"Emin 444"-ün qətlinin ilginc təfərrüatları üzə çıxdı: "Cibində "pistolet"lə gəzirdi..."

"Emin 444"-ün qətlinin ilginc təfərrüatları üzə çıxdı: "Cibində "pistolet"lə gəzirdi...""Emin 444" ləqəbi ilə tanınan Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Səfərovun qətli ilə bağlı yeni faktlar ortaya çıxıb.

BiG.AZ musavat-a istinadən xəbər verir ki, qətlin son günlərin əsas müzakirə mövzularından birinə çevrilməsinin özəl səbəbi var: "Emin 444" xüsusi qəddarlıqla, 78 bıçaq xəsarəti yetirilməklə öldürülüb.

Bu amansızlığın səbəbi haqda da

mərhumun yaxınları ilginc açıqlamalar veriblər.

Deyiblər ki, Emin Səfərov qətlə yetirilməzdən əvvəl qonşuları, kikboks üzrə dünya çempionu Zaur Yusifovla mübahisə edib. Ona sələmə pul verməsini, digər bu sayaq əməllərini irad tutub. Bu zəmində tərəflər arasında mübahisə olub.

Həmin mübahisədən sonra Zaur Yusifov Emin Səfərovun qətlini planlaşdırıb, atası Əli Yusifov, qardaşı Zamin Yusifov, bacısı oğlu Vüqar və 1995-ci il təvəllüdlü Həsən Tağıyev cinayəti icra ediblər. Zaur Yusifovun atası Əli Yusifov isə bu ittihamları rədd edib, deyib ki, qətli Həsən Tağıyev törədib. Bildirib ki, Həsən Tağıyev cinayəti özü törədib, onu bu cinayətə təhrik edən olmayıb.

Həsən Tağıyevin oğlunun şagirdi olduğunu, Emin Səfərovun onu öldürəcəyi ilə hədələdiyini diqqətə çatdırıb. Bildirib ki, qətl törədilən zaman o, Emin Səfərovun maşınında olub, onunla söhbət edib. Məqsədi isə Emin Səfərovu onun oğlunun şagirdi Həsən Tağıyevə qarşı hər hansı bir addım atmaqdan çəkindirmək olub. Həmin zaman Həsən Tağıyev maşına minib. Tərəflər arasında dava olub, o da dava edənləri ayırmağa çalışıb. Bu zaman qolundan 2 bıçaq xəsarəti alıb. Maşından düşüb evə qaçıb, oğlanları Zaur və Zamin onu xəstəxanaya çatdırıblar.

Əli Yusifovun dediklərindən sitat:

"Mənim oğlum Avropa çempionudur. Onun sələm verməsi ilə bağlı deyilənlər yalandır. Oğlum idman ustasıdır, müəllimdir. Həsən onun tələbəsi olub. 6-cı mikrorayona gəlib yoxlasınlar, 1 adam desə ki, mənim oğlum sələmə pul verib, ondan imtina edərik. Bu şərdir, böhtandır. Emin belində pistolet gəzirdi, deyirdi ki, burada mənəm, məndən başqa oğul yoxdur. "Çölə" çıxandan sonra deyir ki, hamı mənim sözümlə oturub durmalıdır. Yalandan da deyirlər ki, guya Zaura deyib ki, sən sələmə pul vermə, camaatı incitmə. Belə şey olmayıb. 4 nəvəmin canına and içirəm ki, belə şey olmayıb. Yalan deyirlər. Mənim oğlum obyektinin təmirinə pul tapa bilmir, gedib yoldaşının qızıllarını qoyub lombarddan pul götürüb. Hər ay da lombarda pul ödəyir. Əlimizdə sənədlər var. Bu qədər yalan, şər, böhtan olmaz. Bizi 6-cı mikrorayonda çox adam tanıyır. Bilirlər ki, belə işlərdən kənar insanlarıq".

Emin Səfərovun anası Məlahət Səfərova deyib ki, Əli Yusifov özünü və oğullarını istintaqdan kənar saxlamaq üçün yalan danışır: "Mən prokurorluğa da getmişəm. Əli Yusifov deyir ki, oğlu Zaur Eminin bıçaqlanmasında iştirak etməyib. Yalan danışır. Zaurun ayağında bıçaq xəsarəti var. Hadisədə iştirak etməyibsə, həmin xəsarət onun ayağında haradan əmələ gəlib? Mənim oğlumun bağırsaqlarını yerə tökənlər azadlıqda gəzməli deyil. Oğlumun qətlində Əli Yusifovun özü də iştirak edib. O, Emini aldadaraq qapılarının ağzına aparıb. Orada Zaur, Zamin, Vuqar, onun özü oğluma hücum çəkiblər, boynuna kəndir atıblar. Eminin boğazında kəndirin izi də qalıb. Bu qədər yalan olmaz. Emin tək olub, bunlar 4-5 nəfər".

Məlahət Səfərova deyir ki, Əli Yusifovun obyektlərinə hucum olması, onların obyektlərinin yandırılması doğru deyil:

"Bu adamlar oğlumu öldürüblər, indi də bizə qarşı belə yalanlar uydururlar. Oğluma qarşı cinayəti Həsən Tağıyev tək törətməyib. Onu həbs ediblər. O da deyib ki, bu cinayəti boynuna götürməsini ona Zaur Yusifov tapşırıb. Bundan sonra da Zaur Yusifovu da həbs ediblər. Zaurun atası əvvəldən yalandan deyirdi ki, guya hadisə olandan sonra Zauru evdən çağırıb, Zaur onu xəstəxanaya aparıb. Zaurun ayağında bıçaq xəsarətinin izi var. O, hadisədə birbaşa sifarişçi, iştirakçıdır. Həsən Tağıyev mənim oğluma 78 bıçağı tək vura bilməzdi. Onlar həmin bıçaqları oğluma bir yerdə vurublar".

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci - qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3322   Tarix: 18 may 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

TOP MP3