Əllərin əsməsi bu xəstəliyin ilk simptomudur

Əllərin əsməsi bu xəstəliyin ilk simptomudurBəzən yaşlı insanların əllərinin qeyri-ixtiyari əsdiyini müşahidə edirik. Bu, bəzən cavan insanlarda da müşahidə edilir. Amerikalı mütəxəssislər bunun təsadüfi və ya yaşla əlaqəli deyil, məhz "Parkinson" xəstəliyinin simptomu olduğunu düşünürlər. Heç bir səbəb olmadan yarana bilən xəstəlik bir çox ağır fəsadlara yol aça bilər.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, həkimlər bildirir ki, əllərin əsməsi insan fiziologiyası üçün nisbətən normal hesab edilir. Lakin bu, kənardan qətiyyən hiss olunmadığı müddətcə normal hesab edilir.

Fizioloji titrəmə adlandırılan tremor titrəməni yaradan və gücləndirən səbəblər isə əksər hallarda stress və hormonal dərmanlardır. Həkimlər insanları sağlam həyat tərzi yaşamağa dəvət edir.

İlkin simptomlara - yorğunluq, kofein qəbulu, həyəcan və s . daxildir. Belə ki, normal istirahət etmədən, yuxu rejimini pozan şəxslərdə səhər saatlarında halsızlıq və əllərdə titrəmə ola bilir. Bəzən bunu yuxudan "kal" durmaqla əlaqələndirib üzərində dayanmırlar. Lakin bu, heç də belə deyil. Xüsusən çay, qəhvə hazırlayan, tərəvəz doğrayan zaman hiss olunur. Məsələn, stəkan tutanda əllərinizin sabit dayanmadığını müşahidə edirsizsə həkimə müraciət edin.

Bəzən axşam yatmazdan əvvəl əllərin titrəməsi ola bilir. İnsanlar bunu əsəblə əlaqələndirərək kofe və digər tərkibində yüksək miqdarda kofein olan içkilər içərək sakitləşdirməyə çalışır. Həkimlər həddən artıq kofeinli içki qəbulunun da əllərdə titrəməni sürətləndirdiyini iddia edir. Normalda insan orqanizminin sutkalıq kofein qəbulu çox olmamalıdır.

Stress, həyəcan özü də psixoloji təsir edərək əsmə yarada bilir. Bundan başqa, qəbul edilən bəzi hormonal dərman preparatları, depressiya əleyhinə qəbul edilən dərmanlar da əllərin əsməsinə səbəb ola bilər.

Həkimlər yaş faktorunu nəzərə alaraq bu cür xəstəliklərin əsasən 50-60 yaş arası şəxslərdə daha çox rast gəlindiyini deyir. Əllər dinc vəziyyətdə əsmirsə, lakin hərəkət .. (yazı yazarkən, əldə hər hansı obyekt tutarkən) əsməyə başlayırsa həkimə müraciət etmək lazımdır.

Parkinson titrəməsi bəzən əllərin hərkətsiz vəziyyətində də güclü titrəmə ilə müşahidə edilə bilir. Zamanla bu xəstəliyin fəsadları orqanizmin digər bölgələrinə də təsir göstərə bilər. Belə xəstələr daim fikirli və kədərli görünürlər. Emosionallıqları nisbətən azalır. İstənilən halda yaxşı olardı ki, əl titrəməsi .. bir kurs nevropotoloq nəzarəti altında müalicə təyin edilsin.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 990   Tarix: 25 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Baş ağrısının səbəbi nələrdir və bundan necə qurtulmaq olar?

Baş ağrısının səbəbləri stres, qidalanma vərdişləri, göz problemləri, dərmanların yan təsirləri, diş çürüməsi, həmçinin qulaq, burun və boğaz xəstəliklərindən yarana bilər. Axşam.az xəbər verir ki, baş ağrının əsas səbəbləri aşağıdakı kimidir:. - Soyuqdəymə və qrip kimi xəstəliklər. - Stres. - Həddində

21.01.2024 966
.

Dünyanı təhdid edən xəstəlik: sürətlə artır – Azərbaycanda da...

Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, 2050-ci ildə dünyada xərçəngə tutulma halları 77 faiz artacaq. Buna səbəb piylənmə, alkoqol və siqaret aludəliyi, qida məhsullarının xarab olması və yanlış qidalanma vərdişləridir. Maraqlıdır, bu xəstəliyin qarşısını necə ala bilərik?. Məsələ ilə bağl

20.03.2024 1225
.

Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

İsti havalar infeksiya xəstəliklərinin artmasına səbəb olub. Bu cür infeksiyalar özünü hərarət, boğaz ağrısı, gözdə qızartılar, ürəkbulanma, öskürək, ishalla özünü büruzə verir. Yazda ortaya çıxan infeksiya xəstəliklərini təqdim edirik:. Onlarda biri diabakteriozdur: Disbakterioz zamanı normal və atipi

14.04.2024 496
.

Allergik qidaların uşaqların immunitetinə təsiri AÇIQLANDI

"Hazırda mütəxəssislər allergiya ilə bağlı fikirlərini dəyişiblər". Bu barədə rusiyalı uşaq qastroenteroloqu Yekaterina Yablokova danışıb. O qeyd edib ki, əvvəllər həkimlər və valideynlər allergiyası olan uşaqları məhdudlaşdırmağa, onları demək olar ki, qapaq altında böyütməyə çalışırdılar

24.02.2024 916
.

Koronavirus epidemioloqları təhlükəli xəstəliyi tamamilə MƏHV ETDİLƏR

Koronavirus epidemioloqları arasında ciddi narahatlıq yaradan təhlükəli xəstəlik tamamilə məhv edilib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Bildirilib ki, söhbət qripin "B" ştamının "Yamagato" nəslindən gedir. 2020-ci ilə qədər bu virus kifayət qədər aktiv olub. Laki

17.03.2024 782
.

Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir

Böyük Britaniyada dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk "fərdiləşdirilmiş" mRNT peyvəndinin sınaqları keçirilir. BBC xəbər verir ki, ötən ilin avqustunda baş dərisində melonoma akşarlanan və cərrahi yolla bundan xilas olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirə

27.04.2024 333
.

Gənclərdə bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorları hansılardır?

İtaliyanın Milan Universitetinin alimləri gənclər arasında bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorlarını açıqlayıblar. Araşdırmanın nəticələri "Annals of Oncology" jurnalında dərc olunub. Alimlər gənclər arasında bağırsaq xərçənginin artmasına səbəb olan əsas amillərə artıq çəki

03.02.2024 1069
.

Xərçəng xəstəliyi riskini ən çox artıran qida açıqlanıb

Qırmızı ətin normadan artıq istehlakı bağırsaq və prostat vəzi xərçəngi xəstəliyinə tutulmaq riskini artırır. "Report" xəbər verir ki, belə bir xəbərdarlıqla Türkiyənin tanınmış onkoloqu Nilüfər Avcı çıxış edib. Mütəxəssis qeyd edib ki, xərçəng dünyada ən çox insan ölümünə səbəb olan xəstəliklərdəndir

28.01.2024 2079
.

Bu halda su içmək ziyandır

Daha sağlam və fit bir bədənə sahib olmaq üçün görülməli olan əsas işlərdən biri də su içməkdir. Bəzi insanlar su içməyi sevərkən, bəziləri günlərlə su içməyə bilər. Su içməmək orqanizm üçün ən zərərli vərdişlər sırasındadır. Bununla belə, düzgün vaxtlarda su içmək lazımdır. Yanlış vaxtda su içmək sağlamlığınız

16.02.2024 1269