"Mən imtina etsəm də, başqa 3 müğənni o pullu kişiyə yalvaracaq" - Sevincdən qalmaqallı müsahibə

"Mən imtina etsəm də, başqa 3 müğənni o pullu kişiyə yalvaracaq" - Sevincdən qalmaqallı müsahibə"Yeni ulduz" müsabiqəsindən sonra tanınan, lakin bir müddətdir ki, efirlərdən uzaqlaşan müğənni Sevinc Musayeva yeni vətənpərvərlik layihəsinin təqdimatından sonra musavat.com-un suallarına cavab verib. İfaçı ilə şou-biznesin bugünkü durumundan, müğənnilərin gəlir mənbəyindən və şəxsi həyatından danışdıq.

- Sevinc Musayeva uzun illərdir ki, niyə kənara çəkilib?

- Uzun illər deyəndə, son 3 il olar. Mən həmişə şou-biznesdə həm var, həm də yox mövqeyində olmuşam. İndi kənardan izləyirəm. Görürəm ki, dünya şou-biznesi ilə bizimkilər arasında dağlar qədər fərq var. Adi konsertlər belə fərqlənir. Xaricdə əsas ifaya, səsə fikir verilir. Bizdə isə müğənnilər səhnə dekorasiyası və geyimə üstünlük verir. Bir tərəfdən kütlə getdikcə zövqsüzləşir və bu proses sürətlə davam edir. Ona görə də kənara çəkilmişəm. Başa düşmürlər ki, mən Könülə paxıllıq etsəm, ona gələn ruzi mənə gəlməyəcək. Düzü yorulmuşam. Hər yerdə görünmək istəmirəm. Çünki verilişlərdə ürəyin istəyən kimi sual vermirlər. Bir mahnı oxuyursan, sonra reklamlar efirə gedir və ya səni qalmaqala çəkirlər, alçaldıcı münasibət göstərirlər, ancaq sponsor, var-dövlət soruşurlar. Verilişlərdə bizi ucuzlaşdırıblar, düşünürlər ki, müğənniyə hər şey etmək, demək olar. Bir neçə dəfə dəvət edirlər, imtina edirsən, artıq başa düşürlər ki, bu insan belədir.

- "5\5" verilişinin "Həkim" rubrikası birmənalı qarşılanmayıb. Kişi müğənnilərin qarşısına qadın müğənnilərin şəkillərini qoyub, "Filan kəsin harasını kəsərdin" sualının verilməsi tənqid olunur.

- Düzü baxmamışam. Tənqid olunası hadisədir. Çünki qeyri-etik addımdır. Buna da biz şərait yaratmışıq. Biz müğənnilər özümüzü hörmətdən salmışıq. Bir müddət öncə sosial şəbəkələrdə bir süjet çıxdı. Dilarə xanım (red: Dilarə Əliyeva, "Söhbət var" verilişi) Elza Seyidcahanı qarşısında otuzdurub , ona şeir oxuyurdu. Mimikalarından bəlli idi ki, Seyidcahanı lağa qoyur. Elza xanım da görünürdü ki, bunu hiss edir, amma büruzə vermirdi. Hər iki xanıma hörmətim var. İkisi də məni yaxşı tanıyır. Amma Dilarə xanımın hərəkətindən ekranın bu tərəfində sanki mən əzildim. Bilirəm ki, ürəyində Seyidcahan da inciyir, qırılır. İnsan özünə hörmət qoymalıdır. Biz özümüzə hörmət etməsək, kənardan kim edər? Onsuz da müğənnilərin adı pis çıxıb.

- Son zamanlar məşhurların özəl həyatı gündəmə gətirilir. Aysel Əlizadə, Sevda Yahyayeva və başqalarının həyatındakı gizlinlər açıldı.

- Siz məşhur kimlərə deyirsiniz? Mənim üçün məşhur Zülfiyyə Xanbabayevadır, həyatı heç vaxt ictimailəşməyib.Flora Kərimovadır, Alim Qasımovdur. Sənətin akulaları var ki, onların həyatı insanların qarşısına sərilməyib. Mən həyatı ictimailəşib biabır olmuş müğənnini niyə məşhur saymalıyam? Guya mənə deməyiblər ki, gəl qalmaqal edək? Demişəm, rədd olun. Tamaşaçını niyə aldatmalıyam?

İlhamə Quliyeva dünyanın bütün nemətlərini daddı. Gözü heç nədə qalmadı. Qalmaqalları da oldu. Bu gün hansımız İlhamə Quliyeva olacağıq? Heç birimiz. Amma o dünyadan gedəndə nə apardı? 5 nəfər rəhmət oxuyan varsa, 5 nəfər arxasınca lənət dedi. Lənətlənmək, qarğışlanmaq, ələ salınmaq mənə lazım deyil.

- Əksər müğənnilərə qara PR, əxlaqsız kimi görünmək sərf edir. Onlar düşünürlər ki, məşhur olmağın asan yolunu tapıblar.

- Düzdür. Amma onlar bizi də düşünməlidir. Niyə mən müğənni olduğum üçün utanmalıyam? Çox zaman üzümü gizlədirəm, istəmirəm məni tanısınlar. Bir dəfə marketdə iki qadın konservaların qarşısında söhbət edirdi. Mən də market, mağazadan alş-verişi sevirəm, gəzirəm. Biri məni göstərib dedi ki, bu müğənni Sevinc Musayevadır? O biri qayıtdı ki, müğənnilər də konserva kimidir, biri alır, hamı yeyir. Utandım, az qaldım ağlayam. Mağazadan çıxdım. Qayıdıb nə isə desəydim, deyəcəkdi konservadan danışıram, səhv eşitmisən. Bəzən müğənni olduğum üçün utanıram. İnsanlar üzümüzə baxıb gülür, o ələ saldıqlarını toylarına da çağırır, gəlib şəkillər çəkdirirlər. Amma üzünü çevirən kimi, ağıllarına gələni deyirlər. Yəni kütlə özü də ikiüzlüdür.

- O zaman efirə çıxmamağınızın bir səbəbi də müğənni adından utanmağınızdır?

-Efirə çıxmamağıma səbəb utanmağım deyil. Müğənnilik alçaldıcı bir iş də deyil. Xeyr. Hələ də sənətimi sevirəm və buna illərimi vermişəm. Bu vaxta qədər telekanallara pul ödəməmişəm, pulla reklam olunmamışam. Sadəcə qalmaqallı verilişlər artıb. Həm də sənətkarımız Rasim Balayev demişkən, indi efirdə küçə adamları çoxalıb. Savadlı, ağıllı adamlar efirdən qaçır. Savadlı müğənni görür ki, ona dəyər verilmir, çıxıb gedir. Onlardan biri də Aygün İsmayılovadır. Biri İlhamə Qasımovadır. Aygün hazırda Türkiyədir. ailəsi ilə çox xoşbəxtdir. Düzgün yolu seçdi. Burada savadlı, tərbiyəli, abırlı müğənniyə lazım olan qiymət verilmir.

- Bəs kliplərinə olan baxış sayını artıranlara, saxta izləyici yığanlara münasibətiniz necədir?
- Çox pisdir. Kimi aldadırlar? Mənim profilimdə hər ay 200 izləyici aşağı düşür, vecimə deyil. Mən insanlara 70-ci illərin "sovrimenni" adamı kimi gəlirəm. İnsanlar düşünür ki, nə zamansa nələrsə düzələcək. Amma heç nə düzəlməyəcək, lap pis olacaq.

İnanın, bəlkə də 2006-cı ildə "Yeni ulduz" müsabiqəsi olmasaydı, indi evdar qadın idim. Mənim məşhurlaşmaq üçün başqa yollarım yox idi. Sponsorlarla çalışmayacaqdım, özümə pullu sevgili tapmayacaqdım, soyunmayacaqdım. 2006-cı ildə müsabiqə bitdi. 1 il sonra bəzi yaşıdlarımın maşını oldu. Hansı pulla, kimin hesabına? Mən müsabiqədən 5 il sonra maşın aldım. Ona kimi metrodan istifadə edirdim. Bir dəfə bir qız mənə baxıb dedi ki, görəsən, bu müğənni papağını Sədərəkdəki mağazadan alıb? Mənə qəribə gəldi. Çünki tanınırdım, kliplərim efirə gedirdi. İnsanların o cür münasibəti mənə təsir etdi. Qarşıma məqsəd qoyub, 5 ilə pul yığdım, ilkin ödəniş edərək avtomobil aldım. Dünən efirə çıxan aparıcılar, müğənnilər bu maşını haradan alırlar? Mənə çox maraqlıdır. Mən aylıq qazancımı açıqlasam, hamı şoka düşər. Bəzən olur cibimdə 10 manat pul olur. Axı müğənni ilin hər ayı qazanmır.

- Ancaq insanlar elə bilir ki, bütün müğənnilər imkanlıdır.

- Bilməlidirlər ki, bütün müğənnilər imkanlı deyil. Əsasən sponsoru – pullu sevgilisi olan qadın müğənnilər lüks yaşayır. Hələ çıxıb acıq da verirlər. Kaş, musiqi təhsili almazdım. Saç ustalığı, dərzilik öyrənərdim, aşpaz olardım. Dostlarım biletimi aldı, gedib 1 həftə Türkiyədə qaldım. Qayıtmaq istəmirdim.

- Bəs niyə qayıtdınız?

- Başqasının evində illərlə qala bilmərəm, gərək iş tapım, çalışım. Valideynlərimi qoyub gedə bilmərəm. Atam təyyarəyə minə bilməyəcək. Kaş onlar daha cavan, canı sulu olan zaman gedərdim. İndi nə onları qoyub gedə, nə də valideynlərimi özümlə apara bilirəm.

- Sevincin özünə qoyduğu hansı qadağalar var?

- Qadağalar çoxdur. Məsələn, mən ömrümdə diskotekaya getməmişəm. Ona görə yox ki, diskotekaya gedənlərə pis baxıram. Ona görə ki, o aura məni sıxır. Mən diskotekaya getməkdənsə, hansısa bölgəyə gedib, ağacın altında, sakit yerdə, dağda-çəməndə oturub təbiətə baxaram. Klublar, qapalı məkanlarda səs-küylü məclislər, nə bilim axşam həyatı, yığışım hardasa yemək-içmək–mənlik deyil. Ruhum sıxılan məkanda nə işim var? Mən ruhən azad insanam, azadlığımı sevirəm. Mən də əgər pullu kişidən asılı olsaydım, onunla sevmədiyim məkanlarda oturmağa məcbur olacaqdım. Ümumiyyətlə, elə kişilər qadını özündən asılı etməyi sevir.

- Bəzi məşhurlar deyir ki, imkanlı şəxslərə yox dedikləri üçün yolları bağlanır, efirə çıxmağa qadağa qoyulur. Sizin başınıza gəlibmi?

- Heç kim heç kim üçün ölmür. Sevinc olmasın, Leyla olsun, Fatma olsun. Onlar üçün fərqi yoxdur. Təkliflərini edirlər, alınmırsa, məcburiyyət yoxdur, başqa müğənniyə yanaşırlar. Sevinc istəmirsə, nolsun, 3 müğənni o kişiyə yalvarır. Mənim başıma elə hadisə gəlməyib. Adətən artıq o kişi ilə bağlantısı olan, sonra cəzalanan müğənnilərin siz deyən kimi yollarını bağlayırlar. O da baxır hansı səhvinə görə cəzalandırılır. Bu mövzular dərindir, mənlik deyil (gülür).

- Bayaq dediniz ki, müğənni adına görə ailə qura bilmirik. Buna görə həyatınızda nə kimi problem yaşamışınız?

- Problem odur ki, qurunun oduna yaş da yanır. Deyirlər ki, bu da müğənnidir. O birilərinin həyatını yaşayır. Müsahibəmi oxuyanlar mənə inanmayacaq. O qədər namussuzlar namusdan danışıblar ki, heç kimə inanmırlar. Sonra elə bilirlər ki, pulum başımdan aşır, evlərim, maşınlarım var, pullu sevgili hesabına kef edirəm. Daha bilmirlər ki, taksi ilə gəzirəm.

- Uzun müddətdir ki, maşınsızsınız. Avtomobilinizi satmağınıza səbəb nə idi?

- Atama görə avtomobilimi satdım. Şəkərli diabet xəstəliyinin ağırlaşması kimi ayağında qanqrena var idi. Həkimlər dedi ki, kəsmək lazımdır. 4 həkim eyni şeyi dedi. Sonra daha fərqli həkimlərə apardıq,bir həkim dedi ki, atanızın ayağını sağaldacağam. Buna isə aylar lazımdır. Razılaşdıq.

Həmin aylar müddətində təbii ki, atam işləmədi, gəliri olmadı, müalicə isə çoxpul tələb edir. Maşınımı satdım. Bir ayağı 9 ay sonra sağaldı. İndi ikinci ayağında başlayıb. Onu müalicə etdiririk. Anam da həmçinin, həm özünün səhhəti, həm atama qulluq.

Bunlarla sizi yormayım, hər ailədə olur və ola bilər. Valideynlər bizi böyüdür, sonra yük övladın üzərindədir. Allah valideynlərimizə, ailəmizə baxa biləcək ruzimizi versin, bəsimizdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1792   Tarix: 24 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387