"Bacım və ailəsi evimizi əlimizdən alır" - XANIM BƏSTƏKAR

"Bacım və ailəsi evimizi əlimizdən alır" - XANIM BƏSTƏKARTəxminən 10-12 il öncə ölkənin populyar ifaçıları onun mahnılarını oxuyurdular. Amma son illər sanki yaradıcılığında durğunluq hökm sürür. Daha doğrusu, "UZİ Gülər" kimi tanınan həkim bacısı Gülər İbrahimovanın ailəsiylə aralarındakı qalmaqal belə demək mümkünsə, Sədaqət Arifqızının yaradıcılığını ikinci plana keçirib. Əslində, elə ilk sualım da yaradıcılıqla bağlı oldu, amma görünür iki bacı arasındakı mülk qalmaqalı hələ də bitməyib.

BiG.AZ ölkə.az-a istinadən Sədaqət Arifqızı ilə müsahibəni təqdim edir:

- Sədaqət xanım, yaradıcılığınızda hansı yeniliklər var, hansı müğənnilərlə işləyirsiniz?

- Yaradıcılıq bir yana, hətta atamın adı da az qala yadımdan çıxıb. Bunlar məni o qədər bezdiriblər ki, iki ildir ümumiyyətlə yaradıcılıqla məşğul ola bilmirəm.

- Kimlər?

- Bacım və bacımın oğlu.

- Mətbuatda bu barədə oxumuşdum. Amma istərdim ki, özünüzdən ətraflı eşidək.

- 2010-ci ildə oğlum Ağası Hüseynov həyat yoldaşı və iki övladıyla birlikdə bir illik Amerikaya getdi. Amerikaya iş qurmaq üçün getmişdi. Elə oldu ki, 12 yaşlı nəvəm ağır xəstələndi və Bakıya dönməli oldular. Nəvəm Nyu-Yorkda əməliyyat olunsa da, heç bir xeyri olmadı və 2011-ci ildə uşağı itirdik. Həmin ərəfədə oğlum yeni tikilən binadan dörd otaqlı mənzil almışdı. O mənzildə oğlum ailəsiylə cəmi səkkiz ay yaşayıb Amerikaya köçmüşdü. Nəvəmin yas məclisini verdik. Təbii ki, oğlum və gəlinim, hamımız çox pis haldaydıq. Oğlum dedi ki, bu mənzildə yaşaya bilmirəm, hər şey mənə uşağı xatırladır, evimi satıram. Oğlum atası ilə birlikdə həmin mənzili satdı. Bacımın oğlu Fuad İbrahimov dedi ki, sənin başın yasa qarışdığından yaxşı mənzil axtarıb tapa bilməyəcksən, sənin üçün yaxşı ev taparam. Fuad "Lider" telekanalının yaxınlığındakı binalardan birinə köçmüşdü, oğluma da həmin binadan ev tapdı. "Tamam MTK"-ya aid binadakı mənzil isə qohumumuzun idi. Fuad gəldi ki, pulu ver, aparım alqı-satqını edim. Fuadın anası-bacım Gülər İbrahimova çox vaxt xəstə olub deyə, o uşaqlara da anamla mən baxmışam. Fuadı öz balalarımdan ayırmamışam, qucağımda böyüyüb. Ona görə də oğlum Fuada inandı. Oğluma mənzil təklif etdiyi binanın isə nə kupçası, nə orderi yoxdur, yalnız müqaviləylə alqı-satqı olunur. Halbuki neçə ilin binasıdır. Mənzili də Günel adlı qohumumuza atası Lütfi almışdı, sonradan ərə getdi və atası dedi ki, evi satıram, qızımın mənzilə ehtiyacı yoxdur. Fuadın vasitəsilə alqı-satqı edildi və mənzil oğlumun adına alındı. İki il o mənzildə yaşadıqdan sonra oğlum dedi ki, burada özümə yer tapa bilmirəm, yenidən Amerikaya köçürəm. Çünki Ağası övladının dərdini unuda bilmirdi. İki il sonra bacımın oğlanları Rəşad, Taleh və Fuad İbrahimovlar, bacımın əri, Ağasının atası qonaqlıq edib oğlumu yola saldılar.

- Sədaqət xanım, bir ara kürəkəniniz barədə də mətbuatda məlumatlar yayılırdı...

- Bəli, bundan sonra kürəkənim barədə mətbuatda xoşagəlməz yazılar dərc edilməyə başladı. Sonra mənim fotolarımı saytlara, səhifələrə qoyub yazdırırdılar ki, ucuz mahnılar müəllifi, əlli manata mahnı yazır. Halbuki heç bir mahnıma görə müğənnidən pul almamışam. Nəvələrimin, qızımın fotosunu paylaşıb xoşagəlməz sözlər yazırlar. Biz də dəli olmuşuq ki, bunları kim yazır, kim yazdırır. Yaxşı adamların sayəsində öyrəndik ki, bu yazıları yazan bacım oğlu Fuadla, bacımın həyat yoldaşıdır. Ondan sonra istər-istəməz aramız dəydi. Əslində, nəvəmin hüzr məclisindən aramız dəymişdi, münasibətlər soyumuşdu. Halbuki o yazılar gedən ərəfədə Ağası Fuada demişdi ki, bu yazıların altından sən çıxsan, məndən incimə. Fuad da dedi ki, sən nə danışırsan, əsla mən deyiləm.

- Hüzr ərəfəsində bacınızla aranızın dəyməsinə səbəb nə idi?

- Nəvəmin səhhəti pisləşən gün bacım toyda imiş. Onu dəfələrlə yığdım, cavab vermədi. Sonradan öyrəndim ki, bacım zənglərimi görüb deyirmiş ki, yəqin nəvəsinin vəziyyəti pisləşib. Bizim evdəki yasdan bir gün sonra isə ailəlikcə toya getmişdilər. Demişdi ki, sənin dərdindən mənə nə? Bir nəfərdən də eşitdim, deyib ki, Allah kimə nə dərd verdiyini bilir.

- Bəs bacınız oğlunun sizin oğlunuzu məhkəməyə verməyinə səbəb nə idi?

- Günlərin birində Amerikaya faksla bildiriş göndərilir ki, Ağası Hüseynov, sizi Fuad İbrahimov məhkəməyə verib. Guya o vaxt evi Fuad alıb və bu ev onun adına keçməlidir. Sonradan Fuad belə bir söhbət uydurdu ki, Ağasının mənə borcu var. Fuadın sənə necə borcu ola bilər ki, 17 yaşından işləyib, iki universitet bitirib, gömrük idarəsində qaçaqmalçılığa qarşı mübarizə idarəsində rəis müavini olub, atası da normal yaşayıb. Fuadın sənin puluna ehtiyacı ola bilməz axı. Ağasının qızı vəfat edəndə 32-33 yaşı var idi, imkanı da yaxşı idi. Niyə səndən borc almalıdır ki? Fuad yazır ki, Ağası Amerikaya borca görə qaçıb. Amma Ağasını onların Amerikaya necə təmtəraqla yola salmağının videosu da var. Qaçan adamı o cür təntənə ilə yola salarlarmı? Sadəcə, bilinəndən sonra ki, sən nəslimizdən, qohum-əqrəbadan anonim yazılar yazırsan, aranız dəydi. Kürəkənimi məhkəməyə verməyə gücü çatmadığı üçün oğlumu məhkəməyə verdi və qaynatası ilə qayınını şahid qoydu. Guya ki Ağası mənzilin pulunu Fuada verməyib. Üç ildir məhkəmə gedir. Əvvəlcə onlar məhkəməni uddular, sonradan biz qalib gəldik. İndi də məhkəmənin qərarı olmaya-olmaya deyirlər ki, mənzili boşaldın. Hazırda o mənzildə oğlumun atası yaşayır. Binanın sahibi də, hüquqşünası da deyir ki, mənzil Fuadındır. Belə şey heç yerdə görülməyib.

- Maraqlıdır ki, məhkəmə prosesləri gedir və oğlunuzla gəlininiz hələ də Amerikada yaşayırlar.

- Gəlinim hazırda Amerikada universitetdə oxuyur, gec-tez qayıdacaqlar və olan-qalan bir mənzilləri var. Sən niyə mənim oğlumun mənzilinə yiyələnməlisən? Oğlumun antikvar maşınını öz adına keçirdi. Halbuki o məsələdə də saxtakarlığa yol vermişdi. Sadəcə, maşın məsələsində gördü ki, biz bacarmadıq, bunun qolu güclü çıxdı. İndi də oğlumun mənzilinə əl atır. Sənin dörd-beş yerdə mənzilin var, hardan aldığını da soruşan yoxdur. Amma Ağasının dərdi başından aşır, övladını itirib, valideynləri xəstədir. Bunu Elgiz Əkbərin verilişində də demişəm ki, onsuz da bizim həyatımız bundan sonra boz rəngdədir, oğlum yeganə qızını itirib. Amma sən deyirsən ki, hər şeyinizi alacam, sizi dilənçi edəcəm. Sizə göstərə də bilərəm ki, Elgizin verilişindəki çıxışımın altından nə qədər şər-böhtan, təhqir yazdılar. Yasamal rayonu 29-cu polis bölməsinə verdim, məlum oldu ki, ərəb nömrəsiylə başqa adama yazdırırlar. Qızımın, oğlumun, özümün haqqında ağızlarına gələni yazırlar, yazdırırlar. Nazir müavini olan qohumları var, ona arxayındırlar. Bizim də başqa əlacımız qalmayıb, ölkə rəhbərliyinə müraciət etmişik. Mənzilini aldığımız Güneli məhkəməyə aparıb. Güneldən soruşublar ki, mənzili Fuada satmısan, yoxsa Hüseynov Ağasıya? Günel də deyib ki, Ağasını tanımıram. Bəs sən necə Ağasını tanımırsan ki, ev Ağasının adınadır, kommunal ödənişlər edilir. Günelin atasına zəng vurdum ki, sənin qızına ayıb deyil, axı pulu biz vermişik. Atası da getdi məhkəmədə ifadə verdi ki, mənzili Hüseynov Ağasıya satmışıq, pulumuzu da qəpiyənə qədər almışıq. Fuad isə deyir ki, pulu özümdən vermişəm, Ağası mənə 85 min borcludur. Özündən rəqəmlər kəşf edir. Yoldaşıma da şər atdılar ki, guya Fuadın qayınatasından altmış min borc alıb. Həmin qayınata isə təqaüdlə dolanan kasıb adamdır. Mənim yoldaşım da tanınmış həkimdir, alimdir, uzun müddət 2 nömrəli tibb məktəbinin direktoru müavini işləyib, bir müddət isə direktor vəzifələrini icra edən şəxs olub. Sizcə, belə bir adam mənim bacımın su satan qudasından altmış min borc alar? Biz həmin məhkəməni udduq. Əslində, bu məsələ barədə danışmaq istəməzdim, amma bıçaq sümüyə dirənib. Oğlumun mənzilini niyə ona verək? On iki yaşlı məsum nəvəmin qəbrinə and içirəm ki, bizim bacıma, bacımın ailəsinə, övladlarına borcumuz yoxdur. "Quran"a da əl basaram.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2401   Tarix: 24 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467