Müğənni Kərimi "döyən" şəxs DANIŞDI: "Söyüş söyərək üstümə gəlirdi..."

Müğənni Kərimi "döyən" şəxs DANIŞDI: "Söyüş söyərək üstümə gəlirdi..."Xəbər verildiyi kimi, mayın 20-də müğənni Kərim Abbasov zorakılığa məruz qalmasına dair videogörüntü paylaşıb. Müğənni qeyd edib ki, ailəsi ilə birgə bağ evindən qayıdarkən avtomobil yolunda tanımadığı şəxslə mübahisə edib və həmin şəxs onu döyüb. Bundan sonra sosial şəbəkələrdə və bır sıra mətbuat orqanlarında hadisə işıqlandırıldı. Hətta hüquq-mühafizə orqanları tərəfindən rəsmi açıqlama da verildi. Lent.az məsələ ilə bağlı qarşı tərəflə - Kərim Abbasovla dava edən Elvin Ramazanovla əlaqə saxlayıb.

- Hadisə nə vaxt, hansı ərazidə baş verib?

- Hadisə mayın 20-də, Binəqədi şosesi ilə "Baksol" yolunun kəsişməsində baş verib. Hal-hazırda da iş üzrə Binəqədi rayon Polis İdarəsində təhqiqat gedir. Nəticə ekspertizanın rəyindən sonra bəlli olacaq. Onun da ( Kərim Abbasov – red.), mənim də xəsarətim təyin olunacaq, ondan sonra rəy veriləcək.

- Kərim Abbasov mətbuata açıqlama verib ki, başından müxtəlif zərbələr alıb və ekspertizaya müraciət edib. Çox zərbə endirmisiz?

- O necə çoxsaylı zərbələr alıb ki, münaqişəmiz olan günün səhəri "Oazis" restoranında şou proqramda çıxış eləyib. Özüm də oradaydım, "Oazis"dən sonra "Neolit" restoranında çıxış edib. Xəsarəti olan adam səhnəyə çıxa bilər? Sadəcə, özünü gündəmdə saxlamaq üçün belə məlumatlar verir. Bəzi mətbuat nümayəndələri də araşdırmadan, təhqiqatın nəticəsini gözləmədən ancaq onun mövqeyini verir. Maraqlanmırlar ki, qarşı tərəf nə deyir, hadisə əslində necə baş verib və sair.

- Dediniz ki, siz də ekspertizaya müraciət etmisiz. Kərim Abbasov tərəfindən sizə hər hansı bir fiziki təzyiq olub?

- Hə. O da mənə təpik atıb. Yəqin ki, bütün görüntülər təhlükəsiz şəhər kameralarına qeyd olunub. Mən öz yolumla hərəkətdə olduğum zaman o, sol tərəfdən qəfil sürüb mənim qarşıma keçdi.

- Kərim Abbasovda nə maşını idi?

- Onda "Jeep Grand Cherokee"dir. Yan-yana durduq, şüşələr açıq idi. Ona iradımı bildirdim ki, belə maşın sürməzlər. Bu da əllə işarə elədi ki, "əcəb eləyirəm, sür". Bir az mübahisə etdikdən sonra yenidən hərəkətə başlayanda sağıma keçib söyüş söyməyə başladı. Özü də yanında qadın ola-ola. Mən buna dedim ki, qadınlasan, get.

- Maşında başqa adam var idi?

- Yox, Kərim idi, bir də qarşıda oturan bir nəfər qadın. Kərim qarşıda sağda saxladı. Mən saxlamadım, məni təqib etməyə başladı. Yaxınlaşdı, pəncərədən dedi ki, çək sağda saxla. Mən saxladım, cumdu üstümə. Mənimlə dartışa-dartışa, "sənə belə eləyərəm, elə eləyərəm" tipli təhdid dolu təhqirlər yağdırır. Yanındakı qadın da düşmüşdü. Yaxınlıqdakı adamlar gəlib bizi ayırdılar.

Adamlar bizi ayırandan sonra hərəkətə başladıq. Yenidən sağ tərəfdən maşını mənim maşınımın üstünə sürdü. Əllə təhqiramiz işarə göstərdi. Qarşıma keçib qəfil əyləci basdı. İşıqforun qırmızı işığına düşdük. Kərim orta zolaqda, yolun hərəkət hissəsində saxlayıb düşdü yerə. Gördüm ki, əlində telefon söyüş-söyə mənim maşınıma tərəf gəlir. Mən də maşından düşdüm ki, əlindən telefonunu alım. Düşəndə mənə ağır söyüşlər söydü. Bundan sonra əlbəyaxa olduq.

- İlk söyüşü o söydü?

- O, elə əvvəldən söyüş söyürdü. Onun yanında qadın vardı, heç vaxt onu söyməzdim. Mən maşından düşəndə də məqsədim telefonu əlindən almaq olub. Fikir versəniz görərsiniz ki, onun paylaşdığı video səssizdir. O, özü təhqir edərək, əlində telefon mənə hücum çəkirdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1673   Tarix: 25 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"İsrailin Rafah şəhərində evə hücumu nəticəsində 4-ü uşaq olmaqla 7 fələstinli öldü"

İsrailin Rafah şəhərində evə hücumu edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4-ü uşaq olmaqla 7 fələstinli ölüb. İsrail döyüş təyyarələri Rəfahın Əl-Zuhur məhəlləsində fələstinli Şahin ailəsinin evinə hava hücumu həyata keçirilib. İsrailin baş naziri Benyamin Netanyahunun Rafaya hücum edəcəklər

03.05.2024 154
.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

03.05.2024 704
.

Rusiyada TikTokun fəaliyyəti yenidən məhdudlaşdırıldı

TikTok Rusiyada istifadəçilər üçün məhdudlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda TASS məlumat yayıb. Bildirilir ki, proqrama daxil olmaq istədikdə müvafiq bildiriş görünür:. "Bölgənizdə bəzi TikTok funksiyalarını məhdudlaşdırdıq. Siz müvəqqəti olaraq videolar yerləşdirə və y

03.05.2024 264
.

Serenay Sarıkayanı çəkmək istəyən jurnalistlərə hücum - ANBAAN VİDEO

Məşhur aktrisa Serenay Sarıkayanın yeni sevgilisi Mert Demirlə getdiyi məkanda jurnalistlərə hücum edilib. -ə istinadən bildirir ki, hadisə Cankurtarandakı məkanlardan birində yaşanıb. Mühafizəçilər jurnalsitlərə hücum edərək onları döyüblər. Həmin anlar hadisə zamanı açıq qalan kameralar tərəfində

03.05.2024 348
.

Hava ilə bağlı daha bir - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, 5-i axşam bəzi yerlərdə yağış yağacağ

03.05.2024 1551
.

Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO

Bu gün paytaxtın Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin Uşaq Birliyi rəhbəri Nərminə İsmayılova sosial şəbəkə hesabında intihar anonsu verib. "Qafqazinfo" xəbər verir ki, 2014-cü ildən həmin məktəbdə birlik rəhbəri vəzifəsində çalışan N.İsmayılova iş yerində sıxışdırıldığını iddi

03.05.2024 495
.

"Manyaksan, niyə səninlə evlənim?" dedi"

Türkiyəli müğənni Doğuş türkiyəli prodüser-aparıcı Armağan Çağlayanın "Şimdiki aklım olsaydı" verilişinin qonağı olub. Axşam.az-ın məlumatına görə, ifaçı proqramda aparıcı Xoşqədəm Hidayətqızı ilə necə tanış olduğu və evlilik təklifi etdiyi andan danışıb:. "Məni Xoşqədəmin proqramına dəvə

03.05.2024 1121
.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında mayın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək

03.05.2024 378
.

"Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaq olmuşdur"

"Bakı daha bir mühüm tədbirə ev sahibliyi edir. Mayın 1-dən 3-dək ölkəmizdə "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır. Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qona

03.05.2024 157