Dünyanın ən gənc "ailəsi"ni dağıdan xəyanət - FOTO

Dünyanın ən gənc "ailəsi"ni dağıdan xəyanət - FOTO13 yaşında ata olan oğlanın sonu necə oldu? – Özü uşaq olsa da, qızını çox sevirdi
2009-cu ildə bütün dünya Britaniyada baş vermiş hadisənin şokunu yaşadı.

13 yaşlı Alfi Patten və onun 15 yaşlı rəfiqəsi Şantel Stidman övlad sahibi olacaqlar. Qızın hamiləliyi təsdiqlənmiş, onların qızı olacaqdı. Alfi də uşağın atası olduğunu etiraf etmişdi.

Medicina.az xəbər verir ki, əslində oğlan və qız ailələrindən və bütün ölkədən öncə məsələni bilir və gizlədirdilər.

Alfi deyir ki, bir dəfə Şantelin qarnı ağrıdı. Bu ağrılar çox davam etdikcə biz Həkimə getdik. Həkim Şantalin hamilə olduğunu dedi. Biz bu barədə heç kimə bildirməməyə qərar verdik.

Lakin sirr cəmi 7 həftə gizlədilə bilir. Qızının gündən-günə kökəlib şişdiyini görən ana onu həkimə aparmaq istəyir, lakin qız səbəbi deyir.
Ana özünü itirməyərək, bu barədə dövlət qurumlarına, lazımi orqanlara bildirir, uşağın doğulmasına kimi qızına dəstək olur.
Həm oğlan, həm qız jurnalistlərin hədəfinə çevrilir. Bütün ölkə onları izləyirdi. Uşaqlar övladlarına yaxşı valideyn olacaqlarını, heç nədən qorxmadıqlarını və güclü olduqlarını bildirirdilər.

2009-cu ilin fevralında onların qızı Meysi doğulur. Alfi bir "ata" kimi uşağa baxır, onu yedizdirir, onunla səmimi şəkillər çəkdirirdi.

Lakin Alfinin valideynləri 13 yaşlı oğullarının bu durumundan narahat idilər. Bir müddət sonra onlar uşağın DNK analizinin yoxlanmasını tələb edirlər.
Alfi bunu istəməsədə, qızın ondan olduğuna əmin olduğunu, Şantelin son 2 ildə yalnız onunla görüşdüyünü açıq –aşkar bildirir.
Lakin analiz götürülür və məlum olur ki, körpənin atası Alfi deyilmiş.

Ata qızın başqa dostu, 14 yaşlı Tayler Barker çıxır. Sonradan Barker etiraf edir ki, Şantelin hamilə olması xəbəri çıxanda, uşağın atası ola bilcəyini güman edir. Lakin qızın Alfidən başqa heç kimlə görüşmədiyini deməsi onu susmağa məcbur edib.

Tayler Alfidən fərqli olaraq uşağın onun olmasına sevinmir, qorxur və müsahibəsində Şantelin ilə cəmi bir dəfə görüşdüyünü və bundan da peşman olduğunu bildirib.

Lakin DNT analizindən sonra ağır psixiloji sarsıntı keçirən 13 yaşlı Alfi uzun müddət özünə gələ bilmədi. O, aylardır ki, dünya mətbuatında ən azyaşlı ata kimi gündəmdə idi, artıq bu həyatı ilə barışmışdı və körpəyə də bağlanmışdı. O, Şantelin xəyanətini də qəbullana bilmirdi.

Qanun uşağı nə Alfiyə, nə də Barkerə verir. Uşaq anada qalır. İllər sonra Alfi müsahibəsində artıq yetkin ağlı ilə bunları deyir: "İndi çox xoşbəxtəm ki, mən o uşağın atası olmadım. Bu vaxta kimi bir neçə sevgilim oldu. Hələ ki, ata olmaq barədə düşünmürəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4281   Tarix: 08 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233