"Azərbaycanın əleyhinə başlanan qarayaxma kampaniyasının başında Ermənistan rəhbərliyi dayanır"

"Azərbaycanın əleyhinə başlanan qarayaxma kampaniyasının başında Ermənistan rəhbərliyi dayanır"Xəbər verdiyimiz kimi, Azərbaycanla Aİ arasında strateji tərəfdaşlıq sazişinin imzalanacağı gözlənilir. Bu sazişin imzalanması ərəfəsində Azərbaycana qarşı bir sıra təxribatların törədilməsi ehtimalı ortaya çıxır.

Məsələ ilə bağlı deputat Tahir Rzayev BiG.AZ-a bildirib ki, Azərbaycan inkişaf etdikcə, uğurlar qazandıqca buna mane olmağa çalışan qüvvələr də aktiv fəaliyyət göstərir.

"Demək olar ki, hər gün Ermənistan tərəfindən atəşkəs rejimi pozulur. Onlar atəşkəsə əməl etmir, gərginlik yaradırlar. İndi isə Azərbaycan Avropa İttifaqı ilə mühüm bir sazişə imza atmaq ərəfəsindədir. Saziş haqda məsələ ortaya çıxdıqdan sonra bu tip təxribatlar daha da çoxalıb. Artıq görürük ki, dünyada bir çox bizi istəməyən ölkələr Azərbaycanın əleyhinə qarayaxma kampaniyasına başlayıblar. Bu qarayaxmaların da başında sözsüz ki, erməni lobbisi, Ermənistan rəhbərliyi dayanır. Ona görə də biz hər an ayıq-sayıq olmalıyıq. Düşmənlərimiz, bizi istəməyən qüvvələr, həmçinin onları dəstəkləyən havadarları tərəfindən hər an hansısa bir təxribat törədilə bilər".

Millət vəkili bildirib ki, Azərbaycan dünyanın ən sakit, təhlükəsiz ölkələrindən biridir:

"Ölkənin daxilində təhlükəsizlik məsələsinə gəldikdə isə demək istəyirəm ki, ictimai-siyasi sabitlikdir. Dünyanın ən sakit,təhlükəsiz ölkələrindən biri bizim ölkəmizdir. Hazırda təhlükəsizlik həmçinin hüquq mühafizə orqanları hər cür tədbirlər görür ki, ölkə vətəndaşları firavan və rahat yaşasınlar. Ona görə hesab edirəm ki, bizi ölkə daxilində ciddi bir təhlükə gözləmir".

Deputat həmçinin, Formula 1 Gran Prix 2019 və digər mötəbər tədbirlərin keçirilməsi zamanı təhlükəsizlik tədbirləri məsələsinə fikir bildirib.

"Formula 1 və bu kimi beynəlxalq turnirlərin keçirilməsi Azərbaycan üçün irəli atılmış yeni bir addım, yeni bir uğurdur. Artıq bir neçə ildir ki, Azərbaycanda bu turnir yüksək səviyyədə keçirilir. Hazırlıqlardan da bəllidir ki, bu il də yarış eyni səviyyədə təşkil edilib. Bununla bağlı bütün təhlükəsizlik tədbirləri isə əvvəlcədən təşkil edilib. Güman edirəm ki, vətəndaşlarımız və ölkəyə gələn turistlər yarışlardan zövq alacaq, məmnun qalacaqlar."

Afaq Rza


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 511   Tarix: 24 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880