Yumurtanın insan orqanizminə möcüzəvi təsiri

Yumurtanın insan orqanizminə möcüzəvi təsiri
Yumurtanın faydalı olmasını heç kim inkar etməz. Amma konkret nəyə xeyri olduğunu da bilməliyik.

BiG.AZ xəbər verir ki, “Clinical Nutrition” nəşri yumurtanın faydası barədə araşdırma dərc edib. Burada bildirilir ki, yumurtanın daha çox gözlərə xeyri var. Makulyar degenerasiyadan – daha çox 50 yaşdan sonra rast gəlinən görmə qabiliyyətinin itirilməsindən qoruyur.

Araşdırmanı avstraliyalı elm adamları aparıb. Onlar 15 il ərzində 3654 adamın səhhətini müşahidə ediblər. Məlum olub ki, gündə 2-4 yumurta yeyənlərin 49 faizində makulyar degenerasiya yoxdur. Mütəxəssislər bunu yumurtanın tərkibindəki karotonoidlərlə əlaqələndirir.

Lyutein və zaeksantin gözün ümumi tərkibinin 70 faizini təşkil edir. Yumurta da belə kartonoidlərlə zəngindir.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Sağlamlıq Oxunub: 979 Tarix: 09.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol