Ölmüş heyvanı kəsib satmaq istəyənlər iş başında tutuldu – FOTO

Ölmüş heyvanı kəsib satmaq istəyənlər iş başında tutuldu – FOTO

Ağcabədi rayonunda ölmüş vəziyyətdə kəsilən heyvan cəmdəyi aşkarlanıb.

BiG.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında 21 may tarixində, axşam saat 22:00 radələrində Ağcabədi rayonu Xocavənd kəndində məskunlaşan Bəxtiyar Mahmudovun həyatyanı sahəsinə baxış keçirilib.

Baxış zamanı vətandaş Bəxtiyar Mahmudovun həyətyanı sahəsində satış məqsədi ilə aqoniya vəziyyətdə kəsilmiş bir baş iribuynuzlu heyvan cəmdəyi aşkar edilib.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aşkarlanmış heyvan cəmdəyi müsadirə edilərək götürülüb və xüsusi soyuducu saxlanma kamerasına yerləşdirilib.

Həmçinin, heyvan cəmdəyindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.

Hazırda faktla bağlı araşdırma davam etdirilir.
Ölmüş heyvanı kəsib satmaq istəyənlər iş başında tutuldu – FOTO
Ölmüş heyvanı kəsib satmaq istəyənlər iş başında tutuldu – FOTO
Ölmüş heyvanı kəsib satmaq istəyənlər iş başında tutuldu – FOTO


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 521 Tarix: 22.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol