Kredit borcu silinən vətəndaşların NƏZƏRİNƏ!

Kredit borcu silinən vətəndaşların NƏZƏRİNƏ!Xəbər verdiyimiz kimi, problemli kreditlərlə bağlı kompensasiyaların verilməsinə bu gündən başlanılıb.

Məsələ ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirib ki, kompensasiyaların verilməsi 1-2 ilə yaxın müddəti əhatə edəcək.

"Hazırda bütün problemli kreditlərin ödənilməsi nəzərdə tutulmur. Burada yalnız 10 min dollar və 17 min manata qədər olan, dollarla götürülən kreditlər və bu həcmdə kredit götürüb ödəyə bilməyən vətəndaşlardan söhbət gedir. Bildiyiniz kimi, hökumət ödənişi o qaydada nəzərdə tutub ki, bura kommersiya şirkətləri və kommersiya məqsədli götürülən kreditlər daxil deyil. Yalnız vətəndaşın öz ehtiyacı üçün götürdüyü kreditlər nəzərdə tutulub. Ödəniləcək məbləğin məhdudiyyəti də bununla bağlıdır. Amma biz bilirik ki, Azərbaycanda problemli kreditlər təkcə bununla məhdudlaşmır və daha geniş arialı əhatə edir. Bu proses də təqribən 1-2 ilə yaxın müddəti əhatə edəcəkdir".

İqtisadçı həmçinin bildirib ki, məsələnin həlli vətəndaşa kömək, güzəşt kimi yüksək qiymətləndirilir:

"Bu elə bir problemdir ki, birbaşa iqtisadiyyatı özü ilə bataqlığa çəkirdi. Məsələnin həlli artıq ölkə iqtisadiyyatına ağırlığı da aradan qaldırılacaqdır. Ancaq hökumətin həll variantında əsas narahatedici məsələlərdən biri odur ki, problemli kreditlərin hamısının dövlət büdcəsi hesabına ödəniləcək. Bu, tam olaraq düzgün deyil. Doğrudur, məsələnin həlli vətəndaşa kömək, güzəşt kimi yüksək qiymətləndirilir. Lakin dolların o vaxt ucuzlaşması, ölkədəki maliyyə- kredit siyasətinin nəticəsi idi. Bu siyasəti də Milli Bankla bərabər fəaliyyət göstərən digər banklarda məsuliyyət daşıyır. Ona görə də bugün problemli kreditlərin ödənilməsi məsələsində maliyyə banklarla dövlət büdcəsi arasında yarıbayarı bölünməsi daha doğru olardı. Bu, daha ədalətli olardı. Nəzər almaq lazımdır ki, büdcə vətəndaşın puludur, bu yanaşmadan götürdükdə belə bir sual ortaya çıxır. Nə üçün bu problem təkcə vətəndaşın pulu hesabına ödənməlidir? 10 milyonluq əhalinin gəlirləri hesabına 2 minə yaxın ailənin borcu ödənilir . Lakin bu borcun yaranması təkcə dövlətin işi deyil, həm də bankların işi idi".

Ekspert qeyd edib ki, artıq ödənişlə bağlı problemlərə aydınlıq gəldiyi üçün, hər hansı vətəndaşın ödənişi zamanı yalnız texniki problemlə bağlı yubanma ola bilər:

"Bu yaxınlarda Ali Məhkəmənin sədri brifinq keçirdi. Həmin brifinqdə bəyan edildi ki, kreditlərlə bağlı heç bir problem ortaya çıxmayacaq. Əgər vətəndaşın götürdüyü kredit, cənab prezidentin qərarındakı kriteriyalara uyğun gəlirsə orada yaranan problem yalnız texniki problem ola bilər. Vətəndaş əlindəki sənədlərlə birlikdə Milli Banka da müraciət edə bilər. Ola bilər ki, vətəndaş 5 bankdan borc götürüb. Bu borcların toplam dəyəri 20 min manatdır. O zaman cənab prezidentin qərarındakı güzəşt ona aid deyil. Bu günə qədər problemin gecikməsinin də əsas səbəbi vətəndaşların müxtəlif banklardakı borclarının araşdırılması ilə bağlıdır".

Sonda ekspert güzəştlər kompensasiya məbləğindən çıxıldığı halda, faiz və cərimələrin nəzərə alınacağını da qeyd edib.

Afaq Rza


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2367   Tarix: 22 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda hərbi çağırışın son yaş həddi 30-a ENDİRİLSİN - TƏKLİF

Bildiyimiz kimi, iki ölkə arasında danışıqlar prosesi çərçivəsində delimitasiya və demarkasiya prosesinə başlanılıb. Eyni zamanda işğal altında olan Qazaxın 4 kəndi geri qaytarıldı. Görünən odur ki, iki ölkə arasında danışıqlar prosesi vasitəçisiz öz müsbət nəticəsini verir. Bir neçə əvvəl Milli Məclisd

15:20 175
.

Keyfiyyətli dondurmanı necə seçək? - AÇIQLAMA

Havanın istiləşməsi ilə dondurma mövsümü də yaxınlaşır. Bəs keyfiyyətli, insan orqanizminə zərərsiz dondurmanı necə seçə bilərik?. Qida eksperti Elsevər Fərzəliyev -a bildirib ki, normalda dondurma insana mənfi təsir göstərməməlidir. Çünki onun tərkibində insana mənfi təsir edəcək heç bir inqrident olmamalıdır

15:26 149
.

Bakıda 56 yaşlı qadını avtomobil vurub

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, rayonun Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Seyidova Sevda Tofiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliy

28.04.2024 208
.

Ukrayna Almanya şirkətindən 800-dən çox "Vektor" kəşfiyyat aparatı tələb edib

Ukrayna Almaniyanın pilotsuz uçuş aparatı istehsalçısı "Quantum-Systems GmbH"dən 800-dən çox Vektor kəşfiyyat aparatı tələb edib. "Report" xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb. Nəşr vurğulayıb ki, ötən həftə Almaniyanın "Quantum-Systems GmbH"

28.04.2024 262
.

Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. "Report" xəbər verir ki, Antoni Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunu

28.04.2024 309
.

Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib. Bizim.Media xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü 21 yaşlı Nəbi Səhrab oğlu Nəbizadə həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındak

28.04.2024 302
.

Başqırdıstanda yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb

Rusiyanın Başqırdıstan Respublikasında iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində dörd nəfər ölüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın prokurorluğu məlumat yayıb. "Bu gün Maqnitoqorsk – İra yolunun 346-cı kilometrliyində İbrayev

28.04.2024 269
.

Prezident icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Prezident İlham Əliyev Rasim Vaqif oğlu Hüseynovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Dövlət başçısının digər sərəncamı ilə, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babə

12:33 417
.

Vəzifəli şəxslər niyə İNTİHAR EDİR? - PSİXOLOQ AÇIQLADI

İnsanlar çox vaxt həyatlarının bir yerində intihara cəhd edir və bu intiharların əksəriyyəti ölümlə nəticələnir. Əlbəttə ki, bu gün insanları intihara sövq edən bir sıra faktorlar. Əlbəttə ki, bu onların çox vaxt psixoloji vəziyyəti ilə bağlı olur. Mətbuatda çox vaxt sadə vətəndaşların intihar xəbərlərin

10:52 601