Bədəndə güclü qaşınma – 12 səbəb və müalicə

Bədəndə güclü qaşınma – 12 səbəb və müalicəYaz-yay aylarında bədən səthinin qaşınması, qızarması, hətta yaralar əmələ gəlməsi dərəcəsində simptomlar əhalini narahat edir. Çox insan bunu allergiyaya, istiyə bağlayır. Lakin bədəndə qaşınmanın əsəb, sinir pozulması, qoturluq, heyvanlardan keçən xəstəliklər, autoimmun problemlər kimi dərin səbəbləri ola bilər.

BiG.AZ medicina.az-a istinadən bədən dərisinin qaşınmasının 5 səbəbini və hansı müayinədən başlamalı olacağınızı araşdırıb.

Qaşınmanın xəstəliyə bağlı əlamətləri:

-Dəri normal görünsə də, səthi zədələnməsə də, qırmızı görünür
-Səthi nahamarlaşır
-Ləkələnir
-Qabıqlanır
-Qaşıdıqda dırnaq izi və sıyrılmadan müxtəlif yerlərdə quruma, qanaxma, qaysaq
-Suluqlar, şişkinlik, pulcuqlar

Möhkəm qaşıdıqda sıyrıq və dırnaq yerindən dərinin alt qatına infeksiya keçə bilir.
Qaşınma əvvəlcə bədənin kiçik hissələrində, baş, ayaq, boyun, əllərdə başlayır, daha sonra bütün bədənə yayılır.
Bəzən qaşınma uzun və intensiv davam edir, insana rahatlıq vermir. Əgər insan daim dırnaqları ilə dərini qaşıyıb cızırsa, qanadırsa, dəri qıcıqlanaraq, epidermisi zədələnir və kiçik yaralar əmələ gəlir.

Ən çox yayılmış səbəblər:

-Mövsümü və digər allergiyalar- dərman, qida, ətir və s.
-Həşərat sancması, dişləməsi
-Dəri xəstəlikləri – dermatit, ekzema, qoturluq, psoriaz
-Şəkərli diabet
-Böyrək problemləri, hətta böyrək çatışmazlığı
-İnfeksiyalar: qızılca, məxmərək, göbələk
- Xarici təsirlər: bitkilər, torpaq, toz gənələri
-Daxili xəstəliklər: anemiya, sirroz, öd yollarının tutulması, öd daşı, leykemiya, QİÇS, dağınıq skleroz, böyrək xəstəlikləri ciddi qaşınma verir.
-Sinir, əsəb xəstəlikləri: depressiya, nevroz,stress, kəskin qorxu, hərəcan
-Dərmanların əks təsiri kimi də təlimatlarında dəridə qaşınma qeyd olunub- antibiotiklər, göbələk dərmanları, narkotik dərmanlar, qıcolma dərmanları və s.
-Hamiləlik – hormonal dəyişiklik dəridə qaşınma verir

Nə zaman həkimə müraciət etməli:

Əgər dəridə qaşınma 1 həftədən çox davam edirsə, allergiya dərmanları fayda vermirsə, qaşınma gündən-günə kəskinləşirsə, dəriyə infeksiya düşübsə, qaşınmadan əlavə xəstədə yorğunluq, sidikdə dəyişiklik, qızdırma, titrətmə varsa, həkimə müraciət etmək lazımdır.
Hətta kəskin olmayan, ara-sıra gəlib gedən qaşınma 3-4 aydan sonra da çəkilmirsə, o zaman bir neçə həkimdə müayinə olunmaqla, altda yatan səbəbi tapmaq lazımdır.

Hansı həkimə üz tutmalı?

İlk növbədə dermatoloq, dermatonevroloq, dəri-zöhrəvi ixtisaslı həkimə müraciət edirsiz.
Vaxtında müayinə və müalicə olunmadıqda, qaşınma xronikləşir, dəri infeksiyalaşır, çapıqlar, ləkələr əmələ gəlir.

Müayinə zamanı həkim anamnez toplamaq üçün müəyyən suallar verir: neçə müddətdir davam edir, hər hansı qıcıqlandırıcı faktorun olub-olmaması, ev heyvanı saxlanması, dərman qəbulu, əlavə xəstəliklərin olub-olmamasını soruşur.

Əlavə olaraq dərinin müayinəsi, qan analizi, allergenlərə analiz, biopsiya, qanda şəkərin yoxlanması, böyrəklər və qalxanvari vəzin USM-i təyin edilir.
Əgər xəstədə nevroloji səbəbdən qaşınma təsbit olunarsa nevroloq və psixiatra yönəldilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 24770   Tarix: 23 may 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Nəsimi rayonundakı mübahisəli tikinti ilə bağlı RƏSMİ AÇIQLAMA

Nəsimi rayonu ərazisindəki Ənvər Qasımzadə küçəsi, 15 ünvanında icra edilən tikintinin fəaliyyətinə dair şikayətlərə aydınlıq gətirilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən -a verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi, 15 ünvanında aparılan tikinti işləri il

01.04.2026 203
.

Masallıda ev yandı, baba və nəvə öldü

Xəbərə Masallıda baş verən faciədə ölən baba və nəvənin fotosu əlavə edilib. *. Masallıda evdə yanğın olub. APA-ya istinadən xəbər verir ki, hadisə Masallı rayonunun Qızılağac kəndində fərdi yaşayış evində baş verib. Yanğın zamanı evdə olan azyaşlı 2 yaşlı Məhərrəm Məmmədzadə və onun babası, 59 yaşl

01.04.2026 336
.

İran yavaş-yavaş "səsini ucaldır": Bakı hansı cavabı verəcək?

Naxçıvana atılan dornlardan sonra "ayaq yalın, başı açıq" hərəkət edərək, Azərbaycanın könlünü almağa çalışan İran ritorikasını dəyişməyə başlayıb. xəbər verir ki, müharibədən dərhal sonra lazım olan bütün addımları atan rəsmi Bakıya qarşı Tehranın "buynuz" göstərməsi müşahidə olunur

01.04.2026 289
.

Kadırov özünə yeni varis seçib?

Çeçenistan rəhbəri Ramzan Kadırov böyük oğlu Axmatı varisi kimi nəzərdən keçirməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, bu iddia ilə "Novaya qazeta - Avropa" nəşri çıxış edib. Nəşrin bu qərara gəlməsinə səbəb Ramzan Kadırovun mart ayı ərzində etdiyi paylaşımlarda yanında əvvəlk

01.04.2026 301
.

Sabah da yağış yağacaq

Bakıda və Abşeron yarımadasında aprelin 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq

01.04.2026 274
.

London Yaxın Şərqdə hərbi hazırlığı artırır

Böyük Britaniya İranın mümkün hücum risklərinə qarşı Yaxın Şərqdə müdafiə tədbirlərini genişləndirir. Müdafiə naziri Con Hili bildirib ki, bölgəyə əlavə hərbçilər və hava hücumundan müdafiə sistemləri göndəriləcək. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və Küveytd

01.04.2026 251
.

Qızıl bahalaşdı, gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl daha da bahalaşıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.60% artaraq 4,707 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.78% ucuzlaşaraq 74.33 ABŞ dolları təşkil edib

01.04.2026 196
.

Bayram günləri 50 minə yaxın insan həkimə düşdü

20-30 mart tarixlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə bu tarixlərdə 22 922 çağırış daxil olub. -a TƏBİB-dən bildirilib ki, çağırışlardan 2 107 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerind

01.04.2026 211
.

Halit Ergenç və Meryem Üzerli yenidən eyni serialda

Məşhur "Muhteşem Yüzyıl" serialının unudulmaz cütlüyü Halit Ergenç və Meryem Üzerli 15 ildən sonra yenidən eyni layihədə bir araya gəlir. Türkiyə mediasına istinadla xəbər verir ki,"Sultan Süleyman" və "Hürrəm" obrazları ilə yaddaşlarda qalan aktyorlar rejissor Özcan Alperi

01.04.2026 235
.

TOP MP3