Özünü polis kimi təqdim edib sahibkarlardan pul aldı

Özünü polis kimi təqdim edib sahibkarlardan pul aldıÖzünü daxili işlər orqanlarının əməkdaşı kimi təqdim edərək ayrı-ayrı vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb.

DİN-dən BiG.AZ-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi və 37-ci Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt sakini, əvvəllər Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə məhkum olunmuş Tural Rəhimli tutularaq istintaqa təqdim edilib.

Araşdırma zamanı müəyyən olunub ki, həmin şəxs restoran və ictimai iaşə obyektlərinə zəng edərək özünü yol patrul xidmətinin tağım komandiri vəzifəsində çalışan Nihat və ya Vüqar adlı polis zabiti kimi təqdim edib. Daha sonra o, obyekt sahiblərinə işdən çıxa bilmədiyini və ona təcili olaraq pul lazım olduğunu bildirib. Obyektə sürücüsünü göndərəcəyini deyən T.Rəhimli həmin yerlərə yaxınlaşaraq pulları dələduzluq yolu ilə ələ keçirib.

Qeyd edək ki, saxlanılan şəxsin Xətai rayonunda iki obyekt sahibindən 550 və 200 manat aldığı müəyyən olunub. O, ifadəsində paytaxtın başqa rayonlarında da özünü polis əməkdaşı kimi təqdim edib dələduzluq etdiyini qeyd edib.

Faktla Xətai RPİ-də araşdırmalar davam etdirilir. Gördüyünüz bu şəxsin digər analoji cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 686   Tarix: 22 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qələbə Gününün havası

Mayın 8-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yağış günün ikinci yarısında tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec

14:51 158
.

Qəzzada həlak olan BMT-nin işçilərinin sayı 188-ə çatıb

İsrail 7 aydan çoxdur ki, Qəzzaya hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücumlar nəticəsində ölən və yaralananlar günü gündən artır. Onlar arasında BMT işçiləri də var. Ölən işçilərin sayı 188 nəfərə çatıb. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım Agentliy

12:00 112
.

Yusuf Güney Baləli ilə duet oxuyacaq? - VİDEO

Türkiyəli məşhur müğənni Yusuf Güney Bakıdadır. BİG.AZ xəbər verir ki, o, işgüzar səfərlə bağlı gəldiyini bildirib. Müğənni konsert və yeni mahnılarla bağlı suallara cavablandırıb. İfaçı yerli müğənnilərlə duet oxumağa hazır olduğunu da qeyd edib. Baləlini tanımadığını bildirən müğənni təklif gəlsə

07.05.2024 534
.

Vəzifəsindən azad edilən keçmiş baş nazir: "Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər"

Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Novruz Məmmədov vəzifəsindən azad edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Məsələ ilə bağlı -a danışan Novruz Məmmədov bildirib ki, öz istəyi ilə ərizə yazaraq tutduğu vəzifədən azad edilməsin

07.05.2024 592
.

İsrailin Rafaha bomba hücumu: 2 ölü

İsrailin Qəzza zolağının cənubundakı Rafah şəhərində bomba hücumu olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 2 fələstinli ölüb, daha bir neçə nəfər yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi "WAFA" məlumat yayıb. Qəzzanın Misirlə Rəfah sərhəd keçidinin Fələstin tərəfini ələ keçirdiy

10:45 101
.

Ögey atasını öldürmüşdü, cəza verilmədi

Ögey atasını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan Elgün Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan araşdırma zamanı müttəhimin hadisəni törədərkən anlaqsız vəziyyətdə olması sübut olunub. Prokuro

12:23 453
.

Azərbaycanlı iş adamı Rusiyada vəfat etdi

Rusiyada azərbaycanlı iş adamı vəfat edib. İqtisadiyyat.az xəbər verir ki, 40 yaşlı Rafael Qəfər oğlu Mirzəyev bir müddət əvvəl işləmək üçün Moskvaya gedib. Bizneslə məşğul olan azərbaycanlının səhhətində problemlər yaranıb. Müalicə almasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumu

12:50 388
.

"Avroviziya-2024" başladı

İsveçin Malmö şəhərində "Avroviziya-2024" mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb. Axşam.az-ın məlumatına görə, birinci yarımfinalda 15 ölkə təmsilçisi yer alacaq. Onlar Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq

07.05.2024 504
.

Tamstore marketlər şəbəkəsi "Bu qiymətlər bir daha olmayacaq" kampaniyasına start verib

Hər zaman endirim kampaniyaları ilə gündəm yaradan Tamstore Marketlər Şəbəkəsi bu dəfə "Bu qiymətlər bir daha olmayacaq" kampaniyasına start verib. Marketlər şəbəkəsinin bütün filiallarında 8-14 may tarixi aralığında 500 dən çox məhsulda 70 faizə qədər endirim müştərilərini gözləyir. Endirimlə

13:00 242