Bakıda azyaşlı qız cinsi əlaqəyə girdi, uşaq dünyaya gətirdi - TƏFƏRRÜAT

Bakıda azyaşlı qız cinsi əlaqəyə girdi, uşaq dünyaya gətirdi - TƏFƏRRÜATKeçən ilin fevralında Xırdalanda 38 yaşlı qadının öz nəvəsini boğaraq öldürməsi hadisəsi ilə bağlı yeni cinayət işi açılıb.

BiG.AZ News24.az-a istinadən bildirir ki, Xırdalan şəhərində yeni doğulan nəvəsinin ölümündə təqsirli bilinən Tovuz rayon sakini, 1980-ci il təvəllüdlü Xatirə Mehdiyevanın işi araşdırılarkən onun qızı Nübarın yetkinlik yaşına çatmadan Ağasif Babayevlə cinsi əlaqəyə girməsi və uşaq dünyaya gətirməsi məlum olub.

Bu səbəbdən də Xatirə Mehdiyeva həbs ediləndən sonra onun azyaşlı qızı ilə cinsi əlaqədə olaraq qızı hamilə qoyan şəxs barəsində də cinayət işi açılıb. Belə ki, Ağasif Babayev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci, yəni, Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə maddəsi ilə iş açılıb. Artıq iş üzrə ibtidai istintaq yekunlaşıb və materiallar məhkəməyə göndərilib. İşə Nəsimi Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Xatirə Mehdiyeva keçən il fevralın 7-də səhər saat 8-9 radələrində qızı Nübar Babayevanın yeni doğulmuş uşağına yaşadıqları Xırdalan şəhəri, "Kristal Abşeron" yaşayış kompleksi, bina 5A, mənzil 15 ünvanında yerləşən qonaq otağında yemək verib.

Daha sonra o, divanın qarşısında yerə oturaraq ayaqlarının üstündə uşağı yatızdırmaq istəyib. Bu zaman uşaq ağlayıb və sakitləşməyib. Xatirə bundan əsəbiləşməyə başlayıb.

Xatirə Mehdiyeva uşağı yellədikcə və uşağa baxdıqca qızı Nübarın onlardan xəbərsiz Ağasif Babayev ilə cinsi əlaqədə olması, uşaq dünyaya gətirməsi, bununla da yaşadıqları kənddə və rayonda rüsvay olacaqları, heç kəsin üzünə baxa bilməyəcəkləri, qohumlarının onlardan üz çevirəcəyi barədə düşünüb.

Bütün bunlar onun psixoloji sarsıntı keçirməsinə səbəb olub, hadisədən bilavasitə əvvəlki yuxusuzluğu, bütün gecəni ağlaması, dincəlmək istəsə də alınmaması, rüsvay olmalarını, camaat içinə necə çıxacaqlarını, qızının utancverici hərəkət etməsi kimi düşüncələri psixi-emosional durumunda diskomfortluq əmələ gətirib, gərginlik, həyəcan, əsəbilik yaradıb.

Yaranmış psixogen situasiya Xatirə Mehdiyevanın psixi-emosional sferasında həyəcan və gərginlik səviyyəsini artırıb.

Xatirə Mehdiyeva stress faktorun güclü təsiri nəticəsində depressiv reaksiya halını keçirtməsinə səbəb olub. O, mətbəxə keçmək üçün özündən asılı olmayaraq əsəbi halda ayağa qalxıb, özü də bilmədən uşaq ayaqlarının üstündən üzü üstə döşəməyə yıxılıb.

Uşaq üzü üstə yıxıldıqdan sonra ani vaxtda onun ağlamaq səsi kəsilib. O öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda görmədiyindən cinayətkarcasına etinasızlıq nəticəsində uşağın sadəcə olaraq yatdığını zənn edib.

Xatirə Mehdiyeva yanındakı adyalı soyuq olmaması üçün uşağın üstünə örtüb, uşaq üzü üstə yerdə qalmış vəziyyətdə qoyduqdan sonra mətbəxə keçib. O, mətbəxdə əl-üzünü yuyub, bir neçə dəqiqə mətbəxdə oturub.

Bununla da Xatirə Mehdiyevanın ehtiyatsızlığından yeni doğulmuş uşaq təxminən 5 dəqiqə üzü üstə yerdə uzanmış halda qaldığından ölüb.

İstintaq orqanı tərəfindən Xatirə Mehdiyevanın barəsində Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Abşeron rayon Məhkəməsinin hökmü ilə Xatirə Mehdiyevanın barəsində 1 il 4 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Xatirə Mehdiyevanın qızı ilə cinsi əlaqədə olmuş Ağasifin günahı isə sübuta yetirilsə onu 3 ildən 5 ilədək həbs cəzası gözləyir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 4901   Tarix: 26 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Filiz Akın təcili yardım təyyarəsi ilə İstanbula aparılıb

Uzun müddətdir sağlamlıq problemləri ilə mübarizə aparan türk kinosunun əfsanəvi aktrisası Filiz Akının sağlamlıq vəziyyəti sevənləri tərəfindən maraqla qarşılanıb. Sənətçi yanvarın 13-də təcili tibbi yardım təyyarəsi ilə İstanbula aparılıb. türk mediasına istinadən xəbər verir ki, sentyabrın 1-dən sətəlcə

14.01.2025 591
.

Tez-tez acmaq nədən xəbər verir? - Həkimdən XƏBƏRDARLIQ

Artan iştah və daimi aclıq psixoloji olanlar da daxil olmaqla bir sıra anormallıqları göstərə bilər. xəbər verir ki, "Veçernyaya Moskva"ya açıqlamasında rusiyalı mütəxəssis İrina Pisareva daimi qida ehtiyacının arxasında gizlənən orqanizmin problemlərindən və həddindən artıq yeməklə mübarizəni

14.01.2025 552
.

Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib

Xalq şairi Nəriman Həsənzadə ürəyində yaranan narahatlıqla əlaqədar xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə APA-ya Xalq şairinin yaxınları məlumat verib. Qeyd edilib ki, Xalq şairinin vəziyyəti yaxşıdır, müalicəsi davam edir

12:44 282
.

Seymur Bayramova ASK-da yüksək vəzifə verildi

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Sahibkarlarla İş və İqtisadi Təhlil Şöbəsinə yeni təyinat olub. İqtisadiyyat.az xəbər verir ki, Konfederasiya prezidentinin əmri ilə Seymur Bayramov sözügedən şöbənin müdiri təyin edilib. Qeyd edək ki, Seymur Bayramo

16:26 164
.

"Hamı estetiklə bir-birinə oxşayır" - Pelin Karahan

Aktrisa Pelin Karahan estetikli məşhurları tənqid edib. xəbər verir ki, o, türk mətbuatına bildirib. "Hamı estetiklə bir-birinə oxşayır. Əvvəllər hamımız fərqli idik. Gözəl olan bu idi" ,- deyə o bildirib. [hh4-unikal]

14.01.2025 609
.

Sibel Canın səhnə geyimi səs-küyə səbəb oldu

Artıq çəkisi və uyğunsuz geyimi ilə tez-tez gündəmdə olan Sibel Canın bu dəfə səhnə geyimi səs-küyə səbəb oldu. türk mediasına istinadən xəbər verir ki, müğənni xanımın səhnə geyimi üzərində olan əlavəsi izləyiciləri üçün birmənalı qarşılanmayıb. Silbel Canın səhnə geyimindən paylaşdığı görüntülərə "B

14.01.2025 1210
.

Didem Soydan tətildən görüntülər paylaşdı

Türkiyənin soyuq havasından qaçan model Didem Soydan qumun üzərinə uzanaraq poza verib. türk mediasına istinadən xəbər verir ki, hər paylaşımı ilə sensasiyaya çevrilən məşhur model Didem Soydan maraqlı görüntülər paylaşmağa davam edir. Qışdan bezdiyi zaman tropik adaya gedən model "Qurt qışdan bezdi

18:45 1
.

Ana yeni doğduğu körpəsini tualetə atıb öldürdü

Rusiyanın Krasnodar diyarında qadın yeni doğduğu körpəsini küçə tualetinə ataraq, gedib. yerli mediaya istinadla bildirir ki, 19 yaşlı Oktyabrski kənd sakininin doğuşu hamiləliyin 38-ci həftəsində baş tutub. Körpə dünyaya gəldikdən sonra ana özü göbək bağını kəsərək yeni doğulmuş uşağı açıq tualetə qoyub

14.01.2025 515
.

Azərbaycan Ordusunun əsgəri vəfat edib

Azərbaycan Ordusunun əsgəri vəfat edib. -ın əldə etdiyi məlumata görə, əsgər Adil Baxışəli oğlu Baxışəliyev 2024-cü il dekabrın 29-da vəfat edib. O, Kəlbəcərdə hərbi xidmət keçirdi. Hadisə ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanlanıb

15:40 289
.

TOP MP3