Saxta manatı əslindən necə fərqləndirək? - FOTO

Saxta manatı əslindən necə fərqləndirək? - FOTO2018-ci ildə Azərbaycanda 1126 ədəd saxta pul nişanı tədavüldən çıxarılıb. Bu, 2017-ci ilin göstəricisindən 14,8 faiz azdır.

BiG.AZ xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildiriblər.

Qeyd olunub ki, 2017-ci ildə tədavüldə 1322 ədəd, 2019-cu ilin birinci rübündə isə 275 ədəd saxta əsginas aşkar edilib:

"Azərbaycan Respublikasının mövcud pul nişanları ölkə Prezidentinin müvafiq fərmanı ilə həyata keçirilmiş denominasiya tədbirləri çərçivəsində 2006-cı il yanvarın 1-dən tədavülə buraxılıb. Tədavülə buraxılmasından 13 il keçməsinə baxmayaraq, bu pul nişanları öz estetik görünüşünə, konseptual mövzusuna, müasirliyinə görə aktuallığını hələ də qoruyur. Bununla yanaşı, hazırda dünyada pul nişanlarının yaradılması, istehsalı və saxtalaşdırmaya qarşı mübarizə sahəsində bir çox yeniliklər baş verir, pulların dizaynının və mühafizə sistemlərinin təkmilləşdirilməsi istiqamətində yeni innovasiyalar, nano və mikro texnologiyalar geniş tətbiq olunur. Dünyanın aparıcı Mərkəzi bankları bu yeniliklərdən irəli gələrək, eləcə də pul nişanlarının saxtalaşdırılması ilə bağlı risklərin minimallaşdırılması tələblərini nəzərə alaraq, pulların dizaynının və mühafizə sistemlərinin yenilənməsini və daha yüksək standartlara uyğunlaşdırılmasını həyata keçirirlər".

Azərbaycan Mərkəzi Bankı da bu çağırışlardan irəli gələrək 10 manatlıq pul nişanının əsas dizayn elementlərini saxlamaqla mühafizə sistemlərinin təkmilləşdirilməsini və daha mütərəqqi texnoloji elementlərin tətbiqi yolu ilə yenilənməsini həyata keçirib. Belə yenilənmələr pul nişanlarının təhlükəsizliyinin gücləndirilməsində təsirli rol oynayır.

Saxta manatı əslindən necə fərqləndirək? - FOTOYenilənmiş 10 manatlıq pul nişanı 18.03.2019-cu il tarixdən tədavülə buraxılıb. Bu pul nişanının nümunəsində saxta əsginasları əslindən fərqləndirməyə imkan verən mühafizə elementlərini görmək olar.

Azərbaycan Mərkəzi Bankı dünya təcrübəsində mövcud olan ən son texnologiyalar və innovasiyalar nəzərə alınmaqla, pul nişanlarımızın dizayn və mühafizə sistemlərinin təkmilləşdirilməsini daim diqqət mərkəzində saxlayır.

Əsginasın saxtasını düzəltməyin ən populyar yolu

Azərbaycanda saxta əsginasları daha çox skanerlərin, rəngli printer və kompüterlərin köməyi ilə düzəldirlər.

Saxta manatı əslindən necə fərqləndirək? - FOTOSaxta manatı əslindən necə fərqləndirək? - FOTOSaxta pul nişanının adi və ultrabənövşəyi işıq altında görüntüsü
Mənbə: Azərbaycan Mərkəzi Bankı

Əsginasın saxtalaşdırılması üsulları sırasında həqiqi pul nişanının müxtəlif hissələrindən ibarət nümunənin yaradılmasına da rast gəlinir.

Saxta manatı əslindən necə fərqləndirək? - FOTOVə ya aşağıdakı şəkildə göründüyü kimi, həqiqi əsginasla saxtasının birləşdirilməsi:

Saxta manatı əslindən necə fərqləndirək? - FOTOMənbə: AMB

Azərbaycanda daha çox hansı əsginaslar saxtalaşdırılır?

2006-2018-ci illərdə Azərbaycanda ən çox 1 manatlıq əsginaslar (34 faiz) saxtalaşdırılıb. İkinci sırada 5 (29 faiz), üçüncü yerdə isə 20 (13 faiz) manatlıq pul nişanları gəlir.

100 (11 faiz), 10 (7 faiz) və 50 (6 faiz) manatlıq əsginaslar daha az saxtalaşdırılır.

Saxta 200 manatlıq pul nişanları isə hələ aşkar edilməyib.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən satış məqsədilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər xeyli miqdarda və ya əvvəllər saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmağa görə məhkum olunmuş şəxs tərəfindən törədildikdə əmlakı müsadirə olunmaqla 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd olunan əməllər mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədildikdə əmlakı müsadirə olunmaqla 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 894   Tarix: 23 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Aquavita" işçilərinin maaşını vermir - İDDİA

Azərbaycanda "Aquavita" suları və "Gülüstan" limonadlarının istehsalı və satışı ilə məşğul olan "Tac" MMC-nin (VÖEN – 130025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə -a "Aquavita"da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, dah

17:14 194
.

Gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü - Video

Mingəçevirdə naməlum şəxsin gecələr qapıları döyüb insanları narahat etməsi, həyəcan yaratması barədə polisə müraciətlər daxil olub. "Qafqazinfo" xəbər verir ki, şəhərin M.Hüseyn küçəsində yaşayan sakinlər gecə yarısı həmin şəxsin qapıları döydüyünü, sonra qaranlıq yerlərdə gizləndiyini, qeyri-adekva

17:43 333
.

İsrailin hücumu nəticəsində 1 sivil öldü

İsrail hərbi qüvvələri Livanın cənubuna hücum edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 1 israilli mülki vətəndaşın öldürülüb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyata keçirib. Qeyd olunu

14:37 101
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

15:14 226
.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə ölkədə insan haqları ilə bağlı obyektiv gerçəklikləri ehtiva etmir" - Politoloq

Azərbaycanın Xarici İşlər Nazirliyi bildirib ki, Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamə əsassızdır və Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir. Politoloq Elşən Manafov -a bildirib ki, qətnamə ölkədə insan haqları ilə bağlı obyektiv gerçəklikləri ehtiva etmi

14:33 216
.

Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu gün Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib. -un əməkdaşları sabiq baş pediatrın yas mərasiminə gələn yaxınları ilə söhbətləşib, bəzi suallar

10:36 1197
.

Bəstəkarın qızı: "Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam"

"Mən Tahir Əkbərin vərəsəsiyəm. Son günlər atamın mahnılarını icazəsiz oxuyanların sayı artıb. Kim icazə almadan atamın mahnısını oxusa, məhkəməyə üz tutacağam. Onlar özlərini məhkəmədə görəcəklər". Bunu -a açıqlamasında mərhum bəstəkar Tahir Əkbərin qızı Bəhriyyə Əkbərova deyib. O, daha sonr

16:28 343
.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

12:12 289
.

"Vardanyan timsalında hamıya başa salındı ki, Azərbaycan ərazisində qanunu pozanlar cəzalarını layiqincə alacaqlar"

"Aprelin 8-də erməni biznesmen Ruben Vardanyanla bağlı qəribə informasiya yayıldı. Vardanyanın ofisindən bildirildi ki, hansısa təşəbbüs qrupu tərəfindən "Sülh təşəbbüslərinin inkişaf etdirilməsi" və Qarabağda "humanitar fəlakət"in qarşısının alınmasında xidmətlərinə görə onu

16:59 115