Buraxılış imtahanı keçirildi - Suallar eyni olubmu? - VİDEO

Buraxılış imtahanı keçirildi - Suallar eyni olubmu? - VİDEO
Hər kəs həyəcanla imtahan verən övladının və yaxınının yolunu gözləyir. Ən az imtahanda olan şagirdlər qədər onlar da həyəcanlıdır.

Görüntülər11-ci siniflər üçün Sumqayıt şəhərindəbu gün keçirilən buraxılış imtahanındandır.

İmtahanın sullarına gəlincə isə şagirdlər ötən günlərdə sosial şəbəkədə yayılan suallarla bu günkü sualların oxşar olduğunu, ancaq eyni olmadıqlarını dedilər.

Sumqayıt şəhərinin 7 imtaham mərkəzdə 3 minə yaxin abuturient imtahan verib

Bərdə də də imtahan həyəcanı yaşanıb.

Bərdə, Ağdam, Tərtər və Yevlax rayonlarında imtahanların keçirilməsi üçün ümumilikdə 9 imtahan mərkəzi ayrılıb.

İmtahan ümumilikdə ölkə ərazisində 27 şəhər və rayonda baş tutub və 28 min 919 şagirdin iştirakı nəzərdə tutulub. Tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim edilib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Əraziyə polis və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşları, tibb işçiləri cəlb olunub.(xezerxeber)


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1017 Tarix: 14.04.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər