Şərəf və qürur tarixi – 28 May Respublika Günü qeyd olunur

Şərəf və qürur tarixi – 28 May Respublika Günü qeyd olunurXX əsr Azərbaycan xalqının tarixində və həyatında həm şanlı qəhrəmanlıq səhifələri ilə, həm də qanlı izlərlə qaldı.

XX əsrin şanlı səhifələrindən biri və birincisi, heç şübhəsiz, müsəlman Şərqində ilk müstəqil dövlətin, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) və ya Azərbaycan Demokratik Resublikasının (ADR) yaradılması idi.

Çox təəssüflər olsun ki, məmləkətimiz XVIII əsrin sonları – XIX əsrin əvvəllərində xanlıqlara bölündü, parçalandı və bununla da həm şimaldan, həm cənubdan onu udmaq, qapmaq, əzmək, içində əritmək üçün fürsət gözləyənlərə "əla" şans verildi, 1813 və 1828-ci illərdə Azərbaycan xalqının başı üzərindən, onun razılığı olmadan Çar Rusiyası ilə Şah İranı Azərbaycanı ikiyə ayırdı, biri Şimali, biri Cənubi Azərbaycanı ilhaq etdi.

Bununla da Azərbaycan xalqının tarixində ən faciəli, ən qaranlıq, ən zülmət günlərin əsası, başlanğıcı qoyuldu.

Amma Azərbaycan xalqının qabaqcıl, ziyalı, vətənpərvər, maarifpərvər övladları Azərbaycanın işğalı faktı ilə barışmadılar, açıq və gizli şəkildə mübarizə apardılar, dirəniş göstərdilər.

XX əsrin əvvəllərində – 1918-ci ilin 28 May günü böyük öndər Məhəmməd Əmin Rəsulzadə başda olmaqla, milli vətənpərvər və maarifçi övladların, oğulların sayəsində Azərbaycan (Şimali Azərbaycan) öz müstəqilliyini elan etdi.

Cümhuriyyət qurucularımızın, qurucu, istiqlalçı babalarımızın sayəsində həmin gün dünyaya yeni – Azərbaycan adlı günəş doğdu, müsəlman Şərqində ilk hürr, müstəqil Azərbaycanın əsası, bünövrəsi qoyuldu...

Bu, özü ilə bərabər bir çox ilklərin əsasını qoydu, davamını gətirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra müsəlman aləmində ilk müstəqil ordunun formalaşdırılmasına başlanıldı, 26 iyun 1918-ci il ilk müstəqil Azərbaycan ordusunun yaranması günü kimi həm Azərbaycanın özünün, həm də müsəlman Şərqinin tarixinə qızıl hərflərlə həkk olundu.

İlk müstəqil-demokratik parlamentin formalaşdırılması, parlamentarizmin əsası məhz Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə baş verdi.

1918-ci ilin dekabrın 7-də müsəlman Şərqində ilk parlamentin –Azərbaycan Parlamentinin yaranması günü kimi tarixə düşdü. Çox əlamətdar və qürurverici hal odur ki, bir çox qabaqcıl, inkişaf etmiş, demokratiyanın beşiyi və mərkəzlərindən sayılan Avropa, Qərb ölkələrindən fərqli olaraq, Azərbaycan dövləti, Azərbaycan Parlamenti qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkələrdən biri oldu...

Şərəf və qürur tarixi – 28 May Respublika Günü qeyd olunurAzərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bu coğrafiyada, şərq-müsəlman aləmində ilk dünyəvi ali təhsil ocağının – Bakı Dövlət Universitetinin (BDU) əsası qoyuldu və bu ilin sentyabrında bu elm-təhsil məbədinin 100 yaşı tamam olur.

İlklərin sayını bir qədər də artırmaq olar, ancaq bunlar o dövrün mənzərəsini, yaşantılarını təsvir etmək, göz önündə canlandırmaq üçün hər halda yetərli sayıla bilər.

Çox təəssüflər olsun ki, bu müstəqil dövlətin, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun çəkmədi, cəmi 23 ay oldu.

Azərbaycanın müstəqilliyini, inkişafını istəməyən, həzm edə bilməyən qüvvələr, Çar Rusiyasından mahiyyətcə fərqlənməyən və ondan daha qəddar olan bolşeviklər Rusiyası, həmçinin, onun bu regiondakı vassalları, buyruq qulları olan erməni daşnakları və yerli satqın, xəyanətkar qüvvələrin – həmid sultanovların, əliheydər qarayevlərin, ayna sultanovaların, çingiz ildırımların, qəzənfər musabəyovların əli ilə ilk müstəqil cümhuriyyətin varlığına son qoyuldu.

28 Maydan başlanan şərəfli, şanlı və qürurlu yol 28 apreldə dayandı, yarımçıq qaldı, Azərbaycan adlı günəş qaranlığa, zülmətə qərq edildi. Amma bu yol, bu tarix öz şərəfi, öz əzəməti və möhtəşəmliyi ilə yaddaşlarda, hafizələrdə, qəlblərin ən dərin guşələrində iz buraxdı, taxt ucaltdı.

Azərbaycan xalqının, Azərbaycan türklərinin 28 May azadlıq yanğısını söndürmək kimsəyə qismət olmadı.

Bu azadlıq yanğısı, azadlıq eşqi 1988-ci ilin Qarabağ hadisələri ilə ikinci milli azadlıq mübarizəsinin, istiqlal savaşının başlanmasına təkan verdi və 1991-ci ilin avqustun 30-da XX əsrdə Azərbaycan tarixində ikinci müstəqil cümhuriyyətin bünövrəsi qoyuldu, Azərbaycan Ali Sovetinin qəbul etdiyi Müstəqillik Bəyannaməsi ilə 71 ildən sonra dünya ikinci müstəqil Azərbaycana şahidlik etdi.

Böyük öndərimizin dediyi kimi, bir kərə yüksələn bayraq bir daha enməz və enmədi...

101 yaşlı Azərbaycan Xalq Cümhuriyyətinin 28 yaşlı ikinci müstəqil Azərbaycan adlı övladı bu gün nəinki yerləşdiyi regionun, dünyanın əsas söz və nüfuz sahiblərindən biri kimi hər gün imzalar içində imzasını tanıtdırmaqdadır.

Yaşasın 101 yaşlı Azərbaycan Xalq Cümhuriyyəti, Cümhuriyyət qurucuları, yaşasın 28 yaşlı ikinci müstəqil Azərbaycan dövləti!

Şərəf və qürur tarixi – 28 May Respublika Günü qeyd olunur


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 710   Tarix: 28 may 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Almaniyada Milad bazarına hücum planlaşdıran beş nəfər saxlanılıb

Almaniya polisi ölkənin cənubundakı Dinqolfinq (Bavariya) yaxınlığındakı Milad bazarında hücum planlaşdırmaqda şübhəli bilinən 5 nəfəri həbs edib. "Report" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Qəzetin məlumatına görə, həbs cümə günü baş tutub. Şübhəlilərin üçü mərakeşli

15:30 112
.

Taksi sürücüsü həbs edildi: Hava limanından müştəri götürübmüş

Bakı Beynəlxalq Hava Limanında icazəsiz sərnişin daşıyan taksi sürücüsü həbs edilib. BİG.AZ "Qaynarinfo"ya istinadla xəbər verir ki, hadisə dekabrın 11-i gecə saat 3 radələrində baş verib. Belə ki, 1997-ci il təvəllüdlü G.H. İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə barəsind

15:10 166
.

Azərbaycan Türkiyədən kimyəvi məhsullar idxalına çəkdiyi xərci 1,5 % artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 488,154 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsullar idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 % çoxdur. Təkcə noyabrda isə Türkiyə Azərbaycan

11:30 116
.

Ukraynanın Trampın sülh planına cavabının təfərrüatları məlum olub

Ukrayna ABŞ Prezidenti Donald Trampın sülh planına cavab olaraq qoşunların Donbasdan çıxarılması və NATO üzvlüyündən imtinası ilə bağlı təklifləri rədd edib. "Report" xəbər verir ki, Kiyevin cavabının təfərrüatlarını "New York Times" açıqlayıb. "Cavabda bildirilib ki, Kiyev Ukraynanı

14:30 114
.

Qızıl, gümüş və mis konsentratının hasilatı artıb

Bu ilin yanvar-noyabr aylarında ölkədə metal filizlərinin hasilatında artım qeydə alınıb. rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanda 2 min 815 kq qızıl və 3 min 505.5 kq gümüş hasil edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə qızıl hasilatı 9.7 faiz və ya 247.8 kq, gümü

11:20 122
.

Bayram günlərinin üst-üstə düşməsi - Məzuniyyətə necə təsir edəcək?

Əmək məzuniyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyəti dövrün

00:25 365
.

Tramp: "İŞİD ABŞ əsgərlərinin öldürülməsinə görə cavab verəcək"

"Vaşinqton Administrasiyası Suriyada iki ABŞ əsgərinin və bir amerikalı tərcüməçinin öldürülməsindən sonra terrorçu İŞİD qruplaşmasına qarşı cavab tədbirləri görəcək. xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb. O, Suriyada "ABŞ-yə qarşı İŞİ

16:20 111
.

Azərbaycan Türkiyədən mebel idxalına çəkdiyi xərci 9 %-ə yaxın azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 126,667 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,8 % azdır. Təkcə noyabrda isə Türkiyə Azərbaycan

11:50 116
.

WSJ: Heç bir ölkə ABŞ-nin Qəzzaya sülhməramlı yerləşdirmək təklifinə razılıq verməyib

Hələ heç bir ölkə ABŞ-nin öz qoşunlarını beynəlxalq sabitləşdirmə qüvvələrinin bir hissəsi kimi Qəzza zolağına yerləşdirmək barədə təklifinə razılıq verməyib. "Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb. Nəşr qeyd edib ki

16:40 106
.

TOP MP3