TQDK attestasiya imtahanlarının qaydalarını açıqladı

TQDK attestasiya imtahanlarının qaydalarını açıqladıTələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta məktəblərdə buraxılış imtahanlarının (attestasiya) keçirilmə qaydalarını qəbul edib. Komissiyanın saytında yer alan məlumata görə, bununla bağlı "Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları" adlı qərar qəbul edilib.

Bu Qaydalar ümumi təhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydalarını müəyyən edir, ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələrini başa vuran təhsilalanların təhsildə nailiyyətlərinin qiymətləndirilməsi məqsədi ilə həyata keçirilir.

Ümumi orta və tam orta təhsil səviyyələrində təhsil sənədinə yazılacaq yekun qiymət Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aşağıdakı qaydada çıxarılır:
buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) və buraxılış imtahanının qiymətlərinin ədədi ortası;
buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) qiymətlərinin ədədi ortası.

Ədədi orta tam ədəd olmazsa, tam ədədə yuvarlaqlaşdırılır. Buraxılış imtahanından qeyri-kafi qiymət alan şagirdlərin yekun qiymətləndirilməsi aparılmır. Yekun qiymətləndirmənin (attestasiyanın) nəticələri 5 ballıq qiymət şkalası üzrə rəqəmlə (2,3,4,5) ifadə olunur və qiymətlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən elektron şəhadətnaməyə (attestata) yazılır, şagirdə və təhsil müəssisəsinə təqdim edilir. Elektron şəhadətnamə (attestat) dövlət nümunəli sənədin verilməsi üçün əsasdır.

İmtahanda iştirak edəcək şagirdlər haqqında məlumat bazası Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim edilən məlumatlar (verilənlər bazaları) əsasında formalaşdırılır. Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.

İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. İmtahan başlandıqdan 30 dəqiqə keçəndən sonra gələn şagird imtahana buraxılmır. Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan edilir. Yazı işi şagirdin qiymətləndirilməsi zamanı mübahisəli hallar yarandıqda qiymətləndirilir və ondan əlavə meyar kimi istifadə edilir.

Səhhəti, ailə vəziyyəti, təbii fəlakətin baş verməsi ilə bağlı üzrlü səbəblərdən buraxılış imtahanında iştirak edə bilməyən ümumi orta və tam orta təhsil səviyyələrinin buraxılış sinif şagirdlərinin attestasiyası məsələsinə təhsil müəssisələrinin təqdimatı əsasında fərdi qaydada TQDK-da baxılır. Buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər TQDK tərəfindən müəyyən edilən vaxtda imtahan verirlər.

Tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanında ən azı bir fəndən (ana dili və riyaziyyat fənləri istisna olmaqla) qeyri-kafi qiymət alan, bu il attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş şagirdlərin biliyi qeyri-kafi qiymət aldıqları fənn üzrə həmin təhsil müəssisəsində yaradılan xüsusi komissiya tərəfindən qiymətləndirilir.

Eksternat qaydasında imtahana buraxılan şəxslərin biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılarkən illik qiymətlər əvəzinə, xüsusi komissiyanın verdiyi qiymət götürülür. Tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran və buraxılış imtahanında ana dili və ya riyaziyyat fənlərinin biri üzrə qeyri-kafi qiymət alan və bu il attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət edən şagirdlər buraxılış imtahanını yalnız qeyri-kafi qiymət aldıqları fənn üzrə verirlər. Belə şagirdlərə yalnız qeyri-kafi qiymət aldıqları fənn üzrə 30 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. İmtahanın müddəti 1 saat 15 dəqiqədir. Test tapşırıqlarının yerinə yetirilməsinə 45 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.

Ümumi orta təhsil səviyyəsinin istənilən sayda fənnindən illik qiyməti qeyri-kafi olan buraxılış sinif şagirdləri imtahana buraxılırlar. Ümumi orta təhsil səviyyəsində imtahana buraxılan şagirdlərə illik qeyri-kafi qiymət aldıqları imtahan aparılmayan fəndən (fənlərdən) yay tədris tapşırığı verilir. Belə şagirdlərin biliyinin yekun qiymətləndirilməsi TQDK tərəfindən onların yay tədris tapşırığını yerinə yetirməsindən sonra aparılır. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında qeyri-kafi qiymət alan şagirdlər həmin fəndən (fənlərdən) buraxılış imtahanını payızda verirlər.

Ümumi orta təhsil səviyyəsində üzrsüz səbəbdən buraxılış və payız imtahanlarında iştirak etməyən, yay tədris tapşırığından və ya payız imtahanının ən azı bir fənnindən qeyri-kafi qiymət alan ümumi orta təhsil səviyyəsinin buraxılış sinif şagirdlərinin biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılmır və onlara ümumi təhsil müəsissələrində oxumalarına dair qanunvericiliklə müəyyənləşdirilmiş vahid formada arayış verilir. Arayışda şagirdin bütün fənlər üzrə illik və ya yekun qiymətləri yazılır. Belə şagirdlər sonradan ümumi orta təhsil səviyyəsini eksternat qaydasında başa vura bilərlər.

Ümumi orta təhsil səviyyəsinin buraxılış siniflərində payız imtahanları TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada sentyabrın 15-dək bu qaydalar əsasında keçirilir.
Tam orta təhsil səviyyəsinin istənilən bir fənnindən illik qiyməti qeyri-kafi olan buraxılış sinif şagirdləri imtahanlara buraxılmırlar. Tam orta təhsil səviyyəsinin imtahana buraxılmayan, buraxılış imtahanından ən azı bir fəndən qeyri-kafi qiymət alan, habelə üzrsüz səbəbdən imtahanda iştirak etməyən buraxılış sinif şagirdlərinə ümumi təhsil müəsissələrində oxumalarına dnair qanunvericiliklə müəyyənləşdirilmiş vahid formada arayış verilir. Arayışda şagirdin bütün fənlər üzrə illik və ya yekun qiymətləri yazılır.

Yekun qiymətləndirmənin nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün TQDK tərəfindən Apelyasiya Komissiyası yaradılır. Şagird Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə, şəxsən və ya valideynləri (onları əvəz edən şəxslər) vasitəsilə müraciət etməlidir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

Buraxılış imtahanları zamanı şagirdin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:
saxta sənəd təqdim etmək; imtahanlara mobil telefon və digər rabitə vasitələri, kalkulyator, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;
imtahan binasına yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla girmək, özü ilə siqaret gətirmək;
səbəbindən asılı olmayaraq imtahan zalında yerini dəyişmək, gəzişmək, yerindən durmaq, "İmtahan başlandı!" elan olunan andan 1 saat müddət keçənədək və imtahanın qurtarmasına qalmış son 15 dəqiqə ərzində zaldan çıxmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq;
başqasının cavab kartına, sual kitabçasına baxmaq və ya öz cavab kartına, sual kitabçasına başqasının baxması üçün şərait yaratmaq, imtahana öz yerinə başqasını göndərmək;
nəzarətçiyə tapşırıqların yerinə yetirilməsində kömək üçün müraciət etmək;
cavab kartını və sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq.

Şagirdin bu göstərilən hərəkətlərə yol verməsi halları TQDK tərəfindən aşkar edildikdə onun imtahan nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

mənbə: xeber.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5219   Tarix: 22 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Bir sıra ölkələrdə sosial media saytlarının xidmətlərini reklam edərək, 1445/2024-cü il üçün Həcc mərasimlərini yerin

26.04.2024 293
.

"Özünü sındırmırdı, amma qəm içində idi"

"İlhamə xanımın müsbət cəhətləri və kaprizləri var idi. Kaprizlərini insan kimi başa düşürdüm. Uşaqlıqdan ərköyün böyümüşdü, eqoistliyi də çox idi. Diqqət mərkəzində olmağı, sevilməyi xoşlayırdı". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Xəzər axşamı" verilişind

10:21 277
.

Gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü - Video

Mingəçevirdə naməlum şəxsin gecələr qapıları döyüb insanları narahat etməsi, həyəcan yaratması barədə polisə müraciətlər daxil olub. "Qafqazinfo" xəbər verir ki, şəhərin M.Hüseyn küçəsində yaşayan sakinlər gecə yarısı həmin şəxsin qapıları döydüyünü, sonra qaranlıq yerlərdə gizləndiyini, qeyri-adekva

26.04.2024 784
.

"Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək"

"Qarabağdakı rusiyalı sülhməramlı kontingentinin demək olar ki, hamısı regionu tərk edib". "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyindəki mənbəyə istinadən "Reuters" agentliyi yayıb. Mənbənin sözlərinə görə, hələ regionda qalan sülhməramlıları

12:49 156
.

"Pulumun bitəcəyinə heç inanmazdım" - Serdar Ortaç

Müğənni Serdar Ortaç pulunun bitdiyini deyib. xəbər verir ki, o, türk mətbuatına açıqlama verib. "Pulumun bitəcəyinə heç inanmazdım. Deməli, olurmuş" ,- deyə o qeyd edib

26.04.2024 596
.

Bəstəkarın qızı: "Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam"

"Mən Tahir Əkbərin vərəsəsiyəm. Son günlər atamın mahnılarını icazəsiz oxuyanların sayı artıb. Kim icazə almadan atamın mahnısını oxusa, məhkəməyə üz tutacağam. Onlar özlərini məhkəmədə görəcəklər". Bunu -a açıqlamasında mərhum bəstəkar Tahir Əkbərin qızı Bəhriyyə Əkbərova deyib. O, daha sonr

26.04.2024 628
.

"Filosof Atakan" 5 ildən sonra... - Foto

Türkiyədə 5 il öncə "Filosof Atakan" adı ilə tanınan Atakan Kayalar illər sonra yenidən gündəmə gəlib. "Qafqazinfo" xəbər verir ki, onun barəsində Türkiyə mətbuatı məlumat yayıb. Hazırda 15 yaşı olan Kayalar məşhurlaşdığı vaxtdan danışıb:. "Birdən-birə məşhurlaşanda özümü yorğu

10:59 287
.

Tənqid etdiyi kanalda yenidən işə başladı

Aparıcı Azər Axşam yenidən ATV kanalında işə başlayıb. Axşam.az xəbər verir ki, o, "Bişir qazan" adlı proqramla efirə qayıdıb. Mətbəx və yarışma mövzusunda olan proqram həftədə bir dəfə yayımlanır. Qeyd edək ki, A.Axşam bir müddət əvvəl işsiz qaldığını, ATV-nin onunla çalışmaq istəmədiyin

11:34 292
.

Çin taikonavtlarını daşıyan Şinkou-18 gəmisi kosmik stansiyaya çatıb

Çin taikonavtlarını daşıyan Şinkou-18 gəmisi kosmik stansiyaya çatıb. xəbər verir ki, Çin İnsanlı Kosmos Proqramı Agentliyinin (CMSA) verdiyi açıqlamaya görə, taykonavtlar Yi Quanqfu, Li Konq və Li Quanqsunu daşıyan Shincou-18 kosmik gəmisi kosmik stansiyanın əsas modulu ilə birləşib. Təxminən 6 saa

26.04.2024 228