"Bibim dedi ki, anan pis yolun yolçusudur" - 15 yaşlı Gülçinin həyatı hər kəsi dəhşətə gətirdi

"Bibim dedi ki, anan pis yolun yolçusudur" - 15 yaşlı Gülçinin həyatı hər kəsi dəhşətə gətirdiXəbər verdiyimiz kimi, 12 yaşlı qız aldadılaraq Gürcüstana aparılıb və orada 15 yaşında yunanla evləndirilib.

BiG.AZ xəbər verir ki, bu haqda Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə müraciət edən Yeketerina məlumat verib.

O bildirib ki, əsl adı Gülçindir: "Sonradan adımı Yekaterina qoydular ki, anam məni tapa bilməsin. Mən sonradan deyəndə ki, əsl adım nədir, dedilər ki, Gülçindir. Amma mən Gülsüm bilirdim. Atam anamı döyürdü. Bibim mənə dedi ki, anam pis yolun yolçusudur. Nənəmin rəfiqəsi zəng edib dedi ki, bizə gəl. Yeketrinanı da gətir. Biz içəri girəndən 5 dəqiqə sonra anam ayaqyalın içəri girib məni qucaqlayıb ağlamağa başladı. Mən də düşündüm ki, görəsən, bu qadın kimdir məni belə qucaqladı. Nənəm dedi ki, anandır. Mən ona kimi nənəmi anam bilmişəm. Nənəm anam haqqında o qədər pis sözlər dedi ki, onun üzünü görmək istəmirdim. Anamla birlikdə onun evinə getdim. Bir otağı mənim üçün bəzəmişdi. Palçıqla oynayırdım. Anam mənə zəng edib dedi ki, gəl görüşək. Mən də dedim ki, əgər nənəm icazə verirsə görüşək. Atamın ikinci həyat yoldaşı bizi görüşdürdü. Ögey anam mənə işgəncələr verirdi. Məni məktəbə getməyə qoymurdu. Anam nənəmə dedi ki, qızımı mənə verin. Onu qoyum məktəbdə oxusun. Nənəm icazə vermədi. Atam da mənə sevgi vermədi. 12 yaşında başqa adamın sənədi ilə Gürcüstana keçirdilər. 15 yaşında nənəm xəstə olanda bir oğlan çıxdı. O, mənə dedi ki, görmədiyin xoş günləri mənimlə yaşayacaqsan. Nənəm deyirdi ki, mən 7 gündən sonra dünyamı dəyişəcəm. 1 həftə keçəndən sonra nənəmin ölüm xəbəri gəldi. Ailə qurduğum insan məni vuran zaman əmilərimin mənə verdiyi işgəncələr yaddıma düşürdü. Axşam uşaq ağlayanda məni döyürdü. Mənim anama ehtiyacım var. Anasız böyümək çox çətindir. Anası yanında olanları görəndə ağlayıram. Çünki anasızlıq çox çətindir. Elə an olub ki, qapı-qapı gəzib uşağıma pampers, süd istəmişəm. Dəfələrlə dərman içdim ki, özümü öldürüm, amma bacarmadım. Mənim günahım nədir. Nələr çəkdiyimdən xəbərin yoxdur. Yalvarıram, ana, geri dön".

Qeyd edək ki, Yekterinanın anası Alidə efirə gəlib.

O bildirib ki, dəfələrlə atasının qapısına getdim:"Qızım 4 yaşında olanda döyə-döyə əlimdən aldılar. 12 il keçmiş həyat yoldaşımın qapısına gəldim. Qaynanam sonuncu dəfə qızımla görüşdürən zaman söz verdi ki, Gülsümü mənə verəcək. Amma aldatdılar. Mən istəyirdim ki, qızım həkim olsun. Onu da mənim kimi bədbəxt etdilər. Məni də bədbəxt edən anam olub. Onlar olmasaydı bəlkə də xoşbəxt olardım. Atamı tapa bilmirəm. 10 yaşım olanda atamı Bulvarda görmüşəm. Mən balaca olanda atam gəlib anama dedi ki, qızımı ver sənə hətta evdə verirəm. Amma mən atamı seçdim. Gərək atamı seçərdim. Mən 17 yaşında olanda atama zəng etdim. Dedilər ki, burada deyil. Atamı da çox axtarmışam. Atamın adı Maşallah olub. Deyilənlərə görə dərzi işləyib.
Aysel Yusifqızı

"Bibim dedi ki, anan pis yolun yolçusudur" - 15 yaşlı Gülçinin həyatı hər kəsi dəhşətə gətirdi"Bibim dedi ki, anan pis yolun yolçusudur" - 15 yaşlı Gülçinin həyatı hər kəsi dəhşətə gətirdi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2752   Tarix: 12 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137