"Yeni ulduz" yenidən başlayır?

"Yeni ulduz" yenidən başlayır?Bir neçə həftə öncə ATV-nin Bədii Şurasının iclası zamanı Xalq artisti Murad Dadaşovun paylaşdığı "Qarşıdakı planlarımız" adlı fotoda "Yeni ulduz" qeydi diqqət çəkmişdi.

Bu gün isə Xalq artisti Faiq Ağayev Lent.az-ın canlı yayımında musiqi yarışmasının bərpa olunacağı haqda məlumat verib.

Məsələ ilə bağlı Axşam.az-a "SOY Production"ın direktoru və "Yeni ulduz" layihəsini rəhbəri Oqtay Əliyev danışıb.

O söyləyib ki, müsabiqənin yenidən start götürməsi barədə məlumatı yoxdur:

"Bundan xəbərimiz yoxdur, həmin proyekt bizim olduğu üçün birinci biz bilməliyik. Ola bilər ki, "Yeni ulduz"un bərpa olunması Faiq Ağayevin arzusudur. Müsbət bir istəkdir, oturub danışmaq lazımdır. Əsas layihənin maddi tərəfidir. Onları həll etmək lazımdır. Artıq dövr dəyişib, yarışmanın studiyasını müasir tərzdə düzəltmək, böyük ekranlar gətirmək lazımdır. Sadə bir iş ortaya çıxarmaq düzgün deyil. Keyfiyyətli iş üçün isə maliyyə mütləqdir. Əvvəlcə maliyyənin mənbəyini tapmaq lazımdır. Ondan sonra "Yeni ulduz"un bərpası barədə rahat danışmaq olar".

Qeyd edək ki, "Yeni ulduz" mahnı müsabiqəsi ATV-də 10 mövsümdən çox davam edib. Hazırda məşhur olan Günay İbrahimli, Sevda Yahyayeva, Elvin Abdullayev, İlhamə Qasımova, Çingiz Mustafayev, Aysel Teymurzadə, Səfurə Əlizadə kimi ifaçılar yarışmanın yetirmələridir.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1377   Tarix: 24 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Böyük məmnuniyyətlə Zaurun Təhminəsi olaram"

"Böyük məmnuniyyətlə Zaurun Təhminəsi olaram". OLAY yazır ki, bu sözləri aktrisa Pərvin Abıyeva qonaq olduğu "Tarixin bir günü" verilişində deyib. Abıyeva yazıçı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsərinin motivləri əsasında rejissor Rasim Ocaqovun 1993-cü ild

26.03.2025 919
.

Nüşabənin Avropada yaşayan övladları - FOTO

Əməkdar artist Nüşabə Ələsgərli Novruz tətilində Belçikada yaşayan qızı Nigarın ailəsi ilə birgə Bakıya gəldiyini bildirib. Bu haqda sənətçi qonaq olduğu "Qonaqcanlı" verilişində danışıb. "Qızım Nigar, onun həyat yoldaşı Gino, nəvəm hətta oğlum da Bakıya gəlmişdi. Qızım ailəsi ilə 25 gü

29.03.2025 909
.

Mələkxanım Eyubova Mirkamilin səhhətindən danışdı

"Qardaşı dedi ki, bibi, Mirkamil gəlmək istəyir. Sevindim… Amma güvənmirəm, bir daha əmin olum sonra". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Eyubova "Evdəkilərə salam" verilişində deyib. Müğənni qardaşı oğlu, ifaçı Mirkamil Kamilovdan danışıb:. "Mirkamili

31.03.2025 716
.

"Ruzi bəndənin əlində olsaydı, hamı ac qalardı" – Samirəni toy bazarından KİM "VURDU"? – VİDEO

"Ruzini verən Allahdır. Ruzi bəndənin əlində olsaydı, hamı ac qalardı". Bu fikirləri tanınmış sənətçi Samirə Yusifqızı -a açıqlamasında deyib. Sənətçi dəfələrlə toy bazarından "vurulduğu"nu etiraf edib:. "Dəfələrlə məni toya çağırmaq üçün axtarıblar, guya ən yaxın dostum deyib

30.03.2025 964
.

Almaxanım görünüşü ilə DİQQƏT ÇƏKDİ - FOTOLAR

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədli sosial mediada paylaşım edib. xəbər verir ki, Almaxanım instaqramda yeni görüntülərini izləyicilər

30.03.2025 12833
.

Əminə Şirin gəlinlikdə

Müğənni Əminə Şirin paylaşımı ilə adından söz etdirib. OLAY yazır ki, sənətçi instaqram səhifəsində toyundan gəlinlikdə çəkilmiş fotosunu yayımlayıb. Əminə həmin görüntüsünü indiki şəkili ilə kollaj edərək aralarında 17 il fərq olduğunu yazıb. Qeyd edək ki, Əminə Şirin 2-ci dəfə ailə həyatı qurub v

26.03.2025 1010
.

"Kifirliklə sizi nə günə qoymuşam mən"

"Bizdə həyatda hamı gözəldir, efirdə işıqlandırmaya görə hamı çirkin düşür". OLAY yazır ki, bu sözləri Xalq artisti Röya Ayxan deyib. "Pagvision" səhifəsində yer alan videoda sənətçi fikirlərinə belə davam edib:. "Kifir qadın yoxdur, kifir ürəyimiz ola bilər. Gözəl qəlb olsa

29.03.2025 510
.

"Hazırda hər iki evimdə 20-yə yaxın usta işləyir" - Şəbnəm

Müğənni Şəbnəm Tovuzlu mülklərindən söz açıb. OLAY yazır ki, sənətçi bu haqda qonaq olduğu "Qonaqcanlı" verilişində danışıb. Şəbnəm bildirib ki, hazırda həm mərkəzdəki mənzilini, həm də bağ evini 20-ə yaxın usta təmir edir: . "Bir işi bitirib, digərinə keçmirəm. Bu isə əslində yaxşı bi

26.03.2025 1036
.

"Uzak şehir" mövsüm finalına hazırlaşır

"Uzak şehir" serialı mövsüm finalına hazırlaşır. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işi iyunda izləyicilərə vida edəcək. Qeyd edək ki, serialın baş rollarını Ozan Akbaba və Sinem Ünsal canlandırır

30.03.2025 647
.

TOP MP3