ölkə başçısının imzaladığı sərəncamla bu problem də aradan qaldırıldı. Ən mühüm addımlardan biri də minumum əmək haqqının, pensiyaların, şəhid ailələrinə və digər şəxslərə verilən təqaüdlərin artırılması oldu. Bu böyük sosial paket 3miyondan çox insanı əhatə edib. Bu sərəncamların imzalanmasına 3 milyarda manata yaxın vəsait nəzərdə tutulub. -Yeni islahatlar ölkə iqtisadiyyatının daha yüksək səviyyədə inkişaf etməsinə hansı töhfələri verəcək?

-Təbii ki, bu islahatalar ölkə iqtisadiyyatına çox müsbət təsir göstərəcək. 2 qrum üzrə yığılan vəsaitə diqqətinizi çəkmək istərdim. 2019-cu ilin 5 ayında Vergilər Nazirliyin trəfindən 3 milyard 150 manat vəsaitdən çox gəlir dövlət büdcəsinə daxil olub. Bu da ötən ayın 5 ayı ilə müqayisədə 200 miyon manat artıq vəsait deməkdir. Gömrük Komitəsinin xətti ilə 1 milyard 750 manatdan çox vəsait dövlət büdcəsinə daxil olub. Bu vəaitlər ötən illə müqayisədə 450 milyon manatdan çox vəsait deməkdir. Sosial ödənişlər 1 mlyard manatı keçib. Bundan əlavə 95 min insanla əmək müqaviləsi bağlanılıb. Düşünürəm ki, ilin sonuna qədər prqanoz edilən məbləğdən çox gəlir dövlət büdcəsinə daxil olacaq. Hesab edirəm ki, Azərbaycan iqtidsadiyyatı yeni bir mərhələyə qədəm qoyub.

- Son zamanlar ölkəmizin uğurlarını qəbul etməyən qüvvələrin əlində maşa rolunu oynayan bəzi qüvvələr yenidən aktivləşib. Sosial şəbəkələrdə aparılan söyüş kampaniyasına dövlət tərəfindən hansı əsaslı tədbir görülməlidir?

- Azərbaycan dövlətinin uğurlarına kölgə salmaq istəyən şəxslər və qüvvələr var. Bu gün Azərbaycan dünya xəritəsində çox balaca ölkə kimi görünür. Amma bu gün ölkəmizin dünya iqtisadiyyatında və siyasətində tutduğu mövqe çox böyükdür. Bu da bəzi dairələri narahat edir. Onlar istəyir ki, balaca dövlətləri əl altında saxlasınlar. Bu gün Azərbaycan müstəqil söz sahibinə malik ölkədir. Beynəlxalq arenalarda Azərbaycanın təkliflərinə hörmətlə yanaşırlar. Təbii ki, buna görə də sapı özümüzdən olan baltalardan bizə qarşı istifadə etməklə çalışırlar ki, həm əldə olunmuş uğurlarıımıza, həm də beynəlxalq imicimizə ləkə gətirsinlər.. Onlara maliyyə ayrırlar. Əsasən bu qarayaxma kanpaniyaları ölkəmizdə keçirilən beynəlxalq tədbir və idman yarışları keçirlən zaman həyata keçirilir.Təbii ki, Azərbaycan heç kəsin sözü ilə hərəkət etmir. Hər bir beynəlxalq tədbiri yüksək səviyyədə təşkil edirik. Bu gün Azərbaycan dövləti günü-gündən güclənir. Ən önəmlisi isə xalqımız cənab prezidsentimizə güvənir və onun siyasətini dəstəkləyir. Bu cür qüvvələrə qarşı isə xalqımız özü mübarizə aparırır, sosial şəbəkələrdə onlara öz nifrətini bildirirlər.

"Müsəlman ölkəsi olmasaydıq problem çoxdan öz həllini tapmışdı"- DEPUTAT- Bilirsiniz ki, uzun müddədir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar nəticəsiz qalıb. Ermənistanda hakimiyyət dəyişsə də nəticə eyni qalır. Nikol Paşinyan hakimiyyətə gələndə bir çoxları danışıqların yeni mərhələyə qoyulacağı ilə bağlı fikirlər səsləndirdi. Lakin nəticə göz önündədir.

-Nikol Paşnyan dünya səviyyəsində qəbul edilən siyasətçi deyil. Bunu beynəlxalq tədbirlərdə ona olan münasibətdə biz görürük. Ermənistanda dövlət çevrilişindən sonra Nikol Pşnyan hakimiyyətə gələndə müsbət dəyişim o oldu ki, ermənilərin cinəyətkar dəstələri ifşa edildi. Sübut etdilər ki, Sarksiyan və Koçaryan əli qana batmış cinətkarlardır. Paşnyanın hakimiyyətə gəlməsi ermənilərin iç üzünü açıb göstərdi. Dağlıq Qarabağ münaqişəsi təəssüf ki, uzun illərdir öz həllini tapmayıb. Bu ancaq Ermənistan-Azərbaycan arasında olan məsələ deyil. Əgər belə olsaydı torpaqlarımızı çoxdan işğaldan azad etmişdik. Münaqişənin həll olunmasında beynəlxalq təşkilatların iştirakı ilə danışıqlar formatını qəbul etmişik. Amma hər dəfə bu məsələnin həllinə ümid yaranan kimi Ermənistanda hakimiyyət dəyişikliyi olur. Belə olan təqdirdə də danışıqlar başqa formatda yenidən başlanılır. Paşnyan hakimiyyətə gələndə o, çalışdı ki, 3-cü tərəf kimi Dağlıq Qarabağ icması iştirak etsin. Amma ölkə başçımızın qətiyyətliyinə görə bu gündəmdən çıxarıldı. İşğal olunmuş torpaqlar Azərbaycana aiddir. Bu da BMT Təhlükəsiz Şurası tərəfindən qəbul olunmuş 4 qətnamədə də öz əksini tapıb. Bu gün Azərbaycanın ərazi bütövlüyünün dünya səviyyəsidə dəstəklənməsi təbii ki, ölkə başçımızın apardığı düzgün beynəlxalq siyasətinin nəticəsidir. Bu gün danışıqlar davam edir. Çox təəssüf ki, hələ ki, bir müsbət nəticə yoxdur. Azərbaycan ərazi bütövlüyünü qorumaq iqtidarındadır. Əgər danışıqlar nəticə verməsə Azərbaycan öz ərazi bütövlüyünü hərbi yolla təmin edəcək və buna beynəlxalq hüquq da imkan verir. Lazım gələn anda müharibə yolu ilə düşmənləri torpaqlarımızdan məhv etmək üçün də Azərbaycan güclü ordu yaratmışdır. Azərbaycanın milli ordusu elmin son nailiyyətlərinə əsaslanmış uzaqdan idarə olunan silahlarla təchiz olunaraq mütəmadi səhra təlimləri keçirilməklə pəşəkarlaşmışdır ki, Ali Baş Komandanın onların qarşısına qoyduğu hər bir döyüş tapşırığını qısa bir zamanda icra etməyə qadirdir.

-Təəssüf ki, bəzi təşkilatlar dövlətimiz əleyhinə istifadə etdikləri şəxslər həbs edilən zaman əsasız bəyanatlar verirlər. Lakin torpaqlarımızı işğal edən, soydaşlarımızı vəhşicəsinə qətlə yetirən və öz anasının qəbrini ziyarət etməyə gedən girovlarımız barəsində bir dəfədə olsa bəyanat verməyiblər. Bundan əlavə illərdir ki, Dağlıq Qarabağ münaqişəsi həll edilmir. Ümumiyyətlə bu təşkilatlarla əməkdaşlıqdan imtina etmək olarmı?

-Əgər Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təşəbbüs varsa onu dəstəkləmək lazımdır. Çünki hər bir müharibə can itkisi ilə nəticələnir. Ona görə də biz çalışmalıyıq ki, nə qədər imkanlar varsa istifadə edərək torpaqlarımızı sülh yollu ilə azad edək. Biz dünyada tək yaşamırıq və uğulu yaşamaq üçün də hər şeyi ölçüb biçməliyik.Əgər bir tərəfli şəkildə heç nəyə baxmadan müharibəyə başlasaq beynəlxalq təşkilatlar, maraqlı güc mərkəzləri bizim əleyhimizə çevirləcək. Təəssüf ki, ölkəmizə qarşı ikili münasibət var. Bilirsiniz ki, Azərbaycan müsəlman ölkəsidir. Düşünürəm ki, ölkəmizə qarşı ikili münasibətin arxasında məhz müsəlman ölkəsi olmağımız dayanır. Əgər müsəlman ölkəsi olmasaydıq problem çoxdan öz həllini tapmışdı. Tərəfdaşlarımız da çox olardı. Bizim siyasətimizin güclü olmasının səbəbi öz mövqeyimizi qoruyub saxlamağımızdır. Biz öz prezidentimizə inanırıq. Cənab prezidentimizin güclü siyasəti nəticəsində biz öz sözümüzü hər yerdə deyə bilirik.

"Müsəlman ölkəsi olmasaydıq problem çoxdan öz həllini tapmışdı"- DEPUTAT- Azərbaycanda son dövrlər kriminal avtoritetlərin küçədə güllələnməsi halları çoxalmaqdadır. Hətta gənclərdə krimnal avtoritlərin həyatına maraq az deyil.Gənclərdə krimnal avtoritetlərin həyatına marağı necə azaltmaq olar.

- Bu hal bütün cəmiyyətlərdə mövcuddur. Əgər insan varsa cinayət də var. Dövlət çalışmalıdır ki, cinayətlərin sayı azalsın, cəmiyyət bu cür hallardan təmizlənsin. Təəssüf ki, nə qədər mübarizə aparılsa da cinayət halları mövcuddur. Bu cinayətlərin kütləvi hal almaması üçün tədbirlər görülməldir. Bu tədbirlər həm hüquq mühafizə orqanların ayıq-sayıqlığı ilə, həm də orta məktəblərdən başlanılmalıdır. Məşhur alman psixoluqu Zigmund Freyd demişdir ki, hər bir uşağın xarakteri 6 yaşına kimi formalaşır. 6 yaşından sonra isə formalaşmış xarakter ancaq inkişaf edir. Ona görə də hər bir insanın tərbiyyəsi xarakter formalaşana kimi düzgün tərbiyyələndirlib, istiqamətləndirilməldir. Zamanında istiqamətləndirmə düzgün olmasa bu, cinayətə qədər gəlib çatır və böyüyəndə xoşa gəlməz hallar kütləviləşir. İlk öncə valideynlər uşaqların üzərində nəzarəti buraxmamalıdır. Bunu təkcə məktəbin üzərinə atmaq olmaz. Çünki uşaq 6-7 saat məktəbdə olursa yerdə qalan vaxt valideyn himayəsində olur. Təəssüf ki, bəzi valideynlər uşaqların tərbiyəsini tam olaraq məktəbin üzərinə atıb öz məsuliyyətlərini məktəbin üzərinə atmağa çalışırlar. Burda təbii ki, məktəbin də xüsusi rolu olmalıdır. Məktəblərdə psixoloji mühit formalaşmalıdır. Düşünürəm ki, psioloji mühitin düzgün qurulması üçün məktəblərdə xüsusi psixologiya fənni tədris edildməlidir. Məktəblərdə pxixoloqların şagirdlərlə iş aparılması üçün xüsusi vaxt təyin olunmayıb və keyfiyyətli psixoloji iş aparmaq imkanları məhduddur. Əgər biz vaxtında uşaqlarla vaxtında psixoloji iş aparsaq, narkomaniyayanın nəticələri haqqında maarifləndirmə işləri tədris olunsa, krimnal avtoritetlərin sonunun necə olmasını təbliğ etsək təbii ki, cinayətlərin sayı azalacaq. Ümumillikdə həm məktəb, həm də valideyn bu işdə birgə fəaliyyət göstərib, gənc nəsilin düzgün tərbiyyə olunmasında çalışmalıdır.

-Bəzi deputatlar jurnalistlərlə əməkdaşlıqdan qaçır. Sizcə, bu nədən qaynaqlanır?

-Deputatın vəzifələrdən birisi mətbuatla sıx əməkdaşlıq qurmaqdır, ölkədə və dünyada baş verən ictimai-siyasi münasibətlərə münasibət bildirməkdir. Çünki hər deputatın fəaliyyəti mətbuatda işıqlanmaldır. Əgər işıqlanmasa onun fəaliyyəti görünmür.Biz xalqın bizim üzərimizə qoyduğu məsuliyyəti dərk edib, vəzifələrimizi yerinə yetirməliyik.

- Bilirik ki, mütəmadı olaraq seçicilərinizlə görüşürsünüz. Seçiciləriniz sizə hansı problemlərlə bağlı müraciət edir?

- 2010-cu ildən deputat seçilmişəm. O zaman seçicilərin tələbələr bugünkilərlə eyni deyil. Əgər o zaman daha çox yol, işıq, su, məktəb ilə bağlı müraciətlər olunurdusa, bu gün sadaladığım problemlər aradan qaldırılıb. Ölkəmizdə olan inkişaf bütün bölgələrə öz təsirini göstərib. Bu gün qəbulumuza gələn seçicilərimiz daha çox işlə bağlı, müəyyən struturlarda sənədləşmələrin aprılmasında yaranan problemlərlə bağlı müraciətlər edirlər. Ümumiyyətlə insan varsa problem də var. Dövlətin üzərinə düşən vəzifə yaranan problemi aradan qaldırmaqdır və düşünürəm ki, bunu ölkə başçımızın rəhbərliyi altında layiqincə yerinə yetiririk.

Aysel Yusifqızı
FOTO: Leyla Mustafazadə
"Müsəlman ölkəsi olmasaydıq problem çoxdan öz həllini tapmışdı"- DEPUTAT


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 1425   Tarix: 24 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İtalyanlardan "Can Yaman" dondurması - Fotolar

Geniş tamaşaçı kütləsi və sevənləri olan aktyor Can Yamanın pərəstişkarları yenə də hər kəsi təəccübləndirməyi bacarıblar. Bu dəfə isə İtaliyanın Alessandriya şəhərində yerləşən restoranların birində aktyorun adını daşıyan ballı və fıstıqlı dondurma satışa çıxarılıb. Dondurmanı hazırlayan Barbara Buratto

13.09.2020 3628
.

"Toya gedən aktyorun heç bir səviyyəsi, hörməti qalmır" - Müşfiq Şahverdiyev ilə MÜSAHİBƏ

Komediya filmlərinin bir çoxunda baş rolu canlandıran Müşfiq Şahverdiyev -ın qonağı olub. Müsahibə zamanı aktyor şəxsi həyatı və sənəti ilə bağlı maraqlı məqamlara toxunub. Sözügedən müsahibəni təqdim edirik:. Komediya filmlərinin bir çoxunda baş rolu canlandırmısınız. Eşitdiyimə görə, çəkildiyiniz filmlərd

03.03.2020 6039
.

Gülbahar Şükürlünün VƏZİYYƏTİ PİSLƏŞDİ - Heç kimi tanımır

Əməkdar artist Gülbahar Şükürlünün vəziyyəti daha da pisləşib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, ailə üzvləri bir neçə gün bundan əvvəl başında onkoloji şiş tapılan qarmon ifaçısının nitqini itirməyə başladığını deyib. "Vəziyyətini stabil saxlaya bilmirik. Xəstəxanaya getmir. Qusmalar

14.09.2020 5898
.

Ayan və qızından yeni - FOTO

Son günlər karantin rejimi ilə əlaqədar məşhurlar evlərindən, ailələrindən tez-tez paylaşımlar edirlər. xəbər verir ki, müğənni Ayan Babakişiyeva da mütəmadi olaraq qızı Selena ilə görüntülərini paylaşır. Ayanın son paylaşımı da Selena ilə fotosu olub. Onların fotosu diqqət çəkib. Samirə Qasımova

23.04.2020 5360
.

"Mən klubu dağıdardım, amma ermənilərin təklifini qəbul etməzdim"-Moskvadakı "Qarabağ" klubunun yaradıcısı ilə MÜSAHİBƏ

2019-cu il yanvarın 26-da Moskvada "Qarabağ Moskva" futbol klubunun rəsmi təqdimolunma mərasimi keçirildi. Bununla da milli komandamızın Moskvadakı fəaliyyəti rəsmi olaraq uğurla davam etməyə başladı. "Qarabağ Moskva" futbol klubu haqqında daha ətraflı məlumatları komandanın yaradıcıs

16.12.2019 2177
.

Dilarə Əliyeva anasından danışıb ağladı - Video

Əməkdar artist Dilarə Əliyeva "Söhbət var" proqramında anasından danışıb ağlayıb. xəbər verir ki, aktrisa proqrama qonaq olan Xalq artisti Eyyub Yaqubovun "Ana" mahnısının onu hər zaman duyğulandırdığını söyləyib:. "Ötən il maşınla gedirdim, üç xanım idik. Sizin "Ana"

06.07.2020 5362
.

Dəqiqənin 59 saniyəyə salınması təklif olunub

Alimlər planetimizin hazırda son 50 ilin ən sürətli tempi ilə dövr etdiyini bildiriblər. Bununla əlaqədar olaraq dəqiqəni bir saniyə qısaltmaq və dəqiq zaman axınını Yerin fırlanmasına uyğunlaşdırmağın məntiqli olub-olmadığı barədə xronometristlər müzakirələrə başlayıblar. -a istinadən bildirir ki, b

11.01.2021 2922
.

"Onun gözüyaşlı geri qayıtmağı gözlərimin önündən heç vaxt getməyəcək" - MƏTBUAT KATİBİ İLƏ SƏMİMİ MÜSAHİBƏ

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova -ın sualların cavablandırıb. -Səmayə xanım, sizə adətən təmsil etdiyiniz qurumun fəaliyyəti ilə bağlı sullar ünvanlayırlar. İstərdik ki, bu dəfə fərqlilik olsun. Bilirsiniz, artıq 2019-2020-ci il tədris ili başlayıb. İstərdik ki

09.10.2019 4296
.

"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ

Hər gün sosial şəbəkələrdə qarşımıza çıxan ,gözümüzü oxşayan və bizim bəzən fikir vermədən ötüb keçdiyimiz maraqlı fotoların müəllifləri bu fotolar üzərində bəzən günlərlə vaxt və əmək sərf edirlər. Baxdığı hər bir mənzərədə gözəlliyi tapıb fotoya çevirən bu adamlar işləri ilə əlaqədar olaraq bəzən təhlük

12.02.2020 5023