"Kəramət Böyükçöl kimi yazıçılar istəyirlər ki, hər vasitə ilə öz kitabını..." - Rəşad Məcid

"Kəramət Böyükçöl kimi yazıçılar istəyirlər ki, hər vasitə ilə öz kitabını..." - Rəşad MəcidXəbər verdiyimiz kimi, bu gün Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür.

Bununla bağlı yazıçı, jurnalist, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid BiG.AZ-a açıqlama verib.

R.Məcid ilk olaraq, bu gün Azərbaycanda kitaba marağın səviyyəsindən söz açıb:

"Biz son 10-15 ildir ki, insanların kitaba marağının azalması, mütaliə vərdişinin zəifləməsi haqqında tez-tez danışırıq. Bununla bağlı həm dövlət qurumları, həm ictimai təşkilatlar çalışırlar ki, müxtəlif yollarla kitab təbliğini həyata keçirsin. Əlbəttə, mütaliə marağının zəifləməsinin obyektiv səbəbləri də var. Hazırda internet resurslarında kitabların elektron variantları var və gənclər adətən buradan bəhrələnirlər. Lakin həm Yazıçılar Birliyi müxtəif imza günləri keçirməklə, həm Mədəniyyət Nazirliyi çoxlu beynəlxalq kitab sərgiləri təşkil etməklə kitaba marağı yüksəltmək istəyirlər. Ümumiyyətlə, mən deyərdim ki, kitab hər bir insan üçün, onun həyatının, düşüncə tərzinin, daxili zövqünün formalaşması üçün vacibdir. Bundan başqa xüsusilə gənclər üçün vacibdir ki, onların intellektli səlis nitqi olsun, geniş söz bazaları olsun. Bütün bunların formalaşmasında da kitabın rolu danılmazdır".

Yazıçı bildirib ki, bu gün Azərbaycanda kitaba maraq onu qane etmir:

"Arzu edirəm ki, daha çox olsun. Xüsusilə, gəncləri qınayıram ki, onlar az oxuyur, az mütaliə edir. Yalnız ədəbiyyatçı, jurnalist və s. sahənin sahibləri deyil, hamı kitab oxumalıdır. Bu gün Azərbaycanda kitaba maraq məni qane etmir.

Son vaxtlar görürük ki, bizim şou-biznes nümayəndələri, idmançılar televiziyada öz dillərində normal danışa bilmirlər. Ona görə də bu məsələni qabardaraq onlara tövsiyyə edirəm ki, Azərbaycan dilində gözəl danışmaq üçün mütləq ana dilimizdə bədii ədəbiyyat oxusunlar".

Hazırda xarici ədəbiyyatın daha çox oxunması ilə bağlı danışan yazıçı bildirib ki, son vaxtlar xarici ədəbiyyat daha çox əlçatandır:

"Ümumiyyətlə, son vaxtlar xarici ədəbiyyat daha çox əlçatan olub. İndi gənclərin çoxu rus, türk, ingilis dilini bildiyi üçün xarici kitablara maraq salırlar, daha çox oxuyurlar. Həmçinin nəşriyyatlar da, xarici kitabları tərcümə edir. Amma Azərbaycan ədəbiyyatının elə nümunələri var ki, hər bir oxucu o əsərləri oxumalıdır. Bəzən bizim yazıçıları da qınayırlar. Lakin nəzərə almaq lazımdır ki, indi böyük rəqabət şəraitidir, gənclərə adətən dünya ədəbiyyat incilərini qoyub yerli ədəbiyyat nümunələrini oxumağa maraqları olmur".

Gənc yazarların uğurlarını qiymətləndirən Rəşad Məcid onlardan daha böyük uğurlar gözlədiyini bildirib:

"Son illərdə Elxan Zeynallı adlı gənc yazar yazıçılar arasında çox seçilir. O, əsərlərində gənclərin problemləri ilə bağlı o qədər həssas mövzulara toxunur ki, böyük uğur qazanıb. Mən demişəm ki, gələcəkdə Elxan hətta ədəbiyyat üzrə Nobel mükafatına layiq görüləcək.

Lakin Kəramət Böyükçöl kimi gənc yazıçılar var ki, onlar istəyirlər ki, hər vasitə ilə öz kitabını satdırsın, oxutdursun".

Ən son oxuduğunuz kitab hansı olub sualına cavab olaraq yazıçı bildirib ki, paralel olaraq bir neçə kitab oxuyur:

"Ən son isə Mübariz Örənin "Ağ buludlar" kitabını oxumuşam. Hər halda kitab bizim həyatımızın tərkib hissəsidir".

Yazıçı Rəşad Məcid gənclərə mütləq oxunmalıdır dediyi kitabları tövsiyə edərək bunları bildirib:

"Gənclər və xüsusilə gənc yazarlar mütləq Azərbaycan ədəbiyyatının klassiklərini, incilərini oxumalıdır. M.F.Axundzadə, C. Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Məmmədxanlı, Anar, Elçin və s. Bu siyahını sadalamaqla bitməz. Ümumiyyətlə, bütün dövrlərdəki yazıçılarımızın əsərlərini oxumalıdırlar.
Unutmayaq ki, bizim Nəsimi kimi dəyərimiz var. Biz hələ də Nəsimi yaradıcılığın düzgün dərk etməmişik və Nəsimi ilində bunun üçün çalışmalıyıq" .

Sonda Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı bütün kitabsevərləri bu gün münasibətilə ürəkdən təbrik etdiyini bildirib.

Afaq Rza


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 803   Tarix: 23 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ukraynada vəziyyət gərginləşir - ailələr məcburi təxliyə edilir

Ukrayna Donetsk Xalq Respublikasının (DXR) Svyatoqorsk şəhərindən ailələrin məcburi təxliyəsinə başlayıb. xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Rus Baharının Müharibə Müxbirləri" (RusVesna) adlı Telegram kanalı məlumat yayıb. Məlumatda bildirilir ki, Ukrayna hakimiyyəti təhlük

11:06 160
.

Ölkəyə gətirilən bu qida əlavəsində nöqsanlar aşkarlandı - Məhv edildi

Aparılan nəzarət tədbirləri zamanı "Nord Star Pharma" MMC-nin Rusiyadan idxal etdiyi 100 ədəd "Qlisin Biokor" B1 və B6 vitaminləri ilə" əmtəə nişanlı bioloji aktiv qida məhsulunun müayinəsi nəticəsində B1 vitaminin miqdarının normadan aşağı olduğu aşkarlanıb. xəbər verir ki

16.12.2025 408
.

Bu şəxslər cəzadan tam azad olunacaqlar

Ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunlar istisna ilə, Vətən müharibəsində və antiterror əməliyyatında iştirak etmiş şəxslər və onların yaxın qohumları cəzalarından tam azad ediləcək. xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasınd

16.12.2025 366
.

Aİ 2026-cı il seçkiləri ərəfəsində Ermənistana yardımı müzakirə edəcək

Avropa İttifaqı (Aİ) 2026-cı il parlament seçkiləri ərəfəsində Ermənistana yardım göstərilməsi imkanlarını müzakirə edəcək. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Telegram kanalına istinadən Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas məluma

11:30 113
.

Hansı növ sevgi üçün nəzərdə tutulmusunuz? - Doğum tarixinizə əsasən sirri açın

Bəzən insan həqiqi sevgini nə vaxt tapdığını anlamaqda çətinlik çəkir. Çox vaxt karmik partnyoru doğma ruhla qarışdırırıq və ya hər şeyin demək olar ki, düzgün olduğunu hiss edirik, amma nəsə çatmır. Özünüzü tənqid etmək əvəzinə numerologiyaya müraciət edərək sizə hansı sevgi növünün qismət olduğun

16.12.2025 362
.

Xanım deputatlar saçyolduya çıxdılar - Video

Meksika paytaxtının şəhər Konqressində xanım deputatalra arasında dava düşüb. "Yeni Sabah" xəbə verir ki, qarşıdurma Mexiko şəhərinin şəffaflıq agentliyinin ləğvi və onun yerinə yeni nəzarət orqanının yaradılması təklifinin müzakirəsi zamanı yaranıb. Tribuna qarşında deputatlar münasibətlərin

16.12.2025 389
.

88 ildən sonra ilk dəfə: Volkswagen Almaniyadakı zavodunu bağladı

Almaniyanın avtomobil istehsalçısı Volkswagen, şirkətin 88 illik tarixində ilk dəfə olaraq Drezden zavodunun bağlandığını elan edib. -ın xarici mediaya istinadla məlumatına görə, bu qərar maliyyə çətinlikləri ilə əlaqədardır. Məlumata görə, şirkət Çində satışların azalması, Avropa bazarında tələbatı

16.12.2025 286
.

Azərbaycanda elektron siqaret - Qadağan edilir

Azərbaycanda elektron siqaretlər qadağan olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan "Tütün və tütün məmulatı haqqında" Qanun

16.12.2025 542
.

"Gənclər apteklərdən narkotik maddə alıb çəkir" - Yenilənib

"Gənclər nəinki siqaret, həm də apteklərdən narkotik maddə alıb çəkir". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Eldar İbrahimov Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəy

16.12.2025 506
.

TOP MP3