"Ay Veyis, dayan, vurma..." – Bacı qardaşına yalvardı – Musiqi məktəbində qətl

"Ay Veyis, dayan, vurma..." – Bacı qardaşına yalvardı – Musiqi məktəbində qətlYevlax rayonunda qısqanclıq zəminində bacısını öldürməkdə təqsirli bilinən 1982-ci il təvəllüdlü Veyis Hüseynovun məhkəməsi başa çatıb.

BiG.AZ teleqraf.com-a istinadən xəbər verir ki, o, bacısı Ahu Hüseynovanın 10 dekabr 2010-cu ildə əri Natiqdən boşandıqdan sonra Yevlax sakini, əvvəllər qonşuları olmuş Elmirlə yaxın münasibət saxladığını öyrənib.

Bacısının əxlaqsız olduğunu düşündü

Veyis bacısının hərəkətini əxlaqsızlıq kimi qəbul edib, ailələrinin nüfuzuna xələl gətirdiyini düşünüb. Bu səbəbdən bacısını öldürmək qərarına gəlib.

Bu məqsədlə 12 yanvar 2016-ci ildə saat 12.00-da yaşadığı evdən bıçaq götürərək gödəkçəsinin altında gizlədib, sonra bacısının evinin yaxınlığına gəlib. Orada musiqi müəllimi işləyən bacısının işə getməsini gözləyib.

Ahu evindən çıxıb piyada işə getməyə başlayanda Veyis onu izləyərək arxasına düşüb. Qadın işlədiyi 2 saylı musiqi məktəbinin inzibati binasının həyətinə çatıb.

Veyis arxadan yaxınlaşaraq, heç bir söz demədən ona bıçaq xəsarətləri yetirib. Ahunun "ay Veyis, dayan, vurma" deyə yalvarışlarına baxmayıb, ona daha çox zərbələr vurub.

Ahu aldığı xəsarətdən hadisə yerində ölüb.

Veyis Hüseynov barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

"Bacımı gizli güddüm"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Veyis Hüseynov bildirib ki, bacısı ərindən boşandıqdan sonra anaları ilə yaşayıb: "Bəzi şəxslərdən Ahunun sərbəst həyat yaşadığını eşitdim. Natiq 2011-ci ilin noyabrında dayımı öldürdükdən sonra ondan bacım Ahunun düzgün yolda olmadığını öyrəndim.

Bu məsələyə özüm əmin olmaq məqsədilə bir neçə dəfə bacım Ahunu evdən işə gedərkən gizlicə güddüm. Ahunun işdə olmadığını, başqa-başqa yerlərə – gah hansısa motelə, gah da tanımadığım evə getdiyini, Yevlax şəhəri ərazisində yerləşən, motel kimi fəaliyyət göstərən "Ağ ev" adlanan kafeyə girdiyini və kiminləsə uzun müddətli telefon danışdığını gördüm".

Təqsirləndirilən şəxsin sözlərinə görə, Ahunun əxlaqsız hərəkətlər etdiyinə əmin olub. Məhəllədə gəzən ümumi söhbətlərdən Ahunun əvvəllər qonşuları olmuş Elmir adlı şəxslə münasibət saxladığını öyrənib: "Onun ailəmizin şərəfinə xələl gətirən əxlaqsız hərəkətlər etməsini güman elədim. Ahunu öldürüb, namusumuzu təmizləmək qərarına gəldim.

Yanvarın 12-də saat 12:00-da evdəki mətbəxdən bıçağı götürdüm, Ahunun yaşadığı ünvanına gəldim. Bir qədər aralıda onun evdən çıxmasını gözlədim.

Saat 13.30-da Ahu yaşadığı evdən çıxdı, musiqi məktəbinə tərəf piyada getməyə başladı. Ahunu izləməyə başladım. Saat 14.00-da Ahu musiqi məktəbinin həyətinə çatdı. Onun arxasınca həyətə daxil oldum, bıçaqla kürəyindən vurdum.

Ahu üzü mənə tərəfə çevrildi və özünü əl-qolu ilə müdafiə etməyə başladı. Ahunun bədəninin yan tərəfinə, sifətinə, çiyin və bir çox nahiyələrinə sağ əlimdə olan bıçaqla zərbələr endirdim".

"Əxlaqsızlığını düşündükcə, əzab vermək istədim"

Veyis Hüseynov qeyd edib ki, hadisə günü evdən çıxanda məqsədi Ahunu öldürmək olub: "Hətta bacımı əvvəllər maşınla vurub öldürmək istəmişəm. Hadisə vaxtı Ahu əl və qolları ilə özünü müdafiə etməyə çalışdı. Lakin bacımın əxlaqsızlıq etdiyini düşündükcə, ona əzab vermək istədim. Buna görə də onun yalvarışlarına məhəl qoymadan bıçaq xəsarətlərini yetirməkdə davam etdim.

Ahunu öldürdükdən sonra polis şöbəsinə getdim. Könüllü təslim oldum".

"Namuslu kişi Veyis kimi hərəkət edərdi"

Zərərçəkmiş şəxs qismində Ahunun anası Qələnfir Hüseynova tanınıb. O, qızının yüngül həyat tərzi keçirdiyini deyib, dəfələrlə ona özünü ağır aparmağı, ailələrinin nüfuzuna xələl gələn hərəkətlərə yol verməməyi məsləhət gördüyünü bildirib:

"Hər dəfə Veyis Ahuya "özünü ağır apar, bizim ailəyə yaraşan hərəkətlər elə, hər gələnlə telefonla danışma" deyərək ona dul olduğunu xatırladıb, hər adamla danışmasını irad tutub.

Veyis dəfələrlə mənə "Ahu pis yola gedir, ona denən özün yığışdırsın. Bizim nəslimizə, ailəmizə yaraşmayan hərəkətlər edir və kafelərdə olur, başqa kişilərlə gəzir" deyə şikayət edib. Mən də bu barədə Ahuya iradlarımı bildirmişəm. Ancaq qızım heç kəsin sözünə əhəmiyyət verməyib, öz istədiyi kimi hərəkət edirdi. Ahunun əvvəllər qonşumuz olmuş Elmirlə intim münasibətləri vardı.

Ailəsinin-nəslinin şərəfini düşünən hər bir namuslu kişi Veyis kimi hərəkət edərdi. Onun bağlışlanmasını istəyirəm".

15 il cəza, ciddi rejim və güzəşt

Bu cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmənin hökmü ilə Veyis Hüseynov 15 il müddətinə azadlıqdan məhrum olunub. Cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi hökm edilib.

Hökmdən narazı qalan Veyis Hüseynov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib.

Bu şikayətə Şəki Apelyasiya Məhkəməsində hakim Mirbahəddin Hüseynovun sədrlik etdiyi kollegiyada baxılıb. Apelyasiya şikayəti qismən təmin edilib, Veyis Hüseynovun cəzası 14 ilə endirilib.

Veyis Hüseynov kasasiya şikayəti verib. Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayəti təmin olunmayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1286   Tarix: 15 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

12:47 202
.

Qəzzada yaralanan İsrail əsgərlərinin sayı 1584-ə çatıb

İsrail ordusu 27 oktyabrdan bəri Qəzza zolağına hücumlar davam edir. BİG.AZ xəbər verir ki, yaralanan əsgərlərin sayının 1584-ə çatdığını açıqlayıb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyat

17:05 104
.

Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb

İsrailin 203 gündür hücum etdiyi Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb. İsrail ordusunun 203 gündür hücumlarını davam etdirdiyi Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb. Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 7 oktyab

15:58 115
.

"Pulumun bitəcəyinə heç inanmazdım" - Serdar Ortaç

Müğənni Serdar Ortaç pulunun bitdiyini deyib. xəbər verir ki, o, türk mətbuatına açıqlama verib. "Pulumun bitəcəyinə heç inanmazdım. Deməli, olurmuş" ,- deyə o qeyd edib

21:00 0
.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

12:57 208
.

Çin taikonavtlarını daşıyan Şinkou-18 gəmisi kosmik stansiyaya çatıb

Çin taikonavtlarını daşıyan Şinkou-18 gəmisi kosmik stansiyaya çatıb. xəbər verir ki, Çin İnsanlı Kosmos Proqramı Agentliyinin (CMSA) verdiyi açıqlamaya görə, taykonavtlar Yi Quanqfu, Li Konq və Li Quanqsunu daşıyan Shincou-18 kosmik gəmisi kosmik stansiyanın əsas modulu ilə birləşib. Təxminən 6 saa

22:00 0
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

15:14 226
.

İsrailin hücumunda öldürülən anasının bətnindən xilas edilən körpə ölüb

İsrailin hücumunda öldürülən anasının bətnindən xilas edilən körpə ölüb. xəbər verir ki, körpə Sabrin əl-Sakani bazar günü gecə yarısından az sonra Rəfahdakı xəstəxanada qeysəriyyə əməliyyatı ilə ana bətnindən çıxarılıb. Xaotik mühitdə həkimlər körpənin ciyərlərinə hava sıxmaq üçün əl nasosundan istifad

21:45 0
.

"Aquavita" işçilərinin maaşını vermir - İDDİA

Azərbaycanda "Aquavita" suları və "Gülüstan" limonadlarının istehsalı və satışı ilə məşğul olan "Tac" MMC-nin (VÖEN – 130025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə -a "Aquavita"da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, dah

17:14 194