Şagirdi intihar edən məktəbin direktorunu hansı cəza gözləyir? - Aydın Axundovla MÜSAHİBƏ

Şagirdi intihar edən məktəbin direktorunu hansı cəza gözləyir? - Aydın Axundovla MÜSAHİBƏVəkillər Kollegiyasının sədrinin müavini Aydın Axundov BiG.AZ saytının suallarını cavablandırıb.

- Son illər Vəkillər Kollegiyasının gördüyü işlər barədə məlumat verərdiniz. Ümumiyyətlə, Azərbaycanda vəkillərin fəaliyyətinə nəzarət sistemi necə təşkil edilir?

- Məlum olduğu kimi, son illər Vəkillər Kollegiyasında bir sıra islahatlar keçirilmiş, əhaliyə göstərilən hüquqi yardımın keyfiyyətinin və vəkilliyin nüfuzunun artırılmasına xidmət edən əhəmiyyətli işlər görülüb. Əvvəla, vəkillərin sayı 1530 nəfərə qədər artırılıb, vəkilliyə qəbul prosedurları sadələşdirilib. "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamından sonra həyata keçirilən tədbirlər nəticəsində vəkilliyin inkişafı göstərir ki, bu peşəyə maraq xeyli artıb. Gənc hüquqşünaslar vəkil olmaq istəyirlər. Vəkillər Kollegiyası Dövlət İmtahan Mərkəzi ilə birgə müntəzəm olaraq vəkilliyə qəbul imtahanları keçirir. Təkcə Bakıda deyil, regionlarda fəaliyyət göstərən hüquqşünaslar da vəkil olmaq arzusundadırlar. Bu isə regionlarda vəkil qıtlığı problemini aradan qaldırmağa kömək edir.

Vəkillər Kollegiyası əhalinin hüquqi maarifləndirilməsi sahəsində də əhəmiyyətli addımlar atır. Əhaliyə pulsuz hüquqi yardım davamlı və müntəzəm olaraq həm vəkillərin müxtəlif rayonlara getməklə bu yardımı bilavasitə yerlərdə göstərmələri, həm də kütləvi informasiya vasitələri, sosial şəbəkələr vasitəsilə həyata keçirilir. Hüquqi maarifləndirmə işinin əhalinin müxtəlif yaş kateqoriyaları nəzərə alınmaqla həyata keçirilməsi planlaşdırılır. Yeniyetmələr, kiçik yaşlı məktəblilər və tələbələr arasında hüquqi maarifləndirmə bizim ən çox önəm verdiyimiz məsələlərdən biridir. Çünki hüquqi savadsız uşaqdan yalnız hüquqi savadsız böyük yetişə bilər. Bu isə cəmiyyətimiz üçün arzuolunmazdır. Məktəblilərin hüquqi maarifləndirilməsi onların hüquq və vəzifələrini bilmələrinə və icra etmələrinə, yeniyetmələr arasında cinayətə meyillilik, pis vərdişlər və s. bu kimi mənfi halların azalmasına, əsl vətəndaş olaraq böyüməsinə imkan yaradacaq. Hesab edirik ki, biz bu işdə vəkil olaraq təhsil müəssisələrinə öz köməyimizi əsirgəməməliyik. Hüquqşünas ixtisası üzrə təhsil alan tələbələrlə bir sıra layihələrin icra olunması onların peşəyə hazırlanmalarında və vəkil peşəsinə marağın artırılmasında böyük rol oynayır. Vəkillər Kollegiyasının üzvləri ölkəmizdə həyata keçirilən hüquqi islahatların təhlil olunması və əhaliyə çatdırılmasında, təşviqatında fəal iştirak edirlər.

Vəkil qurumlarının sayı xeyli artırılıb. Vəkil qurumları təmir olunmuş, bu qurumlarda insanlara keyfiyyətli hüquqi yardım göstərilməsi, həm də konfidensiallığın təmin olunması üçün hər cür şərait yaradılıb. Vəkillərimiz davamlı olaraq müxtəlif təlim və seminarlara cəlb olunurlar. Bu isə onların peşə hazırlıqlarının davamlı olaraq təkmilləşdirilməsini təmin edir. Ümumiyyətlə, son illər ölkəmizdə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları uğurla və davamlı qaydada həyata keçirilir. Vəkillər Kollegiyası bu islahatlar nəticəsində mobil, çevik və ölkə vətəndaşlarına keyfiyyətli hüquqi yardım göstərən peşəkar qurum kimi fəaliyyətini davam etdirir. Dövlət hesabına göstərilən hüquqi yardımın keyfiyyətinin yüksəldiməsi üçün bir sıra tədbirlər həyata keçirilib. Artıq bu yardımın eyni vəkillər tərəfindən həyata keçirilməsinə yol verilmir. Ərazi üzrə vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin növbətçilik cədvəlləri AR Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən təsdiq olunur və müvafiq hüquq-mühafizə orqanlarına göndərilir. Növbətçilik cədvəllərinə əməl olunmasına nəzarət edilir.

Vəkillər Kollegiyası qanunvericiliyin təkmilləşdirilməsi sahəsində davamlı təhlillər aparır və müvafiq orqanlara təkliflər verir.

Vəkillərin davranış qaydalarına əməl edilməsinin yoxlanması və qiymətləndirilməsi Vəkillərin İntizam Komissiyası tərəfindən həyata keçirilir. "Vəkillərin Davranış Qaydaları haqqında" yeni Əsasnamə qəbul olunub. Vəkillərin fəaliyyəti bu Əsasnamənin, "Vəkillər və Vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun və vəkillik fəaliyyətini tənzimləyən digər qanunvericilik normalarının tələblərinə müvafiq şəkildə yoxlanılır.

- Vəkillik fəaliyyətilə bağlı qanunvericiliyimizdə hansı boşluqlar var? Təklifləriniz nələrdir?

- Təbii ki, qanunvericilik normalarının həmişə təkmilləşməyə ehtiyacı var. Vəkillik fəaliyyəti bu sahəyə aid olan müvafiq normativ hüquqi aktların normaları ilə tənzimlənsə də, hesab edirəm ki, vəkillərin sübut toplamaq və sübutları təqdim etmək, həmçinin sübutların qiymətləndirilməsində iştirakı imkanlarını reallaşdıracaq mexanizmlərin hazırlanıb tətbiq edilməsinə ehtiyac var. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin "Məhkəmə hüquq islahatlarının dərinləşdirilməsi ilə bağlı" 03 aprel 2019-cu il tarixli Fərmanında irəli sürülən bir sıra tələblər məhz bu mexanizmlərin tətbiqinə yönəldilib.

- Vəkillik statusu hansı hallarda ləğv edilə bilər?

- "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən vəkilin fəaliyyətinə aşağıdakı hallarda xitam verilə bilər:

öz arzusu ilə fəaliyyətinə xitam verilməsi barədə yazılı ərizə verildikdə;
barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda;
fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə;
vəfat etdikdə;
məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə;

Vəkillər Kollegiyasının üzvlüyündən xaric edildikdə;
bu qanunla vəkilliyə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə;
üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə.

Vəkillər Kollegiyasının üzvlüyündən xaric edildikdə və üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə. vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər.

- Bu günə kimi neçə vəkil Vəkillər Kollegiyasından çıxarılıb. Onlar əsasən hansı səbəbdən Kollegiyadan çıxarılır?

- Vəkillərin fəaliyyətinə xitam verilməsi əsaslarını yuxarıdakı suallarda cavablandırdım. İntizam pozuntusuna yol vermiş və ya üzvülük haqqını ödəmədiyinə görə xaric olunan vəkillər də var. Lakin bütün hallarda bu cür xaric etmə məhkəmənin qərarı əsasında həyata keçirilir.

- Hüquqi yardım göstərdiyi şəxsləri aldadan vəkilləri hansı cəzalar gözləyir?

- Hüquqi yardım göstərdiyi şəxslə bağlı intizam pozuntusuna yol vermiş vəkillər barədə bu xarakterli məsələlər Vəkillərin İntizam Komissiyasında araşdırılır. Həmin Komissiyanın müvafiq rəyi Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim olunur. İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə irad tutma, töhmət, üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması kimi intizam tənbehi tətbiq oluna bilər.

Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək, həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər.

- Bəs Kollegiyadan çıxarılan vəkillər hansı halda geri qaytarılır?

- Əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər

- Məhkəmə icraçıları ilə bağlı müəyyən problemlər yaşanmaqdadır. Onların fəaliyyətinə necə nəzarət olunur?

- Məhkəmə icraçılarının fəaliyyəti "İcra haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Məhkəmə icraçılarının hərəkətindən narazı qalan şəxslər bu barədə şikayətlə məhkəməyə müraciət edə bilərlər. Yəni, məhkəmə icraçılarının fəaliyyəti üzərində məhkəmə nəzarəti həyata keçirilir. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsi də bu nəzarəti həyata keçirir.

- Bu yaxınlarda Milli Məclisdə Mediasiya institutunun yaradılması ilə bağlı qərar qəbul olundu. Mediasiya institutunun üstünlükləri nələr olacaq?

- "Mediasiya haqqında" Qanun həqiqətən də ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması istiqamətində irəli atılmış bir addımdır. Qeyd edilən qanun məhkəmələrdə iş yükünü azaldacaq, bu isə sonda işlərə vaxtında və keyfiyyətlə baxılması ilə nəticələnəcək. İnsanlar öz mübahisələrini qərəzsiz, neytral, peşəkar mediatorun köməkliyi ilə həll edə biləcəklər. Bu onları məhkəmə instansiyalarında əlavə vaxt itkisindən və xərclərdən azad edəcək. Həm də insanlar arasındakı münasibətlər qorunub saxlanacaq. Məsələn, aralarında mübahisə yaranan iki qardaş rəqib kimi məhkəmədə qarşı-qarşıya gəlmək əvəzinə sivil qaydada, danışıqlar yolu ilə mübahisələrini həll edəcəklər. Bu isə qohumluq bağlarını qoruyub saxlamağa kömək edəcək.

- Bu gün bir çox vəkillər var ki, televiziya verilişlərində iştirak edirlər. Onlar kollegiyanın üzvüdürlərmi?

- Televiziya kanallarında yayımlanan müxtlif verilişlərdə vəkil olan və vəkil olmayan hüquqşünaslar iştirak edir. Lakin biz çalışırıq ki, bu kanallar vasitəsilə əhaliyə hüquqi yardım və maarifləndirmə işini məhz peşəkarlar-vəkillər həyata keçirsin ki, bu işin keyfiyyəti zəmanətli olsun.

- Bilirsiniz ki, son 3 gündə məktəbli qızın intihar etməsi məsələsi gündəmdən düşmür. Məktəblinin intiharında günahkar olan şəxsləri, xüsusilə də direktoru hansı cəza gözləyir?

- Bu işlə bağlı istintaq araşdırması aparılır. Hansısa şəxsin bu məsələdə təqsirli bilinib bilinməməsi və ya cəzalanması məhkəmə tərəfindən müəyyən olunacaq. Lakin hesab edirəm ki, bu kimi halların qarşısının alınması üçün məktəblilərlə mütəmadi olaraq hüquqi maarifləndirmə işi aparılmalıdır. Məktəblilər, müəllimlər öz hüquq və vəzifələrini və hansı hərəkətlərinin hansı hüquqi nəticə doğura biləcəyini öyrənməli və dərk etməlidirlər.

Aysel Yusifqızı
FOTO: Leyla Mustafazadə
Şagirdi intihar edən məktəbin direktorunu hansı cəza gözləyir? - Aydın Axundovla MÜSAHİBƏŞagirdi intihar edən məktəbin direktorunu hansı cəza gözləyir? - Aydın Axundovla MÜSAHİBƏ


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1350   Tarix: 16 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Rusiya Qara dənizdə Türkiyə gəmisinə hücum etdi

Dekabrın 13-də Rusiya Silahlı Qüvvələri Ukraynadan Misirə gedən Türkiyəyə məxsus mülki gəmiyə hücum edib. xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri bildirib. Məlumata görə, zərbə dron vasitəsilə həyata keçirilib. "Rusiya göyərtəsində günəbaxan yağı olan və Misirə gedən Türkiyənin "VIVA"

12:00 137
.

KİV: Dörd Aİ ölkəsi Rusiya aktivlərinin Ukraynaya verilməsinə qarşıdır

İtaliya, Belçika, Malta və Bolqarıstan dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsinə qarşı çıxıblar. "Politico"ya istinadən xəbər verir ki, onlar Avropa Komissiyasına bu plana alternativləri nəzərdən keçirməyi xahiş edən birgə məktub göndəriblər. Avropa Komissiyası israr edir ki, 18-1

13:10 124
.

Ölkədə istehsal olunan siqaret və spirtli içkilərlə bağlı statistika açıqlandı

2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 15 milyard 700.4 milyon ədəd siqaret və siqar istehsal olunub. rəsmi statistikaya istinadən xəbər verir ki, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15.3 faiz çoxdur. Cari ilin dekabr ayının 1-nə siqaret və siqar üzrə hazır məhsul ehtiyatı 1 milyard 16.

16:30 106
.

TƏCİLİ: Bu, baş versə pensiya yaşı 60-a endiriləcək

Azərbaycanda cəmiyyəti narahat edən əsas sosial məsələlərdən biri də pensiya yaşının ilbəil artmasıdır. Maraqlıdır, pensiya yaşı yenidən artırıla bilərmi?. Mövzu ilə bağlı -a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, pensiya yaşının artırılması prosesi yeni deyil və buna 2017-ci ildə qanunvericiliy

00:13 2154
.

Azərbaycan Türkiyədən mebel idxalına çəkdiyi xərci 9 %-ə yaxın azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 126,667 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,8 % azdır. Təkcə noyabrda isə Türkiyə Azərbaycan

11:50 117
.

Ukraynanın Trampın sülh planına cavabının təfərrüatları məlum olub

Ukrayna ABŞ Prezidenti Donald Trampın sülh planına cavab olaraq qoşunların Donbasdan çıxarılması və NATO üzvlüyündən imtinası ilə bağlı təklifləri rədd edib. "Report" xəbər verir ki, Kiyevin cavabının təfərrüatlarını "New York Times" açıqlayıb. "Cavabda bildirilib ki, Kiyev Ukraynanı

14:30 115
.

Sabah bəzi ərazilərdə leysan olacaq, qar yağacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında dekabrın 15-də havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata görə, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Cənub-qərb küləyi gündü

12:54 204
.

Erməni Apostol Kilsəsinin daha bir rəhbər şəxsinin həbs müddəti iki ay uzadılıb

İrəvanın birinci instansiya məhkəməsi Erməni Apostol Kilsəsinin Araqasotn yeparxiyasının rəhbəri yepiskop Mkrtıç Proşyanın həbs müddətini daha iki ay uzadıb. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə onun vəkili bildirib. "Bu qərarı dekabrın 13-ü hakim Karen Farxoya

11:40 115
.

Donald və Melaniya Tramp Lukaşenkoya şəxsi mesaj göndəriblər

ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Belarus Prezidenti Aleksandr Lukaşenkoya şəxsi müraciət göndəriblər. bu barədə "Vremya Pervoqo" "Telegram" kanalına istinadən xəbər verir. Məlumata görə, şəxsi müraciətin alınmasını Belarus prezidentinin mətbuat katibi Nataly

12:20 128
.

TOP MP3