ÖLKƏ ŞOKDA - 4 yaşlı oğlan 6 yaşlı bacısını güllələyib öldürdü

ÖLKƏ ŞOKDA - 4 yaşlı oğlan 6 yaşlı bacısını güllələyib öldürdü
ABŞ-ın Corciya ştatında dəhşətli hadisə baş verib.

Ştatdaxili yolda avtomobili ilə alış-verişə gedən Kourtey Kelli baş vermiş nasazlıq səbəbindən nəqliyyat vasitəsini saxlayıb. Maşından düşən qadın az sonra avtomobilin salonundan silah səsi eşidib. Dərhal qapını açan qadın 4 yaşlı oğlunun 6 yaşlı bacısı Milie Dryu Kellinin güllələdiyini görüb. Kourtey Kelli avtomobillə yaralı övladını Atlantadakı xəstəxanaya çatdırsa da, körpənin həyatını xilas etmək mümkün olmayıb.

Baş vermiş hadisə ABŞ-da əsas gündəm mövzularından olan mülki şəxslərin silahlanması problemini yenidən gündəmə gətirib və böyük müzakirələrə səbəb olub.(publika)

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1635 Tarix: 14.04.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər