"1 May" bayramı necə yarandı?

"1 May" bayramı necə yarandı?"1 May" dünyanın bir çox ölkələrində beynəlxalq əmək günü olaraq qeyd edilir. Əvvəllər bu gün "Beynəlxalq Zəhmətkeşlər Bayramı" adı altında qeyd edilib. Bu proletar bayramın əsas məqsədi cüzi maaş müqabilində insanların 15-16 saata qədər gündəlik iş rejiminə məhkum olunmasının qarşısını almaq, uşaq əməyinə qarşı aparılan sinfi mübarizəni sürətləndirmək və sosial sığorta ilə təmin edilmək idi.

BiG.AZ xəbər verir ki, 1866-cı ildə amerikalı zəhmərkeşlər günlük iş vaxtının 8 saata endirilməsini tələb ediblər. Lakin işçilərin bu tələbi ciddiyə alınmayıb və rədd edilib.

Etriaz aksiyası zəhmətkeşlərlə polislər arasında qanlı toqquşmayla nəticələnib. 1889-cu ilin iyulunda Parisdə toplanan ikinci Beynəlxalq Konqresdə 1 may tarixi dünya zəhmətkeşlərinin birlik, mübarizə günü olaraq qəbul edildi. Hər ilin 1 may tarixini mitinqlər, aksiyalar və boykotlarla qeyd etmək qərarı alındı. İlk dəfə 1890-cı ildə zəhmətkeşlərin beynəlxalq həmrəyliyi günü Avstriya-Macarıstanda, Belçikada, Almaniyada, Danimarkada, İspaniyada, İtaliyada, ABŞ-da, Norveçdə, Fransada, İsveçdə və bəzi başqa ölkələrdə qeyd edilmişdi.

Bu bayramın yaranma zərurəti nə idi?

Bu proletar bayramın əsas məqsədi cüzi maaş müqabilində insanların 15-16 saata qədər gündəlik iş rejiminə məhkum olunmasının qarşısını almaq, uşaq əməyinə qarşı aparılan sinfi mübarizəni sürətləndirmək və sosial sığorta ilə təmin edilmək idi.

20-ci əsrin əvvəllərində Avropada ən fəal kommunist hərəkatı üzvlərindən hesab olunan,"Sosialist Bacı" adı ilə tanınan almaniyalı Roza Lüksemburqun 1894-cü ilin fevralında Parisdə "May bayramı necə yarandı?" adlı tarixi məqaləsi dərc olunub. Məqalədə deyilir ki, azad düşüncəli insanların 8 saatlıq iş rejimi tələb etməsi ilk dəfə Avstraliyada ortaya çıxıb. Nə qədər ki, işçilərin burjuaziya və hakim sinfə qarşı mübarizəsi davam edir, bu etirazlar da davam edəcək. İnanıram ki, illər sonra dünyanın dörd bir yanında işçi sinfi öz azadlığına qovuşanda "1 May" həqiqətən də zəhmətkeşlərin bayramı olacaq.

1856-cı ildə yerli işçilər 8 saatlıq iş günü tələbində ciddi olduqlarını nümayiş etdirmək üçün bir günlük özlərini tamamilə işdən azad etdilər. Bu etirazlar ölkədə elə bir canlanma yaratdı ki xalq bunu hər il təkrarlamaq qərarına gəldi. İnsan istismarı demək olar ki, nisbətən azalmağa başladı. Zavod, fabrik və emalatxanalarda çalışan "əbədi işçi kütləsi" öz daxili birliklərini, cəsarətlərini sübut etdilər. Beləcə, proletar bayram düşüncəsi qısa zamanda Avstraliyanı aşıb başqa ölkələrdə də yayılmağa başladı.

Azərbaycan, Rusiya, Belçika, Almaniya, Danimarka, İspaniya, İtaliya, ABŞ, Norveç, Fransa, İsveç və bir sıra başqa ölkələrdə keçirilən əksər "1 May" nümayişləri dinc şəkildə, insidentsiz başa çatsa da, bəzən planlı qarşıdurmalar da yaradılırdı. Zəhmetkeşlərlə hakim qüvvələr arasında yaşanan münaqişələrdə minlərlə insan həlak olurdu. Bunu edənlər isə 100 il öncəki kimi yenə də burjuaziyanın, azğın kapitalizmin casus provakatorları olurdu.

1920-ci ildən başlayaraq, 1 may Azərbaycanda rəsmi bayram günü kimi qeyd olunub. 1919-cu ildə Rəsulzadənin rəhbərliyi ilə ADR hökuməti də əməkçilərin "1 May" bayramının qeyd edilməsində fəal iştirak edib. Onlar bu bayramın sinfi qarşıdurma yaradan amil kimi qiymətləndirilməsini rədd edirdilər. SSRİ tərkibində yüksək səviyyədə qeyd olunan rəsmi bayramda tədbirlərdə, televiziya və mətbuatda insanlara əməyin, zəhmətin nə qədər vacib olduğu aşılanardı.

1992-ci ildə isə bu bayram ləğv edildi. Həmin ilin oktyabrında müstəqil Azərbaycanın bayramları haqqında qanun qəbul edilərkən "1 May"ın sinfi ideologiyanı daşıyan şəxslərin təşəbbüsü ilə yaradıldığı əsas gətirilərək bu sıraya daxil edilmədi. 1992-ci ildə Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin göstərişi ilə "1 May"ın rəsmi səviyyədə qeyd edilməsinə son qoyuldu. Ölkədə bu tarixi sadəcə kommunist partiyaların üzvləri kiçik bir yürüşlə qeyd edirlər.

"1 May" beynəlxalq həmrəylik günü artıq 120 ildən çoxdur ki, dünyanın 142 ölkəsində qeyd edilir. Bəzi ölkələrdə hələ də, insanları ənənəvi şəkildə həmkarlar ittifaqının bayraqları altına toplayıb bu günü siyasi bayram kimi qeyd edirlər. Lakin elə ölkələr də var ki, bu günü siyasi bayram olaraq deyil, yazın oyanışı, bayram əhval-ruhiyyəsi kimi əyləncəli tədbirlərlə qeyd edir.

İnsanlar tərəfindən də bu gün müxtəlif cür qeyd edilir. Yaşlı nəsil bu günü ənanəvi şəkildə qeyd etsə də, bəzi insanlar üçün bu gün sadəcə ailəsi ilə istirahət etmək üçün sıradan qeyri-iş günlərindən fərqlənmir.

Bu bayram bəzi ölkələrdə 1 may tarixində deyil, başqa tarixlərdə qeyd edilir. Məsələn, ABŞ və Yaponiya. Hazırda dünyanın 80 ölkəsi "Beynəlxalq Zəhmətkeşlər Günü"nü qeyd etmir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 750   Tarix: 01 may 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qadın gecə 3-də evə gələn ərini belə CƏZALANDIRDI - VİDEO

Gecə saatlarında baş verən ailə hadisəsi sosial şəbəkələrdə geniş müzakirə doğurub. xəbər verir ki, gecə saat 3 radələrində evə qayıdan kişi gözləmədiyi reaksiya ilə qarşılaşıb. Həyat yoldaşı qapını açmaqdan imtina edib və ərini qapı arxasında saxlayıb. Hadisə zamanı ər-arvad arasında qapı arxasında

03.05.2026 604
.

Moda eksperti Vladislav Lisovets yaradıcılıq planlarından və gündəlik həyatından danışıb

Tanınmış moda eksperti, həmçinin televiziya və radio aparıcısı Vladislav Lisovets şəxsi gözəllik salonunda yenidənqurma işləri apardığını bildirib. xəbər verir ki, moda eksperti bu barədə nəşrinə müsahibəsində məlumat verib. Stilist hər beş ildən bir əhatə olunduğu mühiti yeniləməyi adət halına saldığın

03.05.2026 165
.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

28.04.2026 1068
.

Bu meyvədən bir dəfə dişləyən bibər də yesə bal dadı alır

Limonu şəkər qədər şirin, sirkəni isə bal dadında hiss etmək artıq xəyal deyil. Təbiətdə bunu edə bilən, Qərbi Afrika mənşəli kiçik bir qırmızı meyvə var: Miracle Berry (Möcüzə meyvə). Heç bir kimyəvi yan təsiri olmayan bu təbii meyvə, dad alma duyğunuzu müvəqqəti olaraq dəyişdirərək sizi heyrətləndirəcək

26.04.2026 332
.

Ölümcül ov: Milyonçunu fillər tapdalayıb öldürdü

Qabonda 75 yaşlı amerikalı milyonçu və ovçu Erni Dozio faciəvi şəkildə ölüb. -ın xarici mediaya istinadən məlumatına görə, Kaliforniyada şərab zavoduna sahib olması ilə tanınan milyonçu peşəkar bələdçi ilə Afrika meşəsində təxminən 40.00 dollara başa gələn bahalı ov safarisində iştirak edib. Onları

26.04.2026 294
.

Xidmetler.az - Bütün Xidmətlər bir saytda

XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın

30.04.2026 389
.

Bu ölkəni siçanlar "işğal edib"

Avstraliya hökuməti qərbdə siçovulların hücumundan narahat olduğunu və bunun qida təchizatına təsirini məhdudlaşdırmaq üçün sənaye ilə işləməyə davam edəcəyini bildirib. xəbər verir ki, bu barədə energetika naziri Kris Bouen deyib. "Siçovul epidemiyası fermerlər, sənaye və hökumətlər üçün çox çəti

02.05.2026 204
.

Ofis mebeli seçərkən nələrə diqqət yetirilməlidir ?

Müasir dövrdə ən çox tələb olunan mebellər sırasında ofis mebelləri də var. Ofis mebelləri dedikdə bura müxtəlif mebellər daxildir. ofis kreslosu, ofis divanı, ofis masaları, qeydiyyat şöbəsi üçün masa, müdir kresloları, salon kreslosu, kompüter masası, sənəd dolabı və ofis stol-stulu aiddir. Ofis mebellər

27.04.2026 1899
.

Dəfndə müzakirə yaradan GÖRÜNTÜ - FOTO

Dəfn mərasimində qeydə alınan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. xəbər verir ki, hadisə zamanı mərhumun torpağa tapşırılması üçün qəbiristanlığa toplaşan insanlar gözlənilməz anlarla üzləşiblər. Belə ki, qəfil şəkildə əraziyə vəhşi heyvanın daxil olub. Bu vəziyyət iştirakçıla

03.05.2026 506
.

TOP MP3