"Sərhədçi"lərin Avropa uğuru - VİDEO+FOTOLAR

"Sərhədçi"lərin Avropa uğuru - VİDEO+FOTOLARYeni fəaliyyətə başlayan "Sərhədçi" Kikboksinq Klubu artıq ilk uğurunu qazanıb.

BiG.AZ-ın verdiyi məlumata görə, bu ilin aprelin 4-7-də Türkiyənin Antalya şəhərində kikboksinqin WAKO versiyası üzrə Avropa Kuboku yarışı keçirilib. Yarışda 23 ölkədən 2700 idmançı iştirak edib. Avropa Kubokunda Azərbaycan milli komandası 14 idmançı ilə mübarizə aparıb. Millimiz yarışda 1 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb.

Yığma komandamızın tərkibində 4 kikboksçu ilə təmsil olunan "Sərhədçi" idman klubunun bütün üzvləri medal qazanıblar. "Sərhədçi" Kikboksinq Klubunun ilk uğurunun şərəfinə təşkil edilən tədbirdə çıxış edən "Sərhədçi" İdman Olimpiya Mərkəzinin baş məşqçisi, dünya çempionu, sərhədçi zabiti, əməkdar məşqçi Fuad Zeynalov bildirib ki, gənclər arasında döyüşən idmançılar 1 qızıl və 3 gümüş medala sahib olublar.

O qeyd edib ki, 81 kq çəki dərəcəsində Elcan Alıkişiyev qızıl, 67 kq çəki dərəcəsində Elşad Şahbazov, 57 kq çəki dərəcəsində Qəşəm Məmmədov və 54 kq çəki dərəcəsində Vüsal Kazımov gümüş medala layiq görülüb. Milli komandamızın digər üzvlərindən Uğur Hacızadə gümüş, Murad Babayev və Lalə Mikayılova isə bürünc medal qazanıblar.

Əməkdar məşqçinin sözlərinə görə, 67 kq çəki dərəcəsində yarışan Elşad Şahbazov finalda böyük haqsızlığa məruz qalıb. İdmançımız rəqibindən üstün idi. Onu hakimlər uduzdurdular. Elşad Şahbazova qarşı ədalətsizlik oldu. Nəticədə kikboksçumuz yarışı ikinci yerdə tamamladı.

Baş məşqçi Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev və yeni yaradılmış "Sərhədçi" Kikboksinq Klubunun prezidenti Cavid İsmayılova hər zaman idmançıların yanında olub, dəstək göstərdiklərinə görə minnətdarlığını bildirib.

Tədbirdə digər çıxış edənlər bu qələbə münasibətilə idmançıları təbrik edib, onlara daha böyük uğurlar arzulayıblar.

Xatırladaq ki, yeni yaradılan klubun prezidenti Cavid İsmayilov, vitse-prezident Zaur Şirməmmədov, klubun direktoru və baş məşqçisi isə Fuad Zeynalovdur.

"Sərhədçi"lərin Avropa uğuru - VİDEO+FOTOLAR"Sərhədçi"lərin Avropa uğuru - VİDEO+FOTOLAR"Sərhədçi"lərin Avropa uğuru - VİDEO+FOTOLAR"Sərhədçi"lərin Avropa uğuru - VİDEO+FOTOLAR"Sərhədçi"lərin Avropa uğuru - VİDEO+FOTOLAR"Sərhədçi"lərin Avropa uğuru - VİDEO+FOTOLAR"Sərhədçi"lərin Avropa uğuru - VİDEO+FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 849   Tarix: 20 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ronaldonun transferi barədə post rekord bəyənmə topladı – FOTO

"Mançester Yunayted"in hücumçu Kriştianu Ronaldunun transferini açıqladığı "Twitter" paylaşımı böyük rəğbət qazanıb. Dərc olunduğu ilk saatdaca postu bir milyon nəfər bəyənib, 400 nəfərsə retvit edib. Qeyd edək ki, portuqaliyalı məhz bu komandadakı çıxışı sayəsində ulduza çevrilib

27.08.2021 1093
.

Azərbaycan Paralimpiyada ilk qızıl medalını qazandı

Azərbaycan idmançısı Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. xəbər verir ki, Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva finalda fransız rəqibinə qalib gələrək paralimpiya çempionu olub. O, finalda Sandrin Martini (Fransa) vaza-ari ilə məğlub edərək Azərbaycana ilk qızıl medalı qazandırıb

27.08.2021 1074
.

"Formula 1" pilotu koronavirusa yoluxub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək

05.09.2021 551
.

Olimpiya mükafatçısı: "Problemlərimi yumruqlarla deyil, sözlərlə həll etməyi tərcih edirəm"

İrina Zaretskaya - Tokio Olimpiadasının gümüş mükafatçısı, 2018-ci ilin dünya çempionu, 2015-ci ildəki Avropa Oyunları və 2017-ci ildəki İslam Həmrəyliyi Oyunlarının qalibi. Onun həyat şüarı "Nə olursa olsun, yalnız irəli"dir. Həyatının əsas məqsədi isə Olimpiya qızılını qazanmaqdır. -a müsahibəsind

12.09.2021 850
.

Ronaldu İngiltərə Premyer Liqasına ən ödənişli futbolçu kimi qayıdıb

"Mançester Yunayted"ə qayıdan Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının ən yüksək ödənişli futbolçusu olacaq. "Report"un "Daily Mail"ə istinadən məlumatına görə, 36 yaşlı hücumçu həftədə 560 00 avro əmək haqqı alacaq. Siyahıda ikinci yeri "Çelsi"nin forvard

29.08.2021 1008
.

DÇ-2022: Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazanıb - YENİLƏNİB

Futbol üzrə Azərbaycan millisi 2022-ci i dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. "Report"un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 4-cü matçında İrlandiyanın qonağı olub. Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşm

04.09.2021 1053
.

Futbolda BU DA OLDU: Baş məşqçi...

Avropa Liqasına düşən klubun baş məşqçisi jurnalistlərin qarşısına paltarsız çıxdı. Belçikanın "Antverpen" klubunun baş məşqçisi Brayan Priske Pedersen Avropa Liqasının qrup mərhələsinə düşdükdən sonra jurnalistlərin yanına paltarsız gəlib. -ın -a istinadla verdiyi xəbərə görə, mütəxəssis mətbua

27.08.2021 1769
.

MDB Oyunları: Azərbaycan karateçiləri qızıl və gümüş medallar qazandı

Azərbaycan karateçiləri Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşlərinə çıxıblar. "Report"un məlumatına görə, 50 kq-da mübarizə aparan idmançımız İnci Əzizova özbəkistanlı Nəsibəbanu Narbayeva ilə final görüşünə çıxıb. Rəqibini 5:1 hesabı ilə məğlub edən Əzizova yarışı

11.09.2021 671
.

Azərbaycanlı paralimpiya çempionu: "Sevincimin həddi-hüdudu yoxdur"

"Qızıl medal qazandığım üçün sevinirəm. Çox çətin oldu". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında çempion olan Azərbaycan para-atleti Orxan Aslanov deyib. Uzunluğa tullanma növündə 7,36 metr nəticə göstərən idmançı rəqiblərinin də asan olmadığın

04.09.2021 533