Qəza zamanı günahkar kimdir? Piyada yoxsa sürücü? - VİDEO

Qəza zamanı günahkar kimdir? Piyada yoxsa sürücü? - VİDEOYol nəqliyyat hadisələrinin statistikasına baxdıqda görürük ki, piyada vurmaların sayı kifayət qədərdir. Ölkə üzrə bu göstərici 47 faiz olduğu halda, paytaxt bakıda 60 faizə çatır. Bu hadisələrin ağırlığından xəbər verir.

Məsələ ilə bağlı ARB TV-nin "Günə doğru" proqramı maraqlı süjet hazırlayıb.

Kamran Əliyev BDYPİ-NİN ŞÖBƏ RƏİSİ: "Ötən ilin müvafiq dövrü ərzində piyadaların vurulması ilə baş verən qəzalar ümumi qəzaların 57.8 fazini təşkil edir. Bu istiqamətdə müəyyən qədər azalma olsa da, sözsüz ki, bu rəqəmlər də bizi qane etmir".

Görülən inzibati tədbirlər, aparılan marifləndirmə işlərinə baxmayaraq, piayada məsuliyyəti tam formalaşmayıb. Hardan və necə gəldi yolu keçənlər, sürücüləri də özləri kimi təhlükəyə atan kifayət qədər piyada var.

Ərşad Hüseynov Ekspert: "60 km yəni şəhəriçi icazə verilən sürətlə hərəkət edən mexaniki nəqliyyat vasitəsinin sürücüsü potensial təhlükəni gördükdə sonra tam dayanmaq üçün hərəkətə keçsə də, təxminən 35-38 metrdən sonra avtomobil dayanır".

Belə olan halda , yaxınlıqda olan piyadanın vurulması qaçılmazdır. Bu isə sonda ağır facilələr yol açır.

Kamran Əliyev BDYPİ-NİN ŞÖBƏ RƏİSİ: "Bu 4 ay ərzində 245 hadisə zamanı 96 nəfərin həlak olması, 162 nəfərin yaralanması 96 nəfərin yox, 96 ailənin faciəsidir".

Ərşad Hüseynov Ekspert: "50-60 faiz hallarda sürücülər günahkar olurlar, yerdə qalan hallarda sürücülərin günahı olmur. Sürücülərin günahkar olmaması o deməkdir ki, ya piyadalar günahkar olur, ya da kənar maneəlar var".

Yol polisi tərəfindən əhalinin sıx olan yerlərində, nizamlanan və nizamlanmayan piyada keçidlərdə nəzarət həyata keçirilsə də, buna məhəl qoymayan insanlar da kifayət qədərdir.

Piyadaların təhlükəsizliyi üçün bakı şəhərində 80-dən artıq yerüstü və yeraltı piyada keçidləri mövcudur. Amma əfsuslar olsun ki, bir çox piyadalar bu keçidlərdən istifadə etmir.

Vaqif Əsədov BŞBDYPİ-nin bölmə rəisi: "Baş verən qəzaların analizi zamanı məlum olur ki, əksdər hallarda piyadanın vurulması ilə baş verən qəzalar piyada keçidlərinin yaxınlığında baş verir".

Yol özü bir mədəniyyətdir. Qaydalar isə, bu mədəniyyətin təməl prinsiplərini təşkil edir. Qaydalara əməl etməklə həm şəhər mədniyyətimizi formalaşdıra, həm də həyatımızı ağır hadisələrdən sığortalaya bilərik.Yetər ki, istəyimiz olsun.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 324   Tarix: 16 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çox dondurma yeməyin zərərləri nədir?

Dondurma yay aylarının əvəzolunmaz desertidir. Sərinləmək üçün yediyimiz dondurmadan həzz aldığımız qədər, zərərləri də var.Dondurmanın tərkibində süd və süd qatı maddələr var, ona görə də hər dəfə dondurma yeyəndə vücudunuz D vitamini, A vitamini, kalsium, fosfor və riboflavin alır. Bundan əlavə, müxtəli

02.05.2024 212
.

"Tələbələrimin hamısı yuxarıdan tapşırılır" - Təyyar Bayramov

Əməkdar artist Təyyar Bayramov "Xoş gəldim" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, xanəndə aparıcının "Tələbələrinizi tapşıranlar olur?" sualını cavablayıb. "Məni çox şey əsəbiləşdirir. Tələbə sarıdan, üzərində əziyyət çəkməyən uşaq. Əziyyət çəkən isə elə bil, gözümü

02.05.2024 783
.

Bakıda kuryer insanlar üçün yemək daşıdığı çantada it gəzdirdi - VİDEO

Bakıda kuryerin yemək çantasında it daşıması diqqət çəkib. xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən -a açıqlama verilib. Qeyd olunub ki, görüntülər artıq sosial şəbəkələrdən götürülərək araşdırılması üçün müvafi

02.05.2024 400
.

İsrail əsgərləri 1 nəfəri yaralayıb, 15 nəfəri əsir götürüb

İsrail əsgərləri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 1 nəfəri yaralayıb, 15 nəfəri saxlayıb. xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatının (FAT) Əsir və Azad Edilən Nümayəndəliyinin birgə bəyanat verib. İsrail qüvvələri Ramallah şəhərinin şimalındak

02.05.2024 218
.

"Həyatımda heç kim yoxdur" - Hadise

"Həyatımda heç kim yoxdur". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Yenə deyirəm, həyatımda eşq yoxdur. Özümlə çox xoşbəxt olduğum dönəmdəyəm" ,- deyə o bildirib

02.05.2024 279
.

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb

02.05.2024 905
.

"Universitetlər Bakıdan Qarabağın bölgələrinə köçürülməlidir - Memar

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər ayrılıb. Bundan əlavə, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarını

02.05.2024 1067
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

02.05.2024 465
.

Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib

Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib. xəbər verir ki, Makron the Economistə müsahibə verib. "Mən heç nəyi istisna etmirəm, çünki biz heç nəyi istisna etməyən biri ilə üzləşirik" ,- deyə o bildirib

02.05.2024 201