Muzey və qoruqlara giriş qiymətləri
Paytaxtımız müxtəlif muzeylər, qoruqlar, tarixi-memarlıq abidələri ilə zəngindir. Bu məkanlar həm milli-mədəni irsin qorunması, həm də ölkədə turizmin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Bakıya gəzməyə gələn hər bir əcnəbi turist mütləq "Qız qalası", "Şirvanşahlar sarayı", "Yanardağ" kimi qədim tarixi ənənələri əks etdirən məkanlarla tanış olur. Elə paytaxt sakinləri də müxtəlif vaxtlarda bu muzeylərə, qoruqlara baş çəkir. Bəs görəsən bu məkanlara giriş üçün nə qədər ödəniş haqqı tələb olunur?
"Finans.az" Bakıda yerləşən muzey və tarixi məkanlara giriş qiymətlərini araşdırıb:
Qeyd edək ki, qiymətlər AZN ilə nəzərdə tutulub.
* Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi - MDB, Türkiyə, İran vətəndaşları üçün ödəniş 7 manat, digər ölkələrin vətəndaşları üçün 10 manatdır.
** "Qala" Dövlət Tarix-Etnoqrafya Qoruğu – üç muzeyin hər biri üçün ayrıca ödəniş tələb olunur və hər birində ödəniş cədvəldəki kimidir.
Araşdırmadan məlum olur ki, Bakıdakı bu tip məkanların çoxunda giriş üçün ödənişin məbləği tələbələrə, məktəblilərə, yerli və xarici vətəndaşlara görə dəyişir. Məsələn, bəzi yerlərdə məktəblilər üçün giriş pulsuzdur. Tələbələr isə tələbə biletini təqdim etməklə aşağı qiymətdən yararlana bilirlər.
Əcnəbi vətəndaşlara gəldikdə isə onlardan tələb olunan ödəniş haqqı yerli vətəndaşlara şamil edilən məbləğdən nəzərə çarpacaq dərəcədə fərqlənir. Belə ki, yerli vətəndaşlardan alınan ödəniş maksimum 5 manata qədər olduğu halda, əncəbilərdən tələb olunan məbləğ 15 manata çatır. Bəzi yerlərdə isə əcnəbi ziyarətçilərdən alınan məbləğ yerlilərə nəzərən 8 dəfəyə qədər çox olur.
Nəzərə almaq lazımdır ki, bəzi muzey və ya tarixi qoruqlarda giriş üçün edilən ödənişdən əlavə şəkil çəkdirmək, bələdçinin köməyindən istifadə etmək, qrupla ekskursiya etmək üçün də ödənişlər tələb oluna bilər.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin statistikasında ölkə üzrə muzeylərə gədənlərin sayı 3 milyon nəfər olaraq göstərilib ki, bunun da əksəriyyəti tarix muzeylərinə gedənlər olub. Həmin statistik göstəricilərə əsasən 2017-ci ildə ölkə muzeylərində 2309 nəfəri qadın olmaqla 3076 nəfər işçi çalışıb.
BiG.Az
Telegramda izləyin
Turizm Baxılıb: 1549 Tarix: 30 aprel 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Deyranın ləziz yeməkləri
Deyra Dubayın ən qədim rayonlarından biridir. Hindistan, Pakistan, İrandan və regionun digər ölkələrindən olan miqrantlar ilk dəfə məhz burada məskunlaşıblar. Hələ Dauntaunla "Dubai Mall" və ya "Dubai Marina" kimi dəbdəbəli rayonlar əmələ gəlməmişdən əvvəl şəhər həyatı və ticarə
26.06.2019 4182 Almaniyalı bloqer: Bakıya aşiq oldum
Almaniyalı bloqer Daniel Hakbuş (Daniel Hackbusch) 46 minlik şəxsi "Instagram" hesabında Bakıya səfəri zamanı lentə aldığı paytaxtımızın gəzməli-görməli yerlərini, eyni zamanda əzəmətli, futuristik və memarlıq incisi sayılan bir sıra binaların foto və videolarını paylaşıb. -a istinadən xəbə
29.07.2019 4006 Əliövsət Əliyev "Türkiyə üçün vizanın ləğvi Azərbaycanda turizmin inkişafına təsir göstərəcək."
Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi, şübhəsiz ki, Azərbaycanda turizmin inkişafına təsir göstərəcək. Bunu -a müsahibəsində Almaniyada yaşayan miqrasiya məsələləri üzrə tanınmış ekspert Əliövsət Əliyev deyib. Ə.Əliyevin sözlərinə görə, bu, ilk növbədə, iki ölkə arasındakı qardaşlıq münasibətlərin
29.07.2019 3527 Palçıq vulkanlarının turizm imkanlarından istifadə olunur? - VİDEO
Azərbaycanda palçıq vulkanları olan ərazilərə turizim məqsədi ilə səfərlər az təşkil olunur. Geologiya və Geofizika institutunun aparıcı elmi işçisi Orxan Abbasov ölkəyə gələn turistlərin palçıq vulkanları ilə tanış olmağa meyilli olduğunu bildirir. O həmçinin qeyd edib ki, bu sahədə bir sıra problemlə
07.02.2020 2673 Naftalan sanatoriyası MDB-də ilk üçlüyə daxil oldu
Turizm portalı "TurStat" MDB məkanında istirahət və tibb sağlamlığı üçün nəzərdə tutulan kurortların reytinqini təqdim edib. Məlumatda bildirilir ki, rusiyalı turistlər payız fəslində, əsasən, Belarus, Azərbaycan və Qazaxıstana üz tuturlar:. "Belarusun Naroç gölü sahilində yerləşən kurortlar
20.11.2019 3698 Fuad Nağıyev "Azərbaycanda bütün otellər ulduzlarına uyğun xidmət göstərmir"
"Azərbaycanda bütün otellər ulduzlarına uyğun xidmət göstərmir". "Report"-a istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. "Keyfiyyət problemi Bakıda fəaliyyət göstərən 100-dən çox otellə demək olar, yoxdur. Amma regionlarda bu problem var
27.06.2019 2583 Səyahət zamanı götürməyə ehtiyac olmayan əşyalar
Çətirlər, dəsmallar, əlavə geyim və ayaqqabılar səyahət zamanı özünüzlə götürməyə ehtiyac olmayan əşyaların sırasına daxildir. "Aviasales" xəbər verir ki, ekspertlər təcrübəli turistlərdən çamadanlarında hansı artıq əşyaların olduğunu və növbəti səfərləri zamanı özləri ilə nələri götürməyəcəklərin
29.07.2019 3988 Dubaya qayıdış
Dubayda turizm sahəsində ən maraqlı yeniliklərlə tanışlığı davam etdiririk. Bugünkü icmalımızda sizi günbəz altında ekzotik heyvanların məskunlaşdığı tropik meşəyə, çərçivə formasında müşahidə meydançasına, başgicəlləndirici attraksionları olan parka səyahət gözləyir. "The Green Planet" - meqapolisi
26.06.2019 3627