"Prezident soruşdu, nəyə ehtiyacın var? Dedim ki..." - Həcər nənə

"Prezident soruşdu, nəyə ehtiyacın var? Dedim ki..." - Həcər nənəPrezidentlə görüşən şəhid anası: "Bir il əvvəl ölkə başçısını yuxuda görmüşdüm"

Fevral ayının əvvəlində Ağsuda baş verən zəlzələ nəticəsində evi yararsız vəziyyətə düşən vətəndaşlardan biri Həcər Zamanovadır. Xatırlayırsınızsa, bu yaxınlarda Prezident İlham Əliyev zəlzələ bölgəsinə səfəri zamanı digər sakinlərlə yanaşı, şəhid anası olan Həcər nənə ilə də görüşərək, onun problemlərini dinləmişdi.

Görüş zamanı Ağsu sakini ölkə başçısından görmə qabiliyyətini itirmiş nəvəsinin müalicəsi üçün köməklik göstərilməsini xahiş etmişdi. Həmin görüşdən bir gün keçməmiş Prezidentin tapşırığı ilə onun 29 yaşlı nəvəsi Muradın müalicəsinə başlanıldı və əməliyyat olunması üçün Türkiyəyə göndərildi.

BiG.AZ xəbər verir ki, azvision.az-ın əməkdaşları Ağsuda Həcər nənəyə baş çəkərək onunla həmsöhbət olublar.

Müsahibimizin dediyinə görə, nəvəsi - Zamanov Murad Adil oğlu erkən yaşlarında valideynlərini itirib, nəticədə onun himayəsində böyüyüb. Muradın bir gözü görmə qabiliyyətini itirib, digər gözü ilə çox zəif görür.

9 uşaq dünyaya gətirən qadın 5 övladını itirib. Onlardan biri Qarabağ döyüşlərində şəhid olub:

"9 uşaq anası olmuşam. 4 uşağım sağ qalıb. Övladlarımdan biri Qarabağda şəhid olub. Özüm isə yoldaşım rəhmətə gedənə kimi evdar qadın idim. O, dünyadan köçəndən sonra qara günlərim başladı. Kiçik ticarətlə məşğul olub, balalarımı böyütmüşəm. Çətinliklərim çox olub. Muradın atası 28 yaşında vəfat edib. Bir qızım da dünyasını dəyişib. Hər ikisinin övladını kiçik yaşlarından mən saxlamışam. Allah bu dərdi heç bir anaya göstərməsin. Murada 7 yaşından mən baxıram. Rayonda xəbər alsanız ki, meyxana deyən Murad necə oğlandır, sizə onun necə insan olduğunu deyərlər. Bu gün 20-dən çox dostu qapıya gəlib, onunla maraqlanıb. Yaxşı oğuldur. Həm də yaxşı şeir yazır, meyxana deyir".

Nənəsinin sözlərinə görə, 4 ildir Muradın gözündə problemlər olsa da, dərdinə əlac tapa bilməyiblər.

"Həkimlər dedi ki, qara sudur və göz təzyiqi var. Bir gün təzyiqi aşağı salırdılar, sabah yoxlanışa gedəndə görürdük ki, yenə qalxıb. Onun üstündə yarpaq kimi əsmişəm. Elə bilirəm ürəyimin bir telidir. O qırılsa, yaşaya bilmərəm, ölərəm. Atasının iyini ondan alıram. Çox yaxşı uşaqdır, pis olsaydı, məni yandırmazdı. Gözünün biri heç görmədi, digəri isə zəiflədi".

Həcər Zamanova Prezidentlə görüşdən əvvəl problemini deməkdə tərəddüd edib:

"Zəlzələ baş verəndə evimizin bir tərəfi uçub töküldü. Dedilər ki, sənin üçün yeni ev tikiləcək. Prezidentin qərarıdır ki, birinci şəhid anasının evi təhvil verilsin. Bir il bundan öncə yuxumda Prezidenti görmüşdüm. Ayılıb qadınlar arasında danışdım. 8 mart olanda analar öz aralarında danışırdılar ki, oğlum onu aldı, bunu aldı. Mən də həmişə deyirdim ki, böyük oğlum mənə 250 manat pul göndərib. Soruşdular, sənin oğlun harada işləyir ki? Dedim, Prezidentimdir. Mənə ayda 250 manat təqaüd verir. Deyir, ana, get bayramını qeydə elə. İndi də qadınlar zarafatla mənə deyirlər ki, oğlun sənə ev tikdirir.

Martın əvvəlində dedilər ki, Prezident ayın 8-də Ağsuya gələcək. Sonradan bildirdilər ki, səfər 6-sı olacaq. Özlüyümdə söylədim, nətər deyim, nə deyim ki, ürəyim sakit olsun. Nəhayət, həmin gün gəldi və biz görüşdük. Prezidentin üzündən öpdüm. Məni necə mehriban, səmimi qarşıladı. İstədim deyəm ki, mənə ev tikdirmə, təki Murad sağalsın, bu mənə bəsdir. Prezident soruşdu ki, başqa nə problemin var? Dərdimi açıb dedim ki, nəvəmin gözü görmür. Köməkçisinə problemlə bağlı qeydlər aparmasını tapşırdı. Mənə dedi ki, arxayın ol, hara lazım olsa, ora göndərəcəyəm. Axşam Prezident Administrasiyasından zəng gəldi ki, Prezident iclas edib, Muradın gözü müalicə olunacaq. Səhəri gün Muradı Gömrük xəstəxanasında yoxladılar. Zəng elədilər ki, Muradın vəziyyətini Mehriban xanıma danışıblar, məsləhət görülüb ki, təcili Türkiyəyə aparılsın. İkinci gün Murad gözündən əməliyyat olunacaq. Bir həftə müalicə gedəcək, sonra yenidən əməliyyat edəcəklər".

Muradın müalicəsi ilə yanaşı, Prezidentin göstərişi ilə H. Zamanova üçün yeni ev tikilir. Göstərdiyi diqqət və qayğıya görə, ölkə başçısına təşəkkür edən Həcər nənə yeni evinə köçəcəyi günü səbirsizliklə gözləyir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1320   Tarix: 19 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ərdoğan Putinlə görüşündən danışdı: "Dedi ki, sözümə əməl edəcəyəm"

"Putinlə ikitərəfli münasibətlər, Ukraynadakı müharibə və regional məsələlər barədə fikir mübadiləsi apardıq". "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə lideri Aşqabadda keçirilən Beynəlxalq sülh və təhlükəsizlik forumunda

13.12.2025 168
.

Cari ildə iki milyard sərnişin, 217.9 milyon ton yük daşınıb

2025-ci ilin yanvar-noyabr ayları ərzində yükdaşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 faiz, sərnişindaşımaları isə 5.6 faiz artıb. Hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən ümumilikdə 217.9 milyon ton yük daşınıb. rəsmi statistikaya istinadə

13.12.2025 123
.

500 manat olan pensiyalar BU QƏDƏR ARTACAQ - AÇIQLAMA

"Azərbaycanda orta aylıq əməkhaqqındakı artım dinamikasını müşahidə edirik. Artıma ən çox təsir göstərən faktor 2025-ci ildə sosial paketin icra edilməsi ilə bağlıdır". -ə istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramo

00:09 128
.

Dövlət mülkiyyətinə keçirilmiş mallar üzrə hərrac keçiriləcək

Gələn il yanvarın 9-da dövlət mülkiyyətinə keçirilmiş malların satışı üzrə növbəti gömrük hərracı təşkil olunacaq. Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərraca müxtəlif kateqoriyalar üzrə dövlət mülkiyyətinə keçirilmiş mallar çıxarılacaq. Onların arasında avtomobil ehtiyat hissələri

13.12.2025 108
.

Bu tarixdə Bakıya sulu qar yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında dekabrın 14-ü günün birinci yarısında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışı

13.12.2025 309
.

Bayram günlərinin üst-üstə düşməsi - Məzuniyyətə necə təsir edəcək?

Əmək məzuniyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyəti dövrün

00:25 127
.

Şirvanda 6 uşaq anası həyata belə qaytarıldı - Palatadan təsirli video

Həkim ürəyi dayanan pasiyenti 45 dəqiqə sonra həyata qaytara bilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntüləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb. Belə ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan şəxs 45 dəqiqəli

13.12.2025 461
.

Vəfat edən şəxsin pensiyası ilə bağlı vacib məqamlar

Həyat yoldaşı vəfat etmiş biri dünyasını dəyişən şəxsin pensiyasını ala bilməsi üçün özü pensiya yaşına çatmalıdır. xəbər verir ki, bunu vəkil Cəfər Cəfərli deyib. Bildirib ki, bundan əlavə, vəfat edən şəxsin ən azı 25 il sığorta stajı olmalıdır:. "Yəni, vəfat etmiş şəxsin 25 il sığorta stajı olduğ

13.12.2025 155
.

Doğum sayı azalıb

2025-ci ilin on ayı ərzində ölkədə 80 802 doğulan körpə doğumu, 49 846 isə ölüm halı qeydə alınıb. Axşam.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərinə doğum halı azalaraq 10,1-dən 9,5-ə düşüb

13.12.2025 122
.

TOP MP3