Dünyanın ən rəngli şəhərləri – FOTO

Dünyanın ən rəngli şəhərləri – FOTOYeni şəhərlər kəşf etmək, tanımadığınız küçələrdə itmək hər zaman böyük zövq verir. Xüsusilə də, həmin şəhərlər rəngli divarlara, şirin ahənglə boyanmış küçələrə sahibdirsə...
Oxu.Az dünyanın ən maraqlı və rəngli şəhərlərinin bir neçəsini təqdim edir.
Keyptaun (Cape Town), Cənubi Afrika
Malaziyadan gətirilən qulların yerləşdirildiyi və hələ də Malaziya məhəlləsi adlandırılan Keyptaundakı Bo-Kaapın evləri göyqurşağını xatırladan mavi, sarı və neon rənglərlə əhatələnib.
Dünyanın ən rəngli şəhərləri – FOTOXVI əsrdə bölgədə yaşayan müsəlmanların azadlıq ifadəsi olaraq meydana gələn rəngləndirmə işləri hazırda da öz parlaqlığını və canlı görüntüsünü qoruyubsaxlayır.
Caypur, Hindistan
Binaları və divarları dumanlı qızılı rəngin çalarları ilə boyanan Caypurun hekayəsi XIX əsrə gedib çıxır.
Dünyanın ən rəngli şəhərləri – FOTOŞəhər Hindistanın İngilis Koloniyasına daxil olduğu dönəmlərdə ziyarətə gələn Qaller şahzadəsi Eduardın şərəfinə çəhrayı rəngə boyanıb və dəyişməyib.
Trinidad, Kuba
Kuba mədəniyyətini hər nə qədər Havanada doyunca izləsəniz də, Kuba tətilinizi daha da rəngləndirmək üçün bu şəhərə baş çəkməyiniz mütləqdir. XVI əsrdə İspaniya Koloniyası dönəmində inşa edilən və hələ də orijinallığını qoruyan evlər UNESCO-nun Mədəni İrs siyahısındadır.
Dünyanın ən rəngli şəhərləri – FOTOSalvador, Braziliya
Salvador dönəminin qul bazarının mərkəzi sayılan və portuqalca "boyunduruq" mənasına gələn Pelourinho adlı məhəllə 1835-ci ildən sonra yenidən qurulmağa başlandı. Azadlıqla gələn rəngli küçələr bu bölgəni də UNESCO-nun Mədəni İrsləri sırasına yazdırdı. Salvador muzeyləri, rəqsləri və dadlı yeməkləri ilə tarixi mərkəzdir.
Dünyanın ən rəngli şəhərləri – FOTOŞaven, Mərakeş
Mərakeşin şimal-qərbində yerləşən Şaven şəhərinin mavi rəngə boyanmasının səbəbləri barədə müxtəlif versiyalar gəzir. Yəhudi inancından gələn və "tekhelet" adı verilən boya ilə rənglənən labirintsayağı "Mavi şəhər" səyahət edəcəyiniz şəhərlər sırasında yer almalıdır.
Dünyanın ən rəngli şəhərləri – FOTONottinqhill, İngiltərə
Nottinqhill buludlu və yağışlı havası ilə məşhur olan İngiltərənin ən rəngli bölgəsi sayılır.
Dünyanın ən rəngli şəhərləri – FOTOKopenhagen, Danimarka
Heç bir Kopenhagen səyahəti canlı rənglərlə boyanmış binalarla əhatələnən liman Nyhavna baş çəkmədən bitirilmiş sayılmır.
Dünyanın ən rəngli şəhərləri – FOTOXüsusilə də, yay aylarında batandan bir neçə dəqiqə sonra yenidən çıxan günəşli gecələrin dadını çıxara bilərsiniz.
Çarleston, Cənubi Karolina
1700-cü ildən bəri daxili müharibə və yenidən bərpaya rəğmən, qürurla ayaq üstdə duran şəhərin bu formaya düşməsinin səbəbi alimlərdən birinin təklifi ilə həyata keçib. 
Dünyanın ən rəngli şəhərləri – FOTOBelə ki, alim sərxoş dənizçilərin evlərini asan tapmaları üçün onları fərqli rənglərə boyamasını təklif edib.
Bu gün isə Çarleston ABŞ-ın cənubunda yerləşən ən populyar nöqtələrdən biridir.
Burano, İtaliya 
Venesiya adası Buranonu dənizdən görmək çox asandır. Evlərin divarları qızılı və digər rənglərə boyanıb. Adadan olan bir alimin dediklərinə görə, balıqçılar evlərini mavi, qırmızı, sarı və bənövşəyi rənglərə boyayıb, buna görə də dumanlı havalarda yönlərini və evlərinin yolunu asanlıqla tapırmış. 
Dünyanın ən rəngli şəhərləri – FOTOHəmin dövrlərdən qalan bu ənənə isə artıq qanuna çevrilib. Sakinlər evlərini boyamaq üçün dövlətdən icazə almaq məcburiyyətindədirlər.
Buenos-Ayres, Argentina
Riaçuelo çayının sahilində yerləşən bu bölgənin bənzərsiz görüntüsünün praktik bir açıqlaması var. Evlər yerli sexlərdəki artıq qalan materiallardan hazırlanır, artıq qalan boyalarla rənglənir. İşçi sinfinin sakinlərindən ibarət bu məhəllə dünyanın dörd bir yanından gələn turistləri qonaq edir.
Dünyanın ən rəngli şəhərləri – FOTOUillemstad, Curaçao
Karib dənizinin cənubunda və Venesuelanın şimalında yerləşən Hollandiya Krallığını meydana gətirən dörd ölkədən biri Curaçaonun mərkəzi Uillemstad da rəngləri ilə ziyarətçilərini ovsunlayan şəhərlərdəndir. 
Dünyanın ən rəngli şəhərləri – FOTOYerli söhbətlərə görə, 1800-cü illərdə Hollandiya Koloniyasının icraçısı ağ rəngin miqrenini artırdığını idda edib və binaların ağ rəngdən başqa bütün rənglərə boyanmasını əmr edib. Bu şəhər də UNESCO-nun Mədəni İrsləri siyahısında yer alır.
Codpur, Hindistan
Əsrarəngiz rəngləri ilə ziyarətçilərini məst edən Hindistanın Codpur şəhəri Brahma rahiblərinin özlərini yerli əhalidən ayırd etmək istəyi ilə evlərini boyamasından sonra rənglənməyə məruz qalıb. 
Dünyanın ən rəngli şəhərləri – FOTOSonrakı illərdə bu ənənəyə digər insanlar da daxil olub və ortaya mavi bir görüntü çıxıb. 
Hazırda isə mavi boyalardan zərərli həşəratları uzaq tutmaq və günəşli günlərdə sərinliyi artırmaq üçün istifadə olunur.

/oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Turizm   Baxılıb: 1217   Tarix: 30 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Istanbula möhtəşəm Mega tur !

Istanbula möhtəşəm Mega tur Mart ayında sizi unudulmaz Istanbul turu gözləyir. Novruz bayramının yadda qalan olmağını istəyirsiniz ? Bu tur ilə həm İstanbulu gəzəcək, həm alış veriş edəcək,həm Galatasarayın stadionuna-muzeyinə girəcək və ən əsası dizi setlərini - məkanlarını gəzəcəksiniz. Azərbayca

04.02.2020 408
.

Səyahət zamanı götürməyə ehtiyac olmayan əşyalar

Çətirlər, dəsmallar, əlavə geyim və ayaqqabılar səyahət zamanı özünüzlə götürməyə ehtiyac olmayan əşyaların sırasına daxildir. "Aviasales" xəbər verir ki, ekspertlər təcrübəli turistlərdən çamadanlarında hansı artıq əşyaların olduğunu və növbəti səfərləri zamanı özləri ilə nələri götürməyəcəklərin

29.07.2019 3988
.

Teymur Rəcəbov Levon Aronyanı MƏĞLUB ETDİ

Dünyanın məşhur şahmatçılarının yarışdığı "Skilling Open 2020" onlayn blits turnirinin VII turunda azərbaycanlı qrossmeyster Teymur Rəcəbov (2758) erməni şahmatçı Levon Aronyanla (2778) qarşılaşıb. "Report"a istinadən xəbər verir ki, ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb.

23.11.2020 2521
.

Əliövsət Əliyev "Türkiyə üçün vizanın ləğvi Azərbaycanda turizmin inkişafına təsir göstərəcək."

Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi, şübhəsiz ki, Azərbaycanda turizmin inkişafına təsir göstərəcək. Bunu -a müsahibəsində Almaniyada yaşayan miqrasiya məsələləri üzrə tanınmış ekspert Əliövsət Əliyev deyib. Ə.Əliyevin sözlərinə görə, bu, ilk növbədə, iki ölkə arasındakı qardaşlıq münasibətlərin

29.07.2019 3527
.

Dubaya qayıdış

Dubayda turizm sahəsində ən maraqlı yeniliklərlə tanışlığı davam etdiririk. Bugünkü icmalımızda sizi günbəz altında ekzotik heyvanların məskunlaşdığı tropik meşəyə, çərçivə formasında müşahidə meydançasına, başgicəlləndirici attraksionları olan parka səyahət gözləyir. "The Green Planet" - meqapolisi

26.06.2019 3627
.

Azərbaycanlılar niyə Antalyanı seçir?

Ölkəmizdən 2370 kilometr uzaqda yerləşən, Türkiyənin ən böyük turizm bölgələrindən olan Antalyaya hər il minlərlə Azərbaycanlı səfər edir. Son illər sayları artan turizm şirkətləri arasında yaranan rəqabət mühiti qiymətlərə də təsirsiz ötüşmür. -a istinadən xəbər verir ki, təxminən 350 manatdan başlaya

29.07.2019 3876
.

Qobustanda palçıq vulkanları ilə bağlı turizm kompleksi yaradılacaq

Növbəti ildən etibarən Qobustan rayonu ərazisində yerləşən palçıq vulkanlarının birinin ərazisində böyük kompleksin yaradılması nəzərdə tutulub. -a istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Sammitində Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib. Onun sözlərinə görə, komplek

29.11.2019 3668
.

Antalya turist vergisinə "yox" dedi

Türkiyənin Antalya əyalətinin səlahiyyətliləri bu şəhərin merinin turist vergisinin tətbiqi təklifinə qarşı çıxıblar. Rusiya Turoperatorları Assosiasiyasının (ATOA) məlumatına görə, iyul ayının əvvəlində Antalya meri Mühiddin Böcek bəyan edib ki, türk kurortuna şəhər infrastrukturunun dəstəklənməsi üçü

29.07.2019 3546
.

"Yanardağ" Qoruğunda qiymət dəyişikliyi - YENİ QİYMƏTLƏR

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda aparılan yenidənqurma və bərpa işlərinin nəticəsi olaraq istifadəyə verilən yeni istirahət-turizm infrastrukturu obyektləri və xidmətləri ilə əlaqədar cari ilin avqus

26.06.2019 2977