Başına qaz düşdü, xəstəxanalıq oldu – Video
Belə qəribə hadisə Çində bir qadının başına gəlib. Motosikldə gedərkən başına qaz düşüb. Qadın ciddi xəsarət aldığından, xəstəxanaya yerləşdirilib.
BiG.AZ bizimyol.info-ya istinadən xəbər verir ki, hadisə Quyçjou vilayətində baş verib. Küçənin ortasında qadının başına qaz düşüb. Motosiklin üzərində dayanmaq mümkün olmayıb. Yerə yıxılan qadın möhkəm əzilib. Onu tez xəstəxanaya çatdırıblar.
Polis müəyyənləşdirib ki, qaz damların birində yerləşən qəfəsdən uçub çıxaraq, qadının başına düşüb. Quşun sahibi zərərçəkənə kompensasiya ödəməyə razılaşıb.
Çinin "Weibo" sosial şəbəkəsində hadisə geniş müzakirə olunub. Şəbəkə istifadəçilərinin fikrincə, şəhərdə bu şərtlər altında qaz saxlamaq düzgün deyil. Qadını qınayanlar da olub. Yazırlar ki, şlemi olsaydı, xəsarət almazdı.
BiG.Az


Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş