ASAN viza alan əcnəbilərin sayına görə İran vətəndaşları 1-ci yerdədir

ASAN viza alan əcnəbilərin sayına görə İran vətəndaşları 1-ci yerdədirAzərbaycana səfər edən İran vətəndaşlarının sayı artır.

Bunu bu gün Bakıda keçirilən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 13-cü iclasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, sevindirici haldır ki, turizm əlaqələrimiz davamlı olaraq inkişaf edir:

"2018-ci ildə 241 min iranlı Azərbaycana səfər edib. ASAN viza vasitəsilə viza alan əcnəbilərin sayına görə İran vətəndaşları 1-ci sıradadır. Tələbatı nəzərə alaraq, Bakı-Tehran-Bakı istiqamətində uçuş tezliklərinin sayının artırılması məqsədəuyğun olardı. Sözügedən sahədə əməkdaşlığı dərinləşdirmək üçün Novruz bayramından öncə hər iki ölkədə təbliğat tədbirlərinin keçirilməsi, eləcə də turizm sahəsində əməkdaşlıq üzrə işçi qrupunun yaradılması turizm əməkdaşlığımızın inkişafına mühüm töhfə verə bilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Turizm   Baxılıb: 443   Tarix: 29 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Avia biletlərin satışı başlayıb

Artıq indi dünyanın istənilən şəhərinə səyahətinizi həyata keçirə bilərsiniz. Əvəllər bildiyiniz kimi Covid19 pandemiyasına görə bəzi uçuşlar ləğv olunmuşdu. Lakin indi yollar açıqdır. Avia bilet sifariş verib səyahət edə bilərsiz.Hətda yeni ili Balidə, Maldivdə keçirmək istəsəniz belə, bu artıq mümkündür

25.12.2020 4539
.

Almaniyalı bloqer: Bakıya aşiq oldum

Almaniyalı bloqer Daniel Hakbuş (Daniel Hackbusch) 46 minlik şəxsi "Instagram" hesabında Bakıya səfəri zamanı lentə aldığı paytaxtımızın gəzməli-görməli yerlərini, eyni zamanda əzəmətli, futuristik və memarlıq incisi sayılan bir sıra binaların foto və videolarını paylaşıb. -a istinadən xəbə

29.07.2019 4006
.

Azərbaycanda turizm sahəsi üzrə yeni qurum yaradılıb

Azərbaycanda turizm sahəsi üzrə yeni qurum - Azərbaycan Turizm Agentlikləri Assosiasiyası yaradılıb. Trend-in məlumatına görə, Assosiyasının sədri Rüfət Hacıyev bildirib ki, yeni ictimai qurumun yaradılmasında məqsəd sahibkarlar və dövlət qurumları arasında sıx əlaqələr formalaşdırmaq və möhkəm körp

27.06.2019 4153
.

Dubayda yay mövsümünün yenilikləri

Dubay məktəb tətilləri və məzunlar mövsümündə şəhərin istənilən guşəsində ailəvi istirahətin müxtəlif variantlarını təklif edir. AZƏRTAC-a istinadən xəbər verir ki, 1,5 milyon kvadratmetr ərazidə (28 futbol meydanı boyda ərazi) yerləşən "IMG Worlds of Adventure" örtülü tematik əyləncələr parkın

26.06.2019 2882
.

Antalya turist vergisinə "yox" dedi

Türkiyənin Antalya əyalətinin səlahiyyətliləri bu şəhərin merinin turist vergisinin tətbiqi təklifinə qarşı çıxıblar. Rusiya Turoperatorları Assosiasiyasının (ATOA) məlumatına görə, iyul ayının əvvəlində Antalya meri Mühiddin Böcek bəyan edib ki, türk kurortuna şəhər infrastrukturunun dəstəklənməsi üçü

29.07.2019 3546
.

Qobustanda palçıq vulkanları ilə bağlı turizm kompleksi yaradılacaq

Növbəti ildən etibarən Qobustan rayonu ərazisində yerləşən palçıq vulkanlarının birinin ərazisində böyük kompleksin yaradılması nəzərdə tutulub. -a istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Sammitində Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib. Onun sözlərinə görə, komplek

29.11.2019 3668
.

Avropada turizm mövsümü açıq elan edilib - VİDEO

Avropa İttifaqı ölkələrində turizm mövsümü açıq elan edilib. "Euronews" xəbər verir ki, Avropa İttifaqı ölkələri daxilində səyahət üçün peyvənd pasportunun olması vacibdir. Qeyd olunur ki, bu qaydanın tam tətbiqinə iyun ayının ortasından başlanılacaq. İyun ayına qədər isə Avropa ölkələri vətəndaşlarını

12.05.2021 1904
.

Fuad Nağıyev "Azərbaycanda bütün otellər ulduzlarına uyğun xidmət göstərmir"

"Azərbaycanda bütün otellər ulduzlarına uyğun xidmət göstərmir". "Report"-a istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. "Keyfiyyət problemi Bakıda fəaliyyət göstərən 100-dən çox otellə demək olar, yoxdur. Amma regionlarda bu problem var

27.06.2019 2583