Dini Komitə "Qaloş piri"ndə araşdırma apardı

Dini Komitə "Qaloş piri"ndə araşdırma apardıDini Qurumlarla İş üzrə Dövlət Komitəsi bir neçə gündür ki, müzakirə olunan "Qaloş piri" məsələsinə münasibət bildirib.

"Qafqazinfo"nun sorğusuna cavab olaraq qeyd edilib ki, "Qaloş piri" adlı görüntülər ilə əlaqədar komitə əməkdaşları Goranboy rayonunun Qurbanzadə kəndində olub, müvafiq araşdırma aparıblar. Sözügedən videogörüntülər Seyid Miribiş Ağa kimi tanınan, 1972-ci ildə vəvat etmiş Miribiş Məmmədovun ölümünün ildönümü münasibətilə təşkil olunmuş mərasimdən çəkilib. Belə ki, Seyyid Miribiş Ağanın övladları hər il atalarının ildönümündə mərasim təşkil edir, onlara başsağlığı verməyə gələnlərə ehsan paylayır. Mərasimə toplaşan şəxslərin əksəriyyəti həmin kəndin sakinləridir. Videoyazıda "qaloş" kimi təqdim edilən əşya isə əslində Seyyid Mirişin olduğu bildirilən papaqdır.

Komitə eyni zamanda bildirib ki, sözügedən ünvan ziyarətgah və ya pir kimi fəaliyyət göstərmir. Orada adi günlərdə hər hansısa mərasim icra edilmir və ianələr toplanılmır.

Bəs ziyarətgahlar qanunla necə tənzimlənir?

Komitənin cavabında bildirilib ki, ziyarətgahların tənzimlənməsi "Dini etiqad azadlığı haqqında" qanun, balansında olduğu dini mərkəz və ya icmanın nizamnaməsinə əsasən həyata keçirilir. Belə ki, Qanunun 21-ci maddəsinə əsasən dini qurumlar dində müqəddəs sayılan ziyarətgahlara himayədarlıq edib, onları saxlamaq və onlardan istifadə etmək hüququna malikdirlər.

Eyni zamanda, Azərbaycanda İslam dini qurumların tarixi mərkəzi Qafqaz Müsəlmanları İdarəsi və digər dini icmaların nizamnaməsində ziyarətgahların yaradılması və istifadəsi qaydaları müəyyən edilib. Komitənin sorğuya cavabında əlavə edilib ki, ibadət evi olmayan ziyarətgahlar Dövlət Komitəsində ayrıca subyekt kimi qeydiyyata alınmayıb, onlar hər hansısa məscidin, dini icmanın tərkibində fəaliyyət göstərə bilərlər.

Dövlət Komitəsi vurğulayıb ki, qurumun xurafata münasibəti birmənalı olaraq mənfidir və mütəmadi olaraq ölkə ərazisində dini maarifləndirmə işləri aparır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 565   Tarix: 12 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

25.04.2024 733
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25.04.2024 742
.

Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy

25.04.2024 426
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25.04.2024 1197
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25.04.2024 718
.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

25.04.2024 558
.

Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır

Böyük Britaniya hökuməti Kral II Çarlzın ölümünə fəal şəkildə hazırlaşır. Bu barədə "Daily Beast" Bukingem sarayına yaxın mənbəyə istinadla xəbər verib. Bildirilir ki, bunun üçün "Menay körpüsü" adlı plan hazırlanıb. Layihə Nazirlər Kabineti tərəfindən mütəmadi olaraq nəzərdən keçirili

14:36 228
.

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilə

15:41 157
.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

16:04 612