Zorakılığa və təzyiq hallarına məruz qalan uşaqlar üçün "Qaynar xətt" yaradılır - FOTO
Bəzən bu və ya digər uşağın məişət zəminində zorakılıq, xüsusən mənəvi-psixoloji təzyiq hallarına məruz qalmaları, nəticədə öz həyatlarına qəsd etməsi faktları ilə rastlaşırıq. Bu da belə hallarla qarşılaşan uşaqlara daha yaxın olmaq, onlara vaxtında və ehtiyac duyduqları mənəvi-psixoloji dəstəyi göstərmək zərurətini artırır. Bununla əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən adekvat cavab tədbiri, eyni zamanda, həmin uşaqlara proaktiv yönümlü dəstəyin təmin edilməsi üçün ayrıca bir "Qaynar xətt"in yaradılması nəzərdə tutulur.
BiG.AZ Trend-ə istinadən bildirir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan Nümayəndəliyinin rəhbərinin müavini xanım Min Yuan və Nümayəndəliyin digər əməkdaşları ilə nazirlikdə keçirilən görüşdə bildirib.
Nazir müavini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial xidmətlər sisteminin inkişafına xüsusi qayğısı nəticəsində bu sistemin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişlənməsi üçün mühüm addımların atıldığını qeyd edib. O, nazirliyin sosial sifarişləri əsasında icra olunan layihələr çərçivəsində sosial təhlükəli vəziyyətdə olan uşaqların reabilitasiyası məqsədilə görülən işləri diqqətə çatdırıb.
A.Kərimov nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin fəaliyyətindən bəhs edib. Müəssisədə baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların reabilitasiyası, normal həyata dönüşü üçün kompleks işlərin aparıldığını bildirib.
O vurğulayıb ki, yaradılması nəzərdə tutulan "Qaynar xətt" də zorakılıq, mənəvi-psixoloji təzyiq halları ilə üzləşən uşaqların operativ şəkildə dəstək tədbirləri ilə əhatə olunmasına xidmət edəcək.
Nazir müavini yaradılmaqda olan "DOST" Mərkəzlərində sosial işçilərin də fəaliyyət göstərəcəyini və onlar tərəfindən müvafiq şəxslərlə bağlı proaktiv formada sosial xidmətlərin təşkil olunacağını deyib.
Xanım M.Yuan nazirliyin baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlara kompleks sosial xidmətlərin təmin edilməsi sahəsində gördüyü işlərin önəmini diqqətə çatdırıb. O, uşaqlar üçün yeni "Qaynar xətt"in yaradılması ideyasının təqdirəlayiq olduğunu, "Qaynar xətt" üçün qabaqcıl dünya təcrübəsinə uyğun və çevik iş mexanizmlərinin formalaşması üçün UNİCEF-in müvafiq dəstəyi təmin edəcəyini deyib.
Görüşdə uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması sahəsində birgə tədbirlərin gücləndirilməsi, zorakılıq halları baş verdikdə cavab tədbirlərinin görülməsi, eləcə də "Qaynar xətt"in məqsədəuyğun fəaliyyətinin qurulması üçün mütərəqqi praktikaların öyrədilməsi məqsədilə təlimlərin təşkili və s. ilə bağlı fikir mübadiləsi aparılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 597 Tarix: 18 aprel 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş
Əhaliyə CİDDİ XƏBƏRDARLIQ - Yanvarın 9-dan...
Yanvar ayında bir sıra maqnit qasırğaları gözlənilir. Bu təbii hadisələrin insanlar üzərindəki təsiri, xüsusilə meteohəssas şəxslər üçün əhəmiyyətli ola bilər. Uzmanlar qasırğaların təsir göstərə biləcəyi tarixlərdə əhval dəyişikliyi, baş ağrısı və qan təzyiqində dəyişikliklərin müşahidə oluna biləcəyin
07.01.2025 714 AZAL təyyarəsinin "qara qutu"larının GÖRÜNTÜLƏRİ
Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan AZAL təyyarəsinin "qara qutu"larının deşifrə edilməsinin görüntüləri yayılıb. -ın verdiyi məlumata görə, bu işlə Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırılması və Məlumatlandırılması Mərkəzi məşğul olub. Qeyd edək ki, Qazaxısta
07.01.2025 749 Flora Kərimova: "Aygün Bəylər övladını özü üçün dünyaya gətirdi"
"Bu dünyadan incimişdi. Əziyyət çəkirdi. Nə qədər göz yaşı tökdü. Onun ana olduğu vaxtlar mənim yadımdadır. O nələr çəkdi! Bir adam onun dərdini eşitmədi, görmədi. Heç kimdən də əl açıb kömək istəmədi. Ona sadəcə pul yox mənəvi dəstək də edilmədi". xəbər verir ki, bu sözləri Xalq artisti Flor
07.01.2025 531 "Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır" - Prezident
"Amerikada da Soros dövrü başa çatıb. Bayden administrasiyası, əslində, Soros idarə üsulu ilə idarə olunurdu". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib. Sorosçuların faktiki olaraq mövqelərini itirdiklərin
07.01.2025 333 Qızılın içərisindən qum tökülür - İDDİA
Qızıl qolbağın içərisindən qum tökülüb. BİG.AZ Xəzər TV-yə istinadən məlumat verir ki, sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub. Məlum olub ki, bu kimi hallarla qarşılaşanlar az deyil. Hətta zərgərlər də bu kimi hallarla rastlaşdıqlarını deyirlər. Onların sözlərinə görə, qızılı
10:11 162 Məkkə və Mədinəni su basdı - Video
Səudiyyə Ərəbistanında leysan yağışları səbəbindən Məkkə və Mədinə şəhərlərinin küçələrini su basıb. "Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, leysan səbəbindən avtomobillər su altında qalıb. Ölkənin Meteorologiya idarəsi Məkkə, Mədinə, eləcə də Ciddə liman şəhəri üçün qırmızı təhlükəsizli
07.01.2025 630 Haker hücumları ilə bağlı əhaliyə müraciət edildi
2024-cü il ərzində vətəndaşlardan hakerlərə sızmış dövlət elektron xidmətlərinə aid məxsusi hesablarının sayı ümumilikdə 3798 olub. Bu barədə -a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, dövlət qurumlarının əməkdaşları üçün həyata keçirilən "Kibergigiyen
07.01.2025 282 Qarabağda vəfat edənlərin orada dəfn edilməməsi DÜZGÜNDÜR?
Tarixi zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə bərpa və geniş quruculuq işləri aparılır. İşğaldan azad edilmiş ərazilərdə təhlükəsiz yaşayışın təmini, əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı məskunlaşma ölkə Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncam
07.01.2025 342 Moldova klubundan Kriştiano Ronaldoya müqavilə TƏKLİFİ
Moldovanın "Daçiya" klubu "Əl-Nəsr"ın hücumçusu Kriştiano Ronaldoya müraciət edərək, futbolçunu karyerasını komandasında davam etdirməyə dəvət edib. xarici KİV-ə istinadla bildirir ki, bu barədə klubdan açıqlama verilib. "Kriştiano Ronaldo hələ "Əl-Nəsr" ilə müqaviləsin
07.01.2025 313