"Niyam oksigen israfıdır" - "Çör-çöp" qalmaqalına cavab

"Niyam oksigen israfıdır" - "Çör-çöp" qalmaqalına cavabÖtən gün "5/5" verilişində müğənni Niyam Salaminin "Yeni ulduz" yarışmasının iştirakçılarını "çör-çöp" adlandırması birmənalı qarşılanmayıb.

Axşam.az məsələ ilə bağlı yarışmanın iştirakçılarından N.Salaminin sözlərinə münasibət öyrənib.

Pərviz Mahmudov:

"Yeni ulduz" iştirakçıları ən önəmli dövlət tədbirlərində çıxış edir, Niyam heç o tədbirlərin qapısının ağzından keçib? Müsabiqənin ilk iştirakçılarından biri mənəm, 15 ildir bütün Xalq artistləri, Əməkdar artistlər, bir nömrəli müğənnilər mahnılarımı ifa edir".

Aysel Əlizadə:

"Yəqin ki, Niyam bunu deyəndə yaxın dostlarını fikirləşməyib. Onun dostlarıı elə "Yeni ulduz"dan çıxanlardır. Ola bilsin ki, əsəbi olub, ya da düşünmədən cavab verib".

Elvin Abdullayev:

"Yeni ulduz" çoxdan bitib və bu yaxında "SOY Production"un 15 yaşını qeyd edəcəyik. Qaldı ki, "Niyamçik"ə... "Niyamçik" illərdir Azərbaycanı bəyənməyən ermənipərəst Bülənt Ərsoyu təmsil edir. Amma "Yeni ulduz"un iştirakçıları Azərbaycanı dünyada tanıdır. "Eurovision"da iştirak edənlərin çoxu "Yeni ulduz"dan çıxanlardır. Arada mətbəxdən başını kənara çıxartsın, çör-çöp adlandırdıqları kimlərlə dünya səhnələrində oxuyur, görsün. Görsün ki, Çingiz dünya ulduzu Madonna ilə bir səhnədə çıxış edir. Çör-çöplər kimlərdi? Mən, Günay İbrahimli, Aysel Teymurzadə, Sevda Yahyayeva, Səfurə Əlizadə, İlhamə Qasımova, Azad Şabanaov, Fərid Məmmədov? Bir sözlə, Niyam nə sənət, nə də sənətçi haqda danışmasın. Çünki o, söz deyə biləcək statusda müğənni deyil".

Aygün İsmayılova:

"Allah belə insanlara ağıl versin. Boş yerə oksigen israfıdır. Amma onun zərəri yoxdur. Azərbaycan Musiqisini yerlə-yeksan edənlərdəndir və zövqləri korlayırlar. İlk dərsimizi Niyamın dediyi "Ağac" olan Xalq artisti Mübariz Tağıyevdən almışıq. Görəsən, o dərsini kimdən alıb? İki universitet oxumuşam, Bakı Musiqi Akademiyasının Opera Vokal bölümünü dağ kimi müəllimlərdən dərs alaraq, bitirmişəm. "Yeni ulduz" və "Azəri Star"dan çıxan ifaçıların oxuduğu kimi, düz notlarda oxusun, onda qarşısında baş əyərəm".

Sevinc Musayeva:

"Mənimlə küsülü idi, üzr istəyib, barışıb. Çör-çöp kimi rəftar etməyib. Ad çəksə, yaxşı olar. "Yeni ulduz"un səviyyəsini bilmək üçün "Eurovision"a baxmaq kifayətdir. Xaricdə bayraqlarımızı "Yeni ulduz" yarışmaçıları qaldırır".

Qeyd edək ki, Niyam Salami aparıcı Zaur Kamalın "Sel gələndə özü ilə çör-çöp gətirir. Böyük kötük isə sonda gəlir. Müğənnilər içərisində çör-çöp və kötük kimdir" sualına belə cavab vermişdi:

"Sənətkarlar, Xalq artistləri, Əməkdar artistlər, ənkələr kötükdür, "Yeni ulduz"dan çıxanlar isə çör-çöplərdir. Mən isə orta nəsildənəm, budağam".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1228   Tarix: 21 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690